Montana universitetinin üç tələbəsi Livinqston şəhərinin ictimai kitabxanası Heydər Əliyev mükafatına layiq görülmüşdür

 

Azərbaycanın Los-Ancelesdəki (ABŞ) baş konsulu Elin Süleymanov Montana ştatına getmiş, burada Livinqston şəhərinin ictimai kitabxanasına Heydər Əliyev mükafatını təqdim etmişdir. Beləliklə, beynəlxalq münasibətlər sahəsində təhsil bazasının inkişafına kitabxananın töhfəsi həmin mükafatla qeyd olunmuşdur. Xatırladaq ki, 2007-ci ildə Montana ştatında Azərbaycan muğamlarından ibarət ilk konsertlərdən biri məhz bu kitabxanada təşkil edilmişdi. Bu il isə baş konsulluğun köməyi ilə Rüstəm İbrahimbəyovun ssenarisi əsasında çəkilmiş “Köçəri” filmi həmin kitabxanada nümayiş etdirilmişdir.
Montana ştatında Azərbaycanı öyrənən tələbələr üçün təsis edilmiş, hər il təqdim edilməsi nəzərdə tutulan Heydər Əliyev mükafatının ilk laureatları Montana universitetinin tələbələri Kley Bernett, Endrü Miller və Ross Pedi olmuşdur.
Azərbaycan haqqında kursu bizim region üzrə tanınmış ekspert Tomas Holts tədris edir. Bu kursun dinləyiciləri baş konsulluğun mükafatına Azərbaycanın tarixinə mədəniyyətinə aid mövzuların uğurlu tədqiqinə görə layiq görülmüşlər.
Montana universitetinin Mərkəzi Cənub-Qərbi Asiya proqramının direktoru Merdad Kia mükafatların təqdim edilməsi mərasimindəki çıxışında əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan xarici siyasətinin tarazlaşdırılmış olmasını xüsusi vurğulamışdır. Onun sözlərinə görə, Heydər Əliyevin baxışları siyasi praqmatizm uzaqgörənlik nümunələri olaraq qalır.
E.Süleymanov Mərkəzi Asiya Qafqaza həsr edilmiş illik konfransda region cəmiyyətlərində dinin roluna həsr olunmuş müzakirələrdə çıxış etmiş, ölkəmizi öyrənən tələbələrə Azərbaycan dövlətçiliyinin yaradılmasında ümummilli lider Heydər Əliyevin rolu barədə məlumat vermişdir. Amerikalı musiqiçi Ceffri Verbok konfrans iştirakçıları üçün Azərbaycan muğamı ifa etmişdir.
E.Süleymanov
Montana ştatının Bozmen şəhərindəki Dövlət Universitinin tələbələri qarşısında da çıxış etmiş, bu ali məktəbin rəhbərləri ilə görüşmüşdür.

 

Xalq qəzeti.- 2008.- 29 aprel.- S. 5.