Taşdemir T.

 

Araz sahilində doğan günəş

Vasif Talıbov səhnə arxasında yaradıcı kollektivlə görüşüb bu səhnə əsəri ilə bağlı təəssüratlarını onlarla bölüşüb.

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Həsənəli EyvazlınınAraz sahilində doğan günəşəsəri əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyə Respublikasının Naxçıvan Muxtar Respublikasındakı Baş konsulu Mehmet Bilir bu tamaşanı izləyənlər arasında olublar.
Tarixi mövzuda qələmə alınmışAraz sahilində doğan günəş XX əsrin əvvəllərində Azərbaycanda gedən siyasi proseslər əksini tapıb. Belə ki, Azərbaycan Respublikasının xalq artisti Kamran Quliyevin quruluş verdiyi tamaşada həmin dövrdə Naxçıvanın taleyi ilə bağlı ciddi narahatçılıq keçirən Mustafa Kamal Atatürk, Behbud ağa Şahtaxtinski, İbrahim Əbilov, Nəriman Nərimanov kimi tarixi şəxsiyyətlərin bu bölgənin statusunun müəyyənləşdirilməsi sahəsindəki fəaliyyətləri diqqət mərkəzindədir. Tamaşada ermənilərin torpaq iddiaları, Stalin Çiçerinin onlara havadarlıq etmələri real tarixi faktlar əsasında tamaşaçılara çatdırılır. Tamaşada 1921-ci ildə Türkiyənin Azərbaycana gösdərdiyi dostluq, qardaşlıq köməyi, Naxçıvan məsələsində heç bir güzəştə getməməsi təbii şəkildə canlandırılıb
 Tamaşadan sonra Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbov səhnə arxasında yaradıcı kollektivlə görüşüb bu səhnə əsəri ilə bağlı təəssüratlarını onlarla bölüşüb: “Araz sahilində doğan günəşNaxçıvan teatrının səhnələşdirdiyi uğurlu tamaşalardan biridir. Tarixi mövzuda olan tamaşa bu günümüz üçün aktualdır”. Qeyd edək ki,”Araz sahilində doğan günəştamaşasında əsas rollarda Azərbaycan Respublikasının xalq artisti Həsən Ağasoy, Azərbaycan Respublikasının əməkdar artistləri - Xəlil Hüseynov, Rza Xudiyev, Naxçıvan Muxtar respublikasının əməkdar artisti Əli Əliyev digər aktyorlar çıxış ediblər.

Zaman.- 2008.- 17-18 aprel.- S. 9.