Aliyə
Ən gənc ruh
Hüseynağa Atakişiyevin
ölüm gününə
Bu gün xatirimdə ən xırda təfərrüatları ilə qalıb. Halbuki, üstündən iki il zaman keçib. “Qara qutu”nun premyerası olmalı idi. Aprelin 4-ü. Amma indiyə kimi bilmirəm oldu ya yox. Amma aprelin 9-u... onun tərcümeyi halında qara çərçivəli bir gün oldu. Azərbaycan teatrına ağır itki üz verdi. Hərdən mənim gözümdə indiki teatr qarış-quruş olub itib batır. Aprelin 10-u "Aktyorun evi"ndə onunla vida mərasimi oldu. Millət tökülüb gəldi pəsdən "segah" yanğısında şəkildən zala boylanan aydın, təmiz gözlərə baxmağa. Bu Gənclər Teatrının bədii rəhbəri Hüseynağa Atakişiyevlə sonuncu görüş idi. Daha indən belə nə Gənclər Teatrı, nə "Qara qutu"... qara çərçivəli bir tarix var.
Hərdən istəmirəm bu doğma səmimiyyəti qəzet səhifələrinə çıxarım. Deməli, təzə-təzə "Kino+"a yazılar verirdim. Bir dəfə redaktor dedi ki, Hüseynağa Atakişiyevdən müsahibə ala bilərsən? Mən də birinci dəfə ondan müsahibə almağa getdim. O dəqiqə başa düşdü ki, təzəyəm, özü başladı söhbət eləməyə. "Hüseynağa müəllim, sizin yaradıcılığınızda..." güldü, "yaradıcılığım var mənim?.." (bu gülüşün mənə - ütülü, kraxmaliı sual vermək istəyən debütant jurnalistə yox, teatrda can qoyduğu illərə, özünə, dəxli olan hər kəsə yönəlmiş acı istehzası olduğunu duymadınızmı?). Bu da onunla görüşdə xatırladığım ilk və yeganə epizod... Qalanları onun tamaşalarıdır. Sanki qısa bir zaman kəsiyinə sığışdırmaq üçün, pis-yaxşı demədən, bir-birinin ardınca hazırladığı tamaşalar... Daim soyuq, sınıq-salxaq zalda tamaşalar göstərmək teatra bir anbar sevgi istəyər, o da Hüseynağa müəllimdə. Üstəlik mat-məətəl qalmışdım. Birinci dəfə "mizantrop" olmayan, işıqlı, xoş enerjili rejissor görürdüm. İndiyə kimi də bilmirəm, Hüseynağa müəllimin nəyə iddiası yar idi. Tamaşa başlamazdan əvvəl Aktyorlar Evinin tamaşa zalının foyesi qarşısında qayğılı gəzişərkən, tamaşaya gələn iki-bir, üç-bir adamları seyr edərkən nə düşünürdü, görəsən? Ən təsirlisi nə idi? Ən təsirlisi o idi ki, o, fədakar sənətkar imici yaratmırdı, sadəcə şəraitə uyğun şəkildə vicdan rahatlığı üçün işini görürdü. Ən təsirlisi nə idi? Ən təsirlisi o idi ki, o, cəmiyyətin dibində uyuyanları oyatmaq üçün yorulmadan qəribə bir təmkinlə bu göl misallı cəmiyyətə daş atırdı. Hər daşın nə qədər az effektli olduğunu, yaratdığı dairələrin sonda yenə də özünə gəlib çatdığını görə-görə.
Teatrşünasların, rejissorların Hüseynağa Atakişiyevin hələ Şəki Teatrından gerçəkləşdirməyə başladığı teatr konsepsiyaları haqda fikirlərə yalnız bir qənaəti əlavə etmək olar - Hüseynağa Atakişiyev sənətinin arxasında böyük hərflərlə ŞƏXSİYYƏT dururdu. Teatr konsepsiyalarını, üslub özəlliyini, yeni estetik meyarlar nizamnaməsini gərəkincə faş etməyə, bəlkə də, bu mane oldu?
Hüseynağa Atakişiyevin
quruluş verdiyi son tamaşalar içərisində "Herostratı
unudun!" deyilən bir tamaşa var. Bu tamaşa
reallığa cəmiyyətə
həsr olunmuş səhnə pritçası
idi ki, Hüseynağa
Atakişiyev üçün
riövbəti ismarıc idi.
Eyni biganəliyin qarşısında bütün
bu etdiklərindən sonra nə sözü
qalır Hüseynağa
Atakişiyevin? "Unudun!",
deyir, "Herostratı
unudun!". Bu küskünlük deyil, son söz yerinə
deyilmiş bir kəlmədir -"Unudun!".
Bizsə unutmadıq.
Mədəniyyət.- 2008.- 12 aprel.- S. 12.