Nəzakət

 

Ta­rix və mə­də­niy­yət abi­də­lə­ri­nin si­ya­hı­sı ha­zır­la­nıb

 

Mə­də­niy­yət və Tu­rizm Na­zir­li­yi­nin mət­bu­at xid­mə­tin­dən SİA-ya ve­ri­lən mə­lu­ma­ta gö­rə, Pre­zi­dent İl­ham Əli­ye­vin Sə­rən­ca­mı­na əsa­sən, Mə­də­niy­yət və Tu­rizm Na­zir­li­yin­də öl­kə əra­zi­sin­də yer­lə­şən döv­lət mü­ha­fi­zə­si­nə gö­tü­rül­mə­si tək­lif olu­nan da­şın­maz ta­rix və mə­də­niy­yət abi­də­lə­ri­nin si­ya­hı­sı­nın il­kin va­ri­an­tı ha­zır­lan­mış­dır. Ha­zır­lan­mış si­ya­hı irad və tək­lif­lə­rin bil­di­ril­mə­si üçün mü­va­fiq təş­ki­lat və qu­rum­la­ra gön­də­ril­miş­dir.

Si­ya­hı­nın il­kin va­ri­an­tın­da dün­ya əhə­miy­yət­li abi­də­lər si­ya­hı­sı­na YU­NES­KO-nun Dün­ya İr­si Si­ya­hı­sı­na qə­bul edil­miş abi­də­lə­ri­miz (İçə­ri­şə­hər, Şir­van­şah­lar sa­ra­yı komp­lek­si, Qız qa­la­sı, Qo­bus­tan qo­ru­ğu) da­xil edil­miş­dir. İl­lər bo­yun­ca tə­bii fə­la­kət və di­gər sə­bəb­lər­dən iti­ril­miş abi­də­lər si­ya­hı­dan çı­xa­rıl­mış və öl­kə­mi­zin müx­tə­lif böl­gə­lə­rin­də ye­ni aş­kar olun­muş abi­də­lər­lə zən­gin­ləş­miş­dir. Ye­ni aş­kar olun­muş abi­də­lər­dən Ağs­ta­fa ra­yo­nu­nun əra­zi­sin­də yer­lə­şən, öl­kə baş­çı­sı­nın Sə­rən­ca­mı ilə qo­ruq elan edil­miş Ke­şik­çi­dağ ma­ğa­ra­lar komp­lek­si­ni, Göy­göl, Gə­də­bəy, Şəm­kir, Qə­bə­lə, Ba­la­kən, Lən­kə­ran və di­gər ra­yon­la­rın əra­zi­lə­rin­də yer­lə­şən di­ni, xa­ti­rə, hid­ro­tex­ni­ki, mü­da­fiə ti­ki­li­lə­ri­ni və ya­şa­yış ev­lə­ri­ni gös­tər­mək olar. Na­zir­lik­də ha­zır­la­nan si­ya­hı­nın il­kin va­ri­an­tın­da 7 mi­nə ya­xın abi­də­nin döv­lət mü­ha­fi­zə­si­nə gö­tü­rül­mə­si tək­lif olu­nur. Res­pub­li­ka əra­zi­sin­də döv­lət mü­ha­fi­zə­si­nə gö­tü­rül­müş da­şın­maz ta­rix və mə­də­niy­yət abi­də­lə­ri­nin si­ya­hı­sı ilk də­fə 1968-ci il­də ha­zır­lan­mış­dır. Ye­ni ha­zır­lan­mış si­ya­hı­ya töv­si­yə, tək­lif və irad­la­rın bil­di­ril­mə­si üçün müx­tə­lif qu­rum, təş­ki­lat, müs­tə­qil alim və təd­qi­qat­çı­lar ilə mü­za­ki­rə­lə­rin ke­çi­ril­mə­si də nə­zər­də tu­tu­lur.

 

Səs.- 2008.- 7 avqust.- S. 14.