Orucov E.

 

Ulu öndər mədəniyyətimizin hamisi idi

 

Möhtərəm Prezidentimiz İlham Əliyevin bu yaxınlarda ulu öndər Heydər Əliyevin 85 illiyinin qeyd olunması ilə bağlı imzaladığı sərəncam biz sənət adamlarını da ürəkdən sevindirmişdir. Bu ümumxalq bayramına ölkəmizin hər yerində böyük hazırlıq işləri görülür. Biz rəssamlar da ulu öndərin yubileyinə, sözsüz ki, əliboş qatılmayacağıq.
Hər dəfə ümummilli liderimiz Heydər Əliyev haqqında düşüncələrə dalanda mənə elə gəlir ki, cəmiyyətin inkişafında əbədiyyət qanunları mövcuddur. Fərq ondadır ki, həmin qanunları təbiət yox, insan yaradır. Bu qanunlar kəşf olunmur. Onu böyük şəxsiyyətlər, işıqlı zəka sahibləri formalaşdırır. Mən onları Tanrı tərəfindən seçilmiş insanlar adlandırardım. Dünyanın mizan-tərəzisi məhz onların çiyinləri üzərində qərar tutur.
Belə insanlarla bir zəmanədə yaşamaq, onların həyat fəaliyyətlərinin canlı şahidi olmaq da hər kəsin qismətinə düşmür. Bu baxımdan mən həmişə özümü xoşbəxt saymışam ki, gəncliyim məhz böyük öndərimiz Heydər Əliyevin hakimiyyəti illərinə təsadüf etmişdir. Odur ki, gözlərimizin qarşısında canlı tarix yaratmış bir şəxsiyyət barədə fikirlərimi bildirməyi özüm üçün, sadəcə, vətəndaşlıq borcu hesab edirəm. Çünki Heydər Əliyev elə şəxsiyyətdir ki, insanların onun həyat fəaliyyətinə münasibəti siyasi mənsubiyyətindən, əqidəsindən dünyagörüşündən asılı olmayaraq birmənalıdır. Bunun səbəbi aydındır. İctimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatın elə bir sahəsi yoxdur ki, orada Heydər Əliyevin adı ilə bağlı olmayan bir məqam tapılsın. Fikir verin: bütün sahələrdə çalışan insanlar onuöz adamlarıhesab edirlər. Ona görə mənHeydər Əliyev Azərbaycan mədəniyyətinin incəsənətinin hamisi idikəlməsini yazmaqdan çəkinmirəm. Çünki biz mədəniyyət xadimləri bu dahi şəxsiyyətdən həmişə qayğı diqqət görmüşük.
Tariximizin 1969-cu ildən 2003-cü ilədək zaman kəsiyini əhatə edən dövrü elədir ki, burada hər hansı təftişçi baxış mümkün deyildir. Heydər Əliyev böyük bir zaman kəsiyini tarixi fakta çevirmiş şəxsiyyətdir məhz buna görə onun adı dünyanın nəhəng siyasətçiləri, dövlət xadimləri ilə bir sırada çəkilir. O, müstəqil Azərbaycan dövlətinin memarıdır.
Mən bu qənaətdəyəm ki, Azərbaycan xalqını, ümumiyyətlə, bəşəri dəyərlərin daşıyıcısı olan hər bir kəsi Heydər Əliyevə bağlayan ən mühüm psixoloji amillərdən biri məhz bu böyük şəxsiyyətin işıqlı zəka sahibi olması idi. Mən ulu öndərimizin keçirdiyi görüşlərdən hazırlanan reportajları gözlərimin önünə gətirdikcə düşünürəm: onunla təmasda olanların hamısı heyranlığını gizlədə bilmirdi. Müxtəlif ölkələrdən gəlmiş musiqiçilər, mədəniyyət xadimləri, rəssamlar, incəsənət ustaları da Heydər Əliyevin böyüklüyünü etiraf edib, onunla söhbətdən mənəvi zövq aldıqlarını gizlətmirdilər. MənHeydər Əliyev tarix üçün kimdir?” sualının cavabını araşdırmağa həmin suala cavab tapmağa cəhd göstərməsəm , bir incəsənət adamı kimi hiss edirəm ki, ulu öndərimiz üzərinə düşmüş missiyanı uğurla başa vurmuş tarixi fenomendir.
Tanrı tərəfindən seçilmişlər adlandırılan həmin şəxslərə münasibətdə zaman məkan kateqoriyasını önə çəkib, fərqli prizmadan yanaşmağın tərəfdarı deyiləm. Belə bir fəlsəfi kəlam var: “İstəmək, etməyin yarısıdır, amma hamısı deyildir”. Dəfələrlə vurğulamışıq indi təkrar etmək məcburiyyətindəyik: Azərbaycan xalqı bütün varlığı ilə öz dövlətinin yaranmasını, müstəqilliyinin bərpa edilməsini istəyirdi.Amma bu istəyi reallaşdırmaq, illüziyadan həqiqətə, fakta çevirmək üçün mütləq mütləq lider gərək idi. Bax, həmin liderlik missiyası ulu öndərimizin boynunda idi. Ona bu məsuliyyətli yükü tarix vermişdi Heydər Əliyev əfsanəvi Danko kimi ürəyini məşələ çevirib xalqını qaranlıqlardan qurtarmalı, onu işıqlı sabaha aparmalı idi. O, bunu etdi. Özü heç bir təmənna ummadan, umacaqsız yerinə yetirdi. Çünki o, tarixin olduğunu yaxşı bilirdi. Çünki o, böyük qarmaqarışıq bir epoxanın şahidi idi. Onda Tanrı vergisi ilə yanaşı, böyük həyat təcrubəsi vardı. O, istedadla təcrübəni, nəzəriyyə ilə praktikanı bir müstəvidə birləşdirə bilirdi.
İstedadlı rejissor Vaqif Mustafayevin çəkdiyi bir çox kinofestivallarda qalib çıxmışƏsil məhəbbət haqqındafilmindən bir epizodu xatırlayıram.
Zərifə xanım Əliyeva royalda ifa edir, Heydər ƏliyevKüçələrə su səpmişəmxalq mahnısını oxuyur. Bu anda onun sifətində uşaq təbəssümü var. Sanki mahnı oxuyan kəs böyük məkrlərdən, hiylədən qurtulub, Simurq quşu kimi çətin məqamda öz xalqının dadına çatan, onu parçalanmaqdan, qardaş qırğınından xilas edən nəhəng siyasətçi yox, indicə özünü saxlaya bilməyib şairanə hisslərini büruzə verəcək bir sənətçidir. Halbuki o, bəlkə bu anda rəhbərlik etdiyi respublikanın hansısa problemini həll etmək üçün yollar axtarırmış.
Ötən il mətbuatda maraqlı bir yazıya rast gəldim. Mərhum maestro Niyazi Sosialist Əməyi Qəhrəmanı adı aldıqdan sonra danışırmış ki, mənim bu ada layiq görülməyim üçün Heydər Əliyev Moskvada çox əziyyət çəkib. Sovet İttifaqında dirijorlardan yalnız Yevgeni Svetlanov həmin ada layiq görülüb. Mənim Sosialist Əməyi Qəhrəmanı adına layiq görülməyim mümkün olası deyildi...
SSRİ dövründə bütün İttifaq təəccüb içindəydi. Azərbaycanın mədəniyyət incəsənət xadimləri, şair yazıçıları dalbadal Sosialist Əməyi Qəhrəmanı adına layiq görülürdülər onların sırası böyüyürdü. Bu böyük işin bir müəllifi vardı: Heydər Əliyev!
Mənim işim elədir ki, xarici ölkələrdə tez-tez oluram. Mötəbər sərgilərdə həmişə Heydər Əliyevdən söhbət salırlar. Həmişə yüksək çinli insanlar onu hörmət məhəbbətlə yad edirlər.
Bu gün hər bir azərbaycanlının qəlbində Heydər Əliyev abidəsi ucalıb. Ona xalqın sevgisi tükənməzdir. Heydər Əliyev yolu bitmiş yol deyildir. Onun əvvəli sonu yoxdur.
Bu gün Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı, respublika Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasət bütövlükdə xalqın işıqlı sabahına yönəlib. Onun mədəniyyət incəsənət xadimlərinə göstərdiyi xüsusi qayğı diqqət isə razılıqla qarşılanır. Təhsil, səhiyyə, mədəniyyət digər sosial sahələrdə həyata keçirilən tədbirlər bir daha sübut edir ki, Azərbaycan sivil dünyaya aparan yolun üzərindədir. Görülən işlər daha gözəl həyatdan, firavan gələcəkdən xəbər verir. Bax, bu anda bir daha inanırsan ki, ümummilli liderimiz təməlini qoyduğu, yaratdığı müstəqil dövlətdə hər şeyi gələcək üçün hesablayıb.,

 

Xalq qəzeti.- 2008.- 25 aprel.- S. 5.