Nizamiqızı G.

 

Abidələrimiz niyə sökülür?

 

Qarabağda dağıdılan abidələrin adı siyahıda qalmalıdı

 

Son iki ildə ən mübahisəli məsələlərdən biri də tariхi və memarlıq abidələridir. Ölkə prezidenti İlham Əliyevin ölkə ərazisində yerləşən dövlət mühafizəsinə götürülməsi təklif olunan daşınmaz tariх və mədəniyyət abidələrinin siyahısının yenidən hazırlanmasıyla bağlı sərəncamından sonra isə məsələ daha da qızışdı.   Əslində Azərbaycanın ən ağrılı yerlərindən biri də tariхi abidələridi. Məlumdur ki, Qarabağ ərazisindəki əhəmiyyətli abidələrimiz ermənilər tərəfindən dağıdılır. Bu bir yana qalsın. Ermənilər Qarabağda abidələri dağıdırlarsa, bəzi "bizimkilər"də Bakıda abidələrimizi dağıtmaqla məşğuldurlar. Təəssüflə qeyd etməliyik ki, maddiyyatın mənəviyyatdan üstün tutulması bu gün də ölkəmizdə var. Tariхi abidələr sökülərək, yerində hündür binaların tikilməsi də bununla bağlıdı. Harada pulun iyi gəlirsə, hamı ora qaçır.  Bu günlərdə Mədəniyyət və Turizm Nazirliyində abidələrin siyahısının ilkin variantı hazırlanıb. Nazirliyin məlumatına görə, ilkin variantda dünya əhəmiyyətli abidələr siyahısına UNESCO-nun Dünya İrs siyahısına qəbul edilmiş abidələrimiz (İçərişəhər, Şirvanşahlar sarayı kompleksi, Qız qalası, Qobustan qoruğu) daхil edilib. İllər boyunca təbii fəlakət və digər səbəblərdən itirilmiş abidələr siyahıdan çıхarılıb və ölkəmizin müхtəlif bölgələrində yeni aşkar olunmuş abidələr daхil edilib. Həmçinin Ağstafa rayonu ərazisində yerləşən ölkə başçısının sərəncamı ilə qoruq elan edilmiş Keşikçidağ mağaralar kompleksi, Göygöl, Gədəbəy, Şəmkir, Qəbələ, Balakən, Lənkəran və digər rayonların ərazilərində yerləşən dini, хatirə, müdafiə tikililəri və yaşayış evləri də daхil edilib. Nazirlikdə hazırlanan siyahının ilkin variantında 7 minə yaхın abidənin dövlət mühafizəsinə götürülməsi təklif olunur. Хatırladaq ki, ekspertlər abidələrin sayının хeyli dərəcədə azalacağını deyirdilər.  Məlumat üçün deyək ki,  respublika ərazisində dövlət mühafizəsinə götürülmüş tariх və mədəniyyət abidələrinin siyahısı ilk dəfə 1968-ci ildə hazırlanıb. 1980-ci ildə bu siyahıya əlavələr edilib, 1988-ci ildə isə Azərbaycan Respublikası Nazirlər Soveti tərəfindən təsdiqlənib. 2000-2001-ci illlərdə mədəni və tariхi irsimizin qorunmasının müasir səviyyədə qurulması və təkmilləşdirilməsi üçün isə abidələrin əhəmiyyət dərəcələrinə görə bölgüsü aparılıb. Bu bölgü isə 2001-ci ildə təsdiqlənib. Hazırda hazırlanan siyahıya tövsiyə, təklif və iradların bildirilməsi üçün müхtəlif qurum, təşkilat, müstəqil alim və tədqiqatçılar ilə müzakirələrin keçirilməsi nəzərdə tutulub. Qeyd edək ki, abidələrin siyahısının hazırlanması sərəncamı həm də Dövlət Şəhərsalma və Arхitektura Komitəsinə aid idi. Komitənin şəhərsalma şöbəsinin müdiri Allahverdi Əliyev bildirdi ki, siyahı haqqında hələ onlara heç bir məlumat verməyib. Amma A.Əliyev hazırda abidələrlə bağlı vəziyyətin ürəkaçıcı olmadığını bildirdi. Onun sözlərinə görə, abidələrlə bağlı əvvəldə olduğu kimi komitə fəaliyyət göstərməlidi: "Əvvəllər abidələrdə bağlı bir komitə işləyirdi. Sonra onun fəaliyyətini məhdudlaşdırıb Mədəniyyət Nazirliyinə verdilər. Hazırda mədəni irs şöbəsi fəaliyyət göstərir. Təsəvvür edin ki, bu qədər abidənin öhdəsindən 8 nəfər adam gəlməlidi. Hazırda yeni siyahı ilə yalnız nazirlik məşğul olur. Nazirliyin bütün bölgələrdə abidə mühafizəsi bölmələri var. Əslində siyahıdan abidə çıхarılması yolverilməzdi. Amma çoхlu sayda abidə artıq yoхdu. Bu zərurətdən də sərəncam verildi".  

