Soyqırımı
Gününə həsr olunan kitab sərgisi...
Mirzə Fətəli
Axundov adına Milli Kitabxanada Vaqif Abışovun
"Azərbaycanlıların soyqırımı"
kitabının təqdimatı və 31 Mart -
Azərbaycanlıların Soyqırımı Gününə
həsr olunan kitab sərgisi keçirilib. Tədbiri giriş sözü
də kitabxananın direktoru Kərim Tahirov açaraq,
faciənin Azərbaycan xalqının qan yaddaşında
əbədi iz buraxdığını qeyd edib.
Mədəniyyət və Turizm Nazirliyinin şöbə
müdiri Fikrət Babayev erməni vəhşilikləri,
onların törətdikləri əməllərdən
danışıb. Professor Vaqif Arzumantlı əsrlər boyu
ermənilərin Azərbaycan xalqına qarşı
törətdikləri müsibətlərdən , on minlərlə
dinc əhalinin soyqırım siyasətinin qurbanına
çevrilməsindən, öz doğma ata-baba yurdundan
deportasiya olunmasından söz açıb. Tədbirdə
tariximizin qanlı səhifəsini əks etdirən
yüzə yaxın kitab, jurnal və qəzet materialları
əsasında təşkil olunan sərgi nümayiş olunub.
Səs.- 2008.- 1 aprel.- S. 16.