Azərbaycan Respublikası və Ukrayna arasında 2008-ci il mayın
22-də Kiyev şəhərində
imzalanmış sənədlər
haqqında
Azərbaycan Respublikasi Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikası və Ukrayna arasında 2008-ci il mayın
22-də Kiyev şəhərində imzalanmış
aşağıdakı sənədlər təsdiq edilsin:
1.1. Azərbaycan Respublikası hökuməti və Ukrayna
hökuməti arasında dövlət qulluğunun
inkişafı sahəsində əməkdaşlıq
haqqında saziş;
1.2. Azərbaycan Respublikası hökuməti və Ukrayna
Nazirlər Kabineti arasında informatizasiya və informasiya
texnologiyaları sahəsində əməkdaşlıq
haqqında saziş;
1.3. Azərbaycan Respublikasının Prezidenti yanında
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi
və Ukraynanın Qiymətli Kağızlar və Fond
Bazarı üzrə Dövlət Komissiyası arasında
qarşılıqlı anlaşma memorandumu;
1.4. Azərbaycan Respublikası Mədəniyyət və Turizm
Nazirliyi və Ukrayna Mədəniyyət və Turizm Nazirliyi
arasında 2008-2012-ci illər üzrə
əməkdaşlıq haqqında protokol;
1.5. Azərbaycan Respublikasının Gənclər və
İdman Nazirliyi və Ukraynanın Ailə
məsələləri, Gənclər və İdman Nazirliyi
arasında gənclər siyasəti və idman sahəsində
2008-2009-cu illər üçün əməkdaşlıq
proqramı.
2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə
tapşırılsın ki, bu sərəncamın 1.1-1.5-ci
bəndlərində göstərilən sənədlərin
həyata keçirilməsi üçün zəruri
tədbirlər görsün.
3. Azərbaycan Respublikasının Xarici İşlər
Nazirliyinə tapşırılsın ki, bu
sərəncamın 1.1-1.5-ci bəndlərində
göstərilən sənədlərin qüvvəyə
minməsi üçün zəruri olan dövlətdaxili prosedurların
yerinə yetirilməsi barədə Ukrayna tərəfini
xəbərdar etsin.
İlham Əliyev, Azərbaycan
Respublikasının Prezidenti
Bakı
şəhəri, 6 avqust 2008-ci il
Xalq qəzeti.- 2008.- 8 avqust.- S. 1.