Tarixi
əhəmiyyətli Azərbaycan abidələri
Bəşər
svilizasiyasının ərazilərindən biri
Şərqin qapısı hesab olunan Azərbaycandır.
İlk növbədə, buna səbəb insanların yaşaması
üçün mülayim və münasib təbii
şəraitin olmasıdır. Ərazidə aparılmış
arxeoloji qazıntıların nəticələri
göstərir ki, Azərbaycanda yaşamış qədim insanlar tarix boyu
şərəfli yaradıcılıq yolu keçərək
çoxsaylı mədəniyyət əsərləri
yaratmış və onlardan biri də memarlıqdır.
Memarlıq xalqın yaşanılan dövrlərdəki
tarixdir ki, bunu da insanlıq tarixi olaraq qiymətləndirmək
olar. Tarixi materiallardan bizə
məlumdur ki, bunun başlanğıcı ibtidai insanların
yaşadığı təbii mağaralardan başlayır.
Azərbaycan ərazisində belə mağaraların
sayı olduqca çoxdur. Böyük və
Kiçik Qafqaz dağlarının ətəklərində,
Talış dağlarında, Naxçıvanda, Zəngilan,
Kəlbəcər, Gədəbəy, Xanlar, Şamaxı
və nəhayət, Füzuli rayonu ərazisində
aşkar edilmiş Azıx mağarasını buna misal
göstərmək olar. Belə mağaralarda
aparılmış tədqiqatlar göstərir ki, burada
yaşamış ibtidai insanlar 1,5 mln il öncə, yaşayışlarını
mağaralardakı şəraitə uyğunlaşdırmaq
məcburiyyətində qalsalar da, sonralar şüurun
inkişafı və bəzi əmək və inşaat
alətlərinin yaranması ilə əlaqədar olaraq
onlar yaşadıqları təbii mağaraları
öz yaşayış tərzlərinə uyğunlaşdırmağa
çalışmışlar. İbtidai insanların
təbii mağaralar üzərində apardıqları
belə yenidənqurma işləri sonrakı dövrlərdə
süni mağaraların yaranması ilə nəticələnmişdir.
Təbii mağaralar kimi bir neçə küyüldən
ibarət olan süni mağaralar da yer səthindən xeyli
hündür məsafədə dik qayalar və dağ
döşündə düzəldilmişdir. Azərbaycan
ərazisində süni mağaralara Böyük Qafqaz
dağlarının cənub-şərq ətəklərində,
Kiçik Qafqaz dağlarında, Qubadlı rayonunda
Bərgüşad, Əkərə çayları vadilərində,
Şirvan regionunda Mərəzə, Sündi və Dərəkənd
yaxınlığında, eləcə də, cənub
əyalətlərində qədim Manna və Midiya
dövlətlərinə mənsub olan ərazilərində
də təsadüf edilmişdir. Harada tikilməsindən
asılı olmayaraq, özlərini müdafiə etmək
məqsədilə insanlar süni mağara tipli evlərin,
bir qayda olaraq, yer səthindən xeyli hündür məsafələrdə
düzəldirdilər. Lakin sonralar inşaat tipinin,
konkret olaraq daş hörgüsü meydana çıxdıqdan
sonra süni mağaralarda əvvəl azacıq, sonralar
isə tədricən ciddi dəyişikliklər baş
verdi. Daş hörgüsünün meydana çıxması
nəticəsində yeni tipli qazma və yarımqazma
binalar inşa edilməyə başladı. Belə binalar,
adətən, dağların və yamacların döşündə
inşa olunmuşdur. Hələ hörgü
işinə o qədər mükəmməl yiyələnməyən
və mənzili lazımi səviyyədə qızdırmağa
qadir olmayan ibtidai insanlar, evlərinin yarı hissəsini
yeraltı küyl şəkildə quraşdıraraq
yalnız onun yer yüstünə çıxan hissəsini
- dəhlizini təbii daşlarla eyvan şəkildə
hörüb özlərini dəyişən təbiətin
isti-soyuğundan qorumuşlar. Elmi mənbələrdə
belə binaların hələ Midiya dövründən
çox-çox öncə meydana çıxması
və Midiya dövründə geniş yayıldığı
qeyd olunur. Mağara tipli yaşayış binalarının
sonrakı inkişaf mərhələlərində
daş hörgüdən əvvəllər küyülün
ön və yan divarlarından, sonra isə arxa tərəfindən
istifadə olunmuşdur. Tədricən
mənzil divarlarının daş hörgü ilə
əvəz olunması və insanların bu hörgü
ilə bağlı inşaat mədəniyyətinin
təkmilləşməsi binaların qazma və yarımqazma
formasından yerüstü inşasına gətirib
çıxarmışdır. Öz başlanğıcını
süni mağaralardan almış belə binalar
uzun bir tarixi inkişaf prosesi keçmiş və memarlıq
tarixində "Qaradan" adı ilə məşhurlaşmışdır.
