İnformasiya kommunikasiya texnologiyalarının
inkişafında Heydər
Əliyev siyasətinin
rolu
Aprelin 24-də Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyinin Baki Telefon Rabitəsi İstehsalat Birliyində
(BTRİB) müstəqil Azərbaycan
dövlətinin banisi
Heydər Əliyevin anadan olmasının
85-cü ildönümü geniş qeyd olunmuşdur.
Rabitə və informasiya
texnologiyaları nazirinin
müavini İltimas Məmmədov, Milli Məclisin deputatı Siyavuş Novruzov, BTRİB-in baş direktoru Beytulla Hüseynov və digər natiqlər parlaq və təkrarsız şəxsiyyət,
müasir Azərbaycan
dövlətçiliyinin qurucusu
Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən,
xalqımız qarşısında misilsiz xidmətlərindən danışmışlar.
Qeyd olunmuşdur ki, ümummilli lider informasiya-kommunikasiya texnologiyalarının əhəmiyyətini
daim yüksək qiymətləndirmiş, bu
sahədə inkişafa
nail olmaq üçün ardıcıl
səylər göstərmişdir.
Azərbaycanda mobil rabitənin
bugünkü yüksək
inkişaf səviyyəsi
də məhz Heydər Əliyevin səylərinin bəhrəsidir.
1994-cü ildə "Bakcell",
1996-cı ildə
"Azercell" birgə
müəssisələrinin yaradılması Azərbaycanda
mobil rabitənin inkişafının əsasını
qoymuşdur. Ölkənin
rabitə sektoruna ilk investisiyaların cəlb edilməsi də ümummilli liderin adı ilə bağlıdır.
Heydər Əliyev Azərbaycanda
radio-televiziya yayımının
dünya standartlarına
uyğun təşkili
istiqamətində lazım
olan bütün tədbirləri görmüşdür.
Əsası ümummilli
lider Heydər Əliyev tərəfindən
qoyulmuş işlər
bu gün Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilir, informasiya-kommunikasiya
texnologiyalarının inkişafı
üçün məqsədyönlü
addımlar atılır.
Tədbirdə birliyin
bir sıra əməkdaşına Yeni
Azərbaycan Partiyasına
üzvlük vəsiqəsi
verilmişdir.
Azərbaycan.- 2008.- 25 aprel.- S. 5.