Heydər Əliyev mədəniyyət adlı üçcildlik nəşrə hazırlanmışdır

 

AzərTAc xəbər verir ki, Mədəniyyət Turizm Nazirliyində ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 85 illiyi ilə əlaqədar "Heydər Əliyev mədəniyyət" adlı üçcildlik nəşrə hazırlanmışdır.
Toplunun 1-ci cildi 1969-1996, 2-ci cildi 1997-1998, 3-cü cildi isə 1999-2003-cü illəri əhatə edir. Kitabın son cildində ədəbiyyat, mədəniyyət, incəsənət, elm, din idman xadimləri ilə görüşləri, müsahibələri, tövsiyələri, milli-mənəvi dəyərlərə verdiyi yüksək qiymət barədə materiallar toplanmışdır.
Mayın əvvəllərində oxuculara təqdim ediləcək sanballı cildlər müasir mədəni yüksəlişlə maraqlanan, ədəbiyyat incəsənət tarixi ilə məşğul olan tədqiqatçılar, geniş oxucu kütləsi, müəllim tələbələr üçün dəyərli mənbədir.

 

Azərbaycan.- 2008.- 22 aprel.- S. 1.