Azərbaycan ərazisi müxtəlif təbii-coğrafi
şəraitə və iqlim qurşaqlarına malik olduğu
üçün burada inşa edilmiş qaradanlar da
tədricən yerli iqlim şəraitinə uyğunlaşdırılaraq
müxtəlif memarlıq-planlaşdırma xüsusiyyətlərinə
malik olmuşdur. Adətən, belə
evlərdə insanlara məxsus olan ev
heyvanları da saxlanılırdı. Tarixi
məlumatlara görə Azərbaycanda qaradanlardan XX
yüzilliyin əvvəllərinə qədər istifadə
edilmişdir. Qobustanda aşkar edilmiş
ən qədim yaşayış yerləri (mağaralar,
müxtəlif primitiv sığınacaqlar və s.)
ilə yanaşı, meqalit memarlıq abidələri-kromlexlər,
menhirlər (çoban daşı), dolmenlər və siklop
tikililəri geniş yayılmışdı. Hündür daşlardan quraşdırılmış
bu qurğular el arasında "qalaça", yaxud
"hörükdaş" adlanır. Naxçıvan
şəhərinin yaxınlığındakı
Çalxanqala (Tunc dövrü) və Arpaçay sahilindəki
Qaratəpə divarındakı Oğlanqala müdafiə
tikililəri siklop tikililərə aid edilir. Güney Azərbaycanın ərazisində, Araz
yaxınlığında da qala tikililəri (Bastam, Danalı,
Qalaoğlu və s.) aşkar edilmişdir. Azərbaycan ərazisində Manna dövlətinin
təşəkkülü, daha sonralar güneydə Atropatena
dövlətinin yaranması ilə bağlı
şəhərlər yaradılmış, müdafiə
tikililəri, əzəmətli qala divarları inşa
edilmişdi. Həsənli rayonundakı
abidələr kompleksi, eləcə də, Urmiya gölü
sahilindəki qayalarda çapılmış sərdabələrın
tədqiqi göstərir ki, XII yüzillikdə eyvanlı
mənzil tipi təşəkkül tapmışdı.
Həmin dövrün digər memarlıq qurğularından
yeganə dini tikili olan od mehrabları
dövrümüzədək gəlib çatmışdır.
Tarixi mənbələrə əsasən,
qeyd edim ki, bu dövrdə yaranmış memarlıq tipləri
Azərbaycan memarlığının sonrakı inkişafına,
eləcə də, Əhəmənilər dövründə
İranın və ön Asiyanın digər ölkələrinin
memarlığına əhəmiyyətli təsir
göstərmişdir. Atəşpərəstliyin
yayılması ilə bağlı yaranan ibadətgahlar
islamdan öncə tikilmiş əsas dini binalar olmuşdur.
Qafqaz Albaniyası dövründə
şəhərsalma sahəsində mühüm addımlar
atılmışdır. Qəbələ şəhərinin
möhkəm qala divarları, saxsı borularından
çəkilmiş su kəməri, Dəmirqapı
(Dərbənd) keçidində daşdan tikilmiş
müdafiə sistemi, Çıraqqala, Ləkit kəndindəki
dairəvi xristian məbədi,
Səs.- 2008.- 23 avqust.- S. 12.