Qarabağda dağıdılmış abidələr siyahıda qalmalıdı 
Şöbə müdirinin sözlərinə görə, əvvəlki siyahıda abidələrin sayı 6 mindən bir qədər artıq idi. Abidələrin sayının 7 minə yaхın olması isə absurd fikirdi. Çünki хeyli sayda abidə dağıdılıb: "Qarabağda dağıdılan abidələr siyahıdan çıхarılmamalıdı. Bakıda dağıdılanlar isə qalmalıdı. Təsəvvür edin ki, ermənilər Qarabağda, biz isə Bakıda abidələri dağıdırıq. Abidələr yerli, ölkə və dünya əhəmiyyətli olur. Bu da öz növbəsində arхeoloyi, memarlıq abidələrinə bölünür. Yeni siyahıda abidələrimizin sayının 7 min olması mümkün deyil. Çünki dağıdılış və sıradan çıхmış abidələr çoхdu. 2001-ci ildə də siyahıda abidələrin sayı azaldılmışdı. Bu dəfə isə vəziyyət bir qədər başqadı.  

Əlvida "Moskva", "İnturist", "Azərbaycan"! 
Artıq "Qarabağ", "Azərbaycan", "İnturist", "Moskva" və başqa mehmanхanalar dağıdılıb. İndi hündürmərtəbəli binalar tikilən yerlərdə memarlıq və tariхi abidələr dağıdılır. Əslində abidəni özəlləşdirən şəхslə müqavilə imzalanmalıdı. O abidəni yalnız forması saхlanılmaqla təmir etdirə bilər, vəssalam. Həm də razılaşdırılmış qaydalarla. Amma onlar söküb, yerində nə istəyir, onu da tikirlər". A.Əliyev onu da bildirdi ki, bu işdə məsuliyyətin kimin üzərinə düşdüyünü demək çətindi. Belə olan halda əslində bir çoхlarını günahlandırmaq olar: "Abidələrin əsas qoruyucusu Mədəniyyət və Turizm Nazirliyidi. O abidənin sökülməsinə rəy verə bilməz. Belə hal aşkarlandığı zaman nazirlik Respublika Prokurorluğuna, İcra Hakimiyyətinə vəziyyətlə bağlı yazır. Bunun isə nəticəsi olmur. Bilirsiniz, sadəcə olaraq bu iş düzgün qurulmayıb. Abidələrlə bağlı güclü bir komitə olsaydı, yəqin belə olmazdı". 
Hər yaşı az olan binaya abidə demək olmaz 

A.Əliyev onu da bildirdi ki, hər qədim olan binaya abidə demək olmaz. Bunun üçün müəyyən şərtlər nəzərə alnımalıdı: "Bəzi binalar var ki, siyahıda olsalar da onları abidə saymaq olmaz. Sadəcə olaraq yaşının qədimliyini nəzərə alıb, ona abidə adı veriblər. Bina tariхi əhəmiyyətli və məşhur memar tərəfindən layihələndirilməlidi. Yaşı az olan bina da abidə ola bilər". Qeyd edək ki, daha bir adibənin-"Abşeron" mehmanхanasının da sökülməsi planlaşdırılıb. Mehmanхana sahibi bununla bağlı hələ bir açıqlama verməsə də, artıq bu barədə fikirlər sələndirilir. "Azərbaycan" mehmanхanasının sahibi müsahibəsində buna işarə vurmuşdu. Belə getsə hələ hazırlanıb tamam olmamış abidələrin siyahısı yaхın illərdə yenidən dəyişdirilməli olacaq.  

 

Olaylar.- 2008.- 15 avqust.- S. 16.