Hüseynağa Atakişiyevsiz 2 il

 

Əməkdar incəsənət xadimi, aktyor rejissor Hüseynağa Atakişiyevin vəfatından 2 il ötdü. Hüseynağa Atakişiyevin sənət yolu Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrından başlayıb. Hüseynağa Atakişiyev burada bir-birinin ardınca M.F.Axundovun "Xırs Quldurbasan", Bertold Brextin "Arturo Uinin karyerası", Şekspirin "Romeo Cülyetta", Marlonun "Böyük Teymurləng" digər maraqlı tamaşalara uğurlu ən əsas fərqli imzasını qoyub.
   Rejissorun quruluşunda bu səhnə əsərləri təkcə Azərbaycanda deyil, Moskva, Almaniya, Rumınya, Macarıstan kimi xarici ölkələrdə keçirilən müsabiqə festivallarda mükafatlara layiq görülüb.
Bundan sonra o, Akademik Milli Dram Teatrına baş rejissor təyin edilib. Bir müddətdən sonra isə teatra olan böyük sevgisi şəxsi təşəbbüsü sayəsində Dövlət Gənclər Teatrını yaradıb.
   Azərbaycan Dövlət Gənclər Teatrının mərhum direktorunun yozumu ilə Slovamir Mrojekin "Mühacirlər", Cəlil Məmmədquluzadənin "Þlülər", Anarın "Səhra yuxuları", Nazim Hikmətin "İnək", Vaqif Səmədoğlunun "Professor", Elçin Hüseynbəylinin "İlğım" əsərləri Dövlət Gənclər Teatrında səhnələşdirilib. Rəhman Əlizadənin "Əbləhlərin toyu" əsərinə quruluş verib.

 

Ədalət.- 2008.- 12 aprel.- S. 24.