Rəsul G.
Belarus
sənətsevərləri Azərbaycan incəsənətini
yüksək qiymətləndirdilər
Azərbaycan
Dövlət Gənc Tamaşaçılar Teatrının
kollektivinin Minskə qastrol səfəri başa çatıb.
Teatrın direktoru, əməkdar artist Mübariz Həmidovun sözlərinə görə,
qeyri-adi bir anşlaqla keçən “Pişiyin evi” və “Ana qaz”
tamaşaları çox
böyük tamaşaçı
məhəbbəti ilə
qarşılanıb: “Aktyorlarımız
dəfələrlə təzim
etmək üçün
səhnəyə qaytarıldılar.
Bu, Belarus sənətsevərlərinin Azərbaycan
incəsənətinə verdikləri
yüksək qiymət
idi. Onu da deyim ki, tamaşaların çox böyük müvəffəqiyyətlə oynanılması və tamaşaçı reaksiyasının
yüksək səviyyədə
olması barədə
Belarusun, demək olar ki, bütün
kütləvi informasiya
vasitələrində materiallar
dərc olundu”. Onun sözlərinə görə,
Azərbaycan və Belarus Dövlət Gənc Tamaşaçılar
Teatrı direktorları
arasında aparılan
danışıqlar nəticəsində
beynəlxalq qastrol mübadiləsinə dair ikitərəfli müqaviləyə
əsasən, baş tutan qastrolun açılış mərasimində
ölkəmizin Belarusdakı
fövqəladə və
səlahiyyətli
səfiri Əli Nağıyev, eləcə
də Belarus Azərbaycan Konqresinin prezidenti Natiq Bağırov da iştirak ediblər. Tədbirdə çıxış
edənlər Azərbaycanla
Belarus mədəniyyət
nazirlikləri arasında
bağlanmış müqavilənin
iki ölkə teatrları arasında dostluq münasibətlərinin
və yaradıcılıq
əlaqələrinin genişlənməsinə
təkan verdiyini vurğulayıblar. Qeyd edək ki, Dövlət
Gənc Tamaşaçılar
Teatrının səfəri
hər iki teatrın direktorları arasında beynəlxalq qastrol mübadiləsinə
dair imzalanmış ikitərəfli müqaviləyə
əsasən həyata
keçirilib.
Səfər çərçivəsində
noyabrda Belarus Dövlət Gənc Tamaşaçılar Teatrının
kollektivinin Azərbaycan
Dövlət Gənc Tamaşaçılar Teatrının
səhnəsində çıxış
etməsi barədə
razılıq əldə
olunub. Qonaqlar Gənc Tamaşaçılar
Teatrının əsaslı
təmirdən çıxmış
binasında iki tamaşa təqdim edəcəklər. Teatr rəhbərinin sözlərinə
görə, səfərdə
Belarus Dövlət Gənc Tamaşaçılar
Teatrının baş
rejissoru Başeva Nataliya Oleqovna yerli teatra dəvət
olunub. Belə ki, N. Oleqovna Azərbaycan Dövlət Gənc Tamaşaçılar
Teatrının əsaslı
təmiri başa çatdıqdan sonra Bakıya səfər edəcək və teatrda uşaqlar üçün tamaşa
hazırlayacaq.
Zaman.- 2008.- 10-11 aprel.- S. 9.