Mükərrəmoğlu M.

 

Ulu öndərə həsr olunan beynəlxalq film festivalı

 

Ümummilli lider Heydər Əliyevin 85 illik yubileyinin keçirilməsi ilə bağlı Prezidentimizin imzaladığı sərəncamdan sonra ölkəmizdə bu istiqamətdə tədbirlər keçirilməkdədir. Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi VVS şirkəti birgə ulu öndərin 85 illik yubileyi münasibətiləHeydər Əliyevbeynəlxalq film festivalı keçirəcəklər.
May ayının əvvəllərində baş tutacaq festivalda bu böyük şəxsiyyətin həyat yolunu, siyasi fəaliyyətini əks etdirən ən yaxşı filmlər nümayiş etdiriləcək. YAP Gənclər Birliyinin sədri Ramil Həsənovun bildirdiyinə görə, bundan sonra hər il ulu öndərin doğum günü ərəfəsində festivalın keçirilməsi qərara alınmışdır.
Festivalın münsiflər heyəti məşhur sənət adamlarından, dövlət xadimlərindən ibarət olacaq. VVS şirkətinin direktoru Teymur Nəcəfzadə demişdir ki, bu layihə Heydər Əliyevə həsr olunan əsl kino bayramına çevriləcək. Burada müxtəlif vaxtlarda müxtəlif yerlərdə hazırlanmış kinofilmlər nümayiş etdiriləcək.
Festivalın qalib filmləri xüsusi mükafatla təltif olunacaq. Layihənin həyata keçirildiyi dövrdə festivalın xüsusi internet saytı da yaradılacaq.
(www.heydar-aliyev.az)

Xalq qəzeti.- 2008.- 11 aprel.- S. 4.