Milli balet tariximizdə ilk dəfə…
Tamaşa XX
əsrin əvvəllərində
Bakıdakı mürəkkəb
ictimai-siyasi hadisələr
fonunda iki gəncin məhəbbətindən
bəhs edir
Opera və Balet
Teatrının kollektivi
hazırda Aqşin Əlizadənin "Ümid
valsı" əsəri
əsasında birpərdəli
balet tamaşasını
hazırlayır. Opera və Balet
Teatrının mətbuat
katibi Şükufə
Ağamirzəyevanın sözlərinə görə,
tamaşa XX əsrin
əvvəllərində Bakıdakı mürəkkəb
ictimai-siyasi hadisələr
və həmin hadisələr fonunda iki gəncin məhəbbətindən bəhs
edir. Tamaşa uğurlu sonluqla
bitir. İlk dəfə olaraq
milli balet tariximizdə məşhur
azərbaycanlı mesenat,
xeyriyyəçi Hacı
Zeynalabdin Tağıyevin
surəti yaradılıb.
Almaniyadan dəvət olunmuş
xoreoqraf Polump Agillon tamaşaya quruluş verəcək.
Cavanşir Cəfərovun dirijorluq edəcəyi
balet-tamaşada rolları
Kamilla Hüseynova,
İslam İslamov və başqaları ifa edəcəklər.
Səhnə quruluşu və
geyim eskizlərinin
müəllifi əməkdar
incəsənət xadimi
Tahir Tahirovdur.
"Ümid valsı"
mayda tamaşaçıların
ixtiyarına veriləcək.
Opera və Balet
Teatrında Qara Qarayevin 90 illik yubileyi münasibətilə
bəstəkarın "7 gözəl" baleti də yeni quruluşda
hazırlanır. Tamaşanın quruluşu Sankt-Peterburqdan
dəvət edilən
baletmeyster Vasili Medvedyevə məxsusdur.
Rolları isə Mədinə
Əliyeva, Gülağası
Məmmədov, Rima
Əsgərova və
başqaları ifa edəcək. Balet-tamaşa
bu ilin sonuna
təhvil veriləcək.
Səs.- 2008.- 29 aprel.- S. 12.