Horadiz şəhərində
Heydər Əliyev muzeyi ilə tanışlıq
Xəbər verdiyimiz
kimi, Azərbaycan Prezidenti İlham Əliyev aprelin 18-də
Füzuli, Beyləqan və Biləsuvar rayonlarında
olmuşdur.
Əvvəlcə Horadiz
şəhərinə gələn
dövlətimizin başçısı
burada Heydər Əliyev muzeyində oldu.
Burada rayon ictimaiyyətinin nümayəndələri
Prezidenti səmimiyyətlə
qarşıladılar.
Prezident İlham
Əliyev muzeyin rəmzi açılışını
bildirən lenti kəsdi, eksponatlarla tanış oldu. Muzeydə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə,
hələ sovet dövründə Azərbaycana
rəhbərlik etdiyi illərdə Füzuli rayonuna səfərlərinə
dair fotoşəkillər,
dahi şəxsiyyətə
həsr olunmuş kitablar toplanmışdır.
Dövlətimizin başçısı
muzeyin xatirə kitabına ürək sözlərini yazdı.
Sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə
söhbət etdi.
Horadiz sakini: Bizim
sevincimizin həddi-hüdudu yoxdur. Çünki
ulu öndərimizin layiqli davamçısı
rayonumuza gəlmişdir.
Arzu edirəm ki, bu gəlişiniz
uğurlu və bərəkətli olsun. Dünənki yağış,
bugünkü günəş
bütün bu uğurdan xəbər verir. Hazırda yaşadığımız bu
ərazi 1994-cü ildə
ulu öndərimizin səyi nəticəsində
düşmən tapdağından
azad olunmuşdur. Biz çox sevinirik ki, Siz
bu yerləri abadlaşdırır, inkişaf
etdirir və gülüstana döndərirsiniz.
Sizin sərəncamınızla
yeni qəsəbələr
salındı, çadır
şəhərcikləri ləğv
olundu və biz abad qəsəbələrə
köçdük. Rahat, geniş,
işıqlı otaqlarda
yaşamaq, yurdumuzun gözəl, təmiz havasını udmaq, suyunu içmək hamımızın arzusu idi. İnanırıq ki, bizim ən
böyük arzumuz da gerçəkləşəcək,
yəni işğal altında olan bütün torpaqlarımız
Sizin hərtərəfli,
məqsədyönlü
fəaliyyətiniz nəticəsində
düşmən tapdağından
azad olunacaqdır.
Mən
hamımızın əzizi, bütün xalqımızın
dərin məhəbbətini və hörmətini
qazanmış Mehriban xanımın da hərtərəfli
fəaliyyətini qeyd etmək istəyirəm. Biz onunla, Sizinlə
fəxr edirik ki, xalqımızı həqiqətən işıqlı
gələcəyə aparırsınız.
Qarşıdan prezident
seçkiləri gəlir.
Mən rayonumuzun bütün ziyalıları
adından əminliklə
və qətiyyətlə
bildirirəm ki, füzulililər artıq öz seçimini ediblər. Siz bizim daimi və
əbədi Prezidentimizsiniz.
Füzulililər Sizə
inanırlar, Sizinlədirlər
və Sizi həmişə dəstəkləyirlər.
Siz bu sevgini,
bu məhəbbəti
öz səmimiyyətinizlə,
işgüzarlığınızla və daim xalqın
içində olmağınızla
qazanmısınız. Ulu
Tanrı köməyiniz
olsun.
İlham Əliyev:
Sağ olun, təşəkkür edirəm sizə. Mən gəlmişəm ki, sizinlə görüşüm, sizə
öz hörmət və məhəbbətimi
ifadə edim, sizi dəstəkləyim. Siz ağır vəziyyətdə yaşamış
insanlarsınız. Qeyd
etdiyiniz kimi, bu ərazi işğal
altında idi. Ermənilər bu bölgəni də işğal etmişdilər.
Ondan sonra bizim ordumuz Horadiz
qəsəbəsini işğalçılardan
azad etdi. Bu qəsəbəyə olunan yardımlar bundan sonra da
davam etdiriləcəkdir.
Horadizə şəhər
statusu verilibdir. Horadizin inkişafı üçün, bütövlükdə
işğaldan azad olunmuş ərazilərin
inkişafı üçün
vəsait ayrılmışdır
və yenə də ayrılacaqdır. Bütün çadır
şəhərcikləri ləğv
edilib və onların əvəzində
yeni gözəl qəsəbələr tikilibdir.
Bu onu göstərir
ki, bizim imkanlarımız var. Bütün ərazilər
işğaldan azad olunandan sonra biz həmin yerləri cənnətə
çevirəcəyik. Biz
bütün dağıdılmış
rayonları bərpa edəcəyik, yüksək
səviyyədə evlər,
məktəblər, xəstəxanalar
tikiləcəkdir. Yeni
istifadəyə verilmiş
qəsəbələrin timsalında
görürük ki, nəyi biz edəcəyik.
Mən çox şadam ki, burada işlər çox yaxşı gedir, abadlıq, inkişaf var. Daha da sürətlə
getməlidir və Füzuli rayonunun inkişafına xüsusi diqqət göstərilməlidir.
Siz düşmənlə
üz-üzə yaşayırsınız. Sizin
kəndlərinizin bir
hissəsi təmas xəttinə lap yaxınlıqda yerləşir.
Yəni burada yaşamaq böyük cəsarət tələb
edir, böyük fədakarlıq, vətənpərvərlik
tələb edir. Bütün bu təhlükələrə baxmayaraq
siz burada öz doğma torpaqlarınızda yaşayır,
yaradır, bu yerləri abadlaşdırır,
uşaqları böyüdürsünüz,
Azərbaycanı inkişaf
etdirirsiniz. Ona görə siz böyük hörmətə
layiq olan insanlarsınız. Bütün
Azərbaycan ictimaiyyəti
bunu bilməlidir və bilir.
Mən buraya çoxdan
gəlmək istəyirdim, ancaq eyni zamanda, istəyirdim ki,
buraya gələndə yaxşı, xoş
tədbirlərdə iştirak edək. Bu
gün belə tədbirlər baş verəcək - qəsəbələrin
açılışıdır, sosial obyektlərin təməlqoymasıdır. Həm
tibb mərkəzinin, həm də elektrik stansiyasının təməlinin qoyulması
bu bölgənin abadlaşmasına böyük
dəstək olacaqdır.
Sizə cansağlığı,
uğurlar arzulayıram.
Bilin ki, mən bundan sonra da rayonun
inkişafına öz
köməyimi göstərəcəyəm.
* *
*
Dövlətimizin
başçısı ictimaiyyətin
nümayəndələri ilə xatirə şəkli
çəkdirdi.
Xalq qəzeti.- 2008.- 20 aprel.- S. 2.