Vahidoğlu O.
Turizmin inkişafı
Azərbaycan üçün
prioritetdir
İlham Əliyev:
Azərbaycanda turizm dünya səviyyəsində
olmalıdır ki, bizim insanlar bundan istifadə etsinlər və xaricdən də turistlər daha çox gəlsinlər
Gəlirlilik göstəricilərinə əsasən,
turizm artıq XXI əsrin əsas sahələrindən biri hesab edilir. İldən-ilə
bu sektorda inkişaf tempinin sürətlənəcəyini bəyan edən Ümumdünya Turizm Təşkilatı beynəlxalq
turizmdən gələn
gəlirlərin hər
il 4 faiz
artacağını proqnozlaşdırır.
Təşkilat ekspertlərinin proqnozlarına
inansaq, 2020-ci ilə qədər dünya üzrə səyahətlərin
sayı 3 dəfə artacaq.
Mütəxəssislərin fikrincə, Azərbaycanda müxtəlif iqlim qurşaqları və gözəl təbiət
var. İqtisadi inkişaf,
infrastrukturun yaradılması
istiqamətində aparılan
işlər isə ölkəmizin turistlərin
görmək istədiyi
səviyyəyə çatmasına
geniş imkanlar yaradır.
Turizm mövsümünün başlaması
ilə əlaqədar
ölkədə artıq
238 turizm şirkəti
sifariş qəbul edir. Ölkəmizə maraq
artdığından hər
il turistlərin
sayında əsaslı
artım hiss olunur. Belə ki, əgər
ötən il
Azərbaycana 900 min turist
istirahətə gəlmişdirsə,
bu il həmin
göstəricinin 1 milyonu
ötəcəyi proqnozlaşdırılıb.
Ümumiyyətlə, 2002-ci illə müqayisədə
iki dəfə artım müşahidə
edilib.
2008-ci ilin ilk yarısının
sosial-iqtisadi inkişafına
dair müşavirədə
Prezident İlham Əliyev bildirmişdir ki, 2009-cu ildə xüsusilə turizm imkanlarının genişlənməsinə
diqqət göstəriləcək. Bu il həmin məqsədlər üçün
çox böyük vəsait ayrılıbdır.
Azərbaycanda yeni turizm zonaları müəyyən
edilibdir. Əgər hər
şey plan üzrə
getsə, 1-2 ildən sonra Azərbaycanda beynəlxalq səviyyəyə
cavab verən qış turizm mərkəzi yaradılacaqdır.
Burada da mexanizm çox
sadədir. Dövlət bütün infrastruktur layihələrini öz üzərinə götürür
- yol, elektrik stansiyaları, elektrik xətləri, qazpaylayıcı
şəbəkələr, su xətləri. Qalan işləri də özəl firmalar etməlidir. Əgər özəl
firmaların işə
başlaması üçün
dövlət dəstəyi
lazım olacaqsa, dövlət bunu da etməyə hazırdır.
Turizmin inkişafı Azərbaycan
üçün prioritetdir. Əhalinin artan
tələbatını nəzərə
alaraq yaxın vaxtlarda Azərbaycanda iri turizm obyektlərinin
yaradılmasına başlanacağı
da istisna edilmir. Azərbaycanda turizmin inkişafı
ilə əlaqədar
hazırlanan və
2007-2016-cı illəri əhatə
edəcək Dövlət
Proqramı çərçivəsində
daha bir neçə bölgədə
yeni turizm mərkəzlərinin yaradılması
nəzərdə tutulub.
Bu ilin altı ayında ölkənin 48 şəhər və rayonu üzrə 327 sahibkarlıq subyektinin investisiya layihələrinin
maliyyələşdirilməsinə 40,7 milyon manat məbləğində
güzəştli kreditlər
verilmişdir. Bu kreditlərin müəyyən
hissəsindən turizm
sektorunda fəaliyyətini
genişləndirmək istəyən
sahibkarlar yararlanıblar.
Turizm ölkəmizin iqtisadi inkişafı üçün
prioritet hesab edilir. Hökumət tərəfindən bölgələrdə fəaliyyət
göstərən turizm
şirkətlərinə müəyyən
güzəştlərin tətbiqi,
xarici sərmayələrin
bu istiqamətə yönəldilməsi müsbət
nəticə verə bilər.
Ölkə prezidenti bəyan etmişdir ki, bir müddət bundan əvvəl Naftalan Dövlət Kurort Mərkəzinin yaradılması üçün
lazımi qərarlar qəbul edilib, ilkin vəsait ayrılıb, indi təhlil-qiymətləndirmə işləri aparılır. Dünyada nadir müalicəvi xüsusiyyətlərə
malik olan Naftalan neftindən səmərəli istifadə
etmək üçün
dövlət tərəfindən
bütün lazımi
tədbirlər görülür.
Beləliklə, həm özəl
sektorun inkişafı,
insanların istirahəti
və Azərbaycanı
turizm ölkəsinə
çevirmək üçün
yaxşı şərait
yaradılacaqdır.
Xarici investisiyaların ölkəyə
cəlb olunması haqqında, regionların sosial-iqtisadi inkişafına
dair Dövlət Proqramı və digər vacib hüquqi sənədlər
qüvvəyə mindikdən
sonra başqa sahələr kimi, turizmin də sürətli inkişafı
üçün əlverişli
şərait yaranıb.
Bununla əlaqədar xarici investorları yerli bazara cəlb etmək mümkün olub. Turizm sahəsində maraqlı
layihələr həyata
keçirilir. Azərbaycanın
turizm bazarında xarici iş adamları daha fəal iştirak edirlər. Onların fəaliyyətinin nəticəsi kimi yerli və ya
xarici kapitalla şərikli müasir turizm obyektlərinin tikilməsini misal göstərmək olar.
Otel biznesindən gələn gəlir hesabına