Soyqırımı ilə bağlı
sərgi açılmışdır
Martın
31-də Azərbaycan İstiqlal Muzeyində 31 Mart -
Azərbaycanlıların Soyqırımı Günü
ilə əlaqədar "Qan yaddaşı" adlı
sərgi açılmışdır.
Sərgidə muzeyin fondunda qorunub saxlanılan sənədlər
və fotoşəkillər
nümayiş etdirilir.
Şəkillərdə Bakıda,
Şuşada, Şamaxıda,
Gəncədə, Tuğ
kəndində 1905-1918-ci illərdə
ermənilər tərəfindən
dağıdılmış yaşayış məskənləri,
evləri əks olunmuşdur.
Açılış mərasimində muzeyin direktoru Fəridə Şəmsi,
AMEA Tarix İnstitutunun
Qarabağ bölməsinin
müdiri Qasım Hacıyev və başqa natiqlər bildirmişlər ki, Rusiyada 1917-ci il oktyabr çevrilişindən
sonra özlərini Qafqazda bolşevik hakimiyyətinin dayağı
hesab edən ermənilər sovet hakimiyyəti qurmaq adı altında Bakıda hakimiyyəti ələ keçirmişdilər.
1918-ci il martın
30-dan aprelin 1-dək onlar bolşevik Rusiyasının hərbi yardımı ilə Bakıda soyqırımı
törədərək 15 min
azərbaycanlını qətlə
yetirmişlər. Məqsəd
Bakını ələ
keçirib, onun neftinə sahib çıxmaq idi.
Bildirilmişdir ki, həmin
il mart-may aylarında ermənilər
Şamaxıda, Qubada,
Xaçmazda, Ağsuda,
Kürdəmirdə, Salyanda,
Lənkəranda kütləvi
qırğınlar törətmiş,
50 mindən artıq soydaşımızı qəddarüsullarla
qətlə yetirmişlər.
Qırğınlar İrəvan quberniyası
ərazisində, Qarabağda,
Zəngəzurda, Naxçıvanda,
Qars vilayətində daha amansız şəkildə törədilmişdi.
Şamaxı qəzasında
58, Quba qəzasında
112, Gəncə quberniyasında
272 (o cümlədən
Zəngəzurda 115, Qarabağda
157), İrəvan quberniyasında
211, Qars vilayətində 82 yaşayış məntəqəsi yerlə-yeksan edilmiş, yüz minlərlə azərbaycanlı qətlə
yetirilmiş, bir milyona yaxın əhali öz tarixi-etnik torpaqlarından didərgin salınmışdı.
Tədbirdə Qarabağ
Müharibəsi Veteran
Qadınlar Birliyinin üzvləri, Qafqaz Universitetinin tələbələri,
Bakı Özəl Türk liseyinin şagirdləri, Azərbaycan
Sərhəd Qoşunları
Sahil Mühafizəsinin
zabit, miçman və matrosları iştirak etmişlər.
Qafqaz Universitetinin tələbələri ekspozisiya
göstərmiş, Dövlət
Rəssamlıq Akademiyasının
I kurs tələbələrinin
əl işləri nümayiş etdirilmişdir.
Azərbaycan.-2008.- 1 aprel.- S. 5.