Beynəlxalq Heydər Əliyev
Filmləri Festivalına
start verildi
Ümummilli lider Heydər Əliyevin 85 illiyinə həsr olunmuş I Beynəlxalq
Heydər Əliyev Filmləri Festivalına
start verildi. Festivalla bağlı
ötən gün Beynəlxalq Mətbuat Mərkəzində tədbir
keçirildi. Layihə BBS Şirkəti və Yeni Azərbaycan Partiyasının Gənclər
Birliyi tərəfindən
həyata keçirilir.
Birliyin
sədri Ramin Həsənovun fikrincə,
Heydər Əliyevə
həsr edilən filimlərin nümayişini
və seçimini hədəf götürən
festival ölkədə festival tipli yeganə layihədir. Qurum rəhbəri festivalda
müxtəlif zaman
və məkanlarda Heydər Əliyev haqqında çəkilən
filmlərin göstəriləcəyini
bildirdi: "Layihə
ümummilli lider haqqında əsl film yarışmasıdır. Festivalda
yer alan
filmlər Heydər Əliyev xarakterinin və şəxsiyyətinin
müxtəlif rakus
və rənglərini
göstərir". BBS şirkətinin direktoru
Teymur Nəcəfzadə
bildirdi ki, festivalda bu günə qədər göstərilməyən filmlər
yer alacaq. Kino etikası və vətəndaş münasibətlərini
birləşdirən rakurslardan
müəyyənləşdirilən festivalın seçim heyəti filimləri aşağıdakı nominasiyalar
- "Ən yaxşı
rejissor işi",
"Ən yaxşı
operator işi", "Ən
yaxşı dramaturgiya", "Xatirələri qoruyan
ən yaxşı
film", "Heydər Əliyevə
kənardan ən yaxşı baxış"
üzrə seçəcək.
Nəticələrə görə seçilən
filmlər xüsusi
mükafat üzrə
təltif olunacaq.
Məlumat üçün bildirək ki, layihə çərçivəsində
www. heydar-aliyev.movies.az
saytı yaradılacaq.
Münsiflər heyətinin
seçiminə aprel
ayının ortalarından
start veriləcək. Qurum festivalı
mayın 3- 5-də keçirməyi
planlaşdırır.
Üç nöqtə.- 2008.- 10 aprel.- S. 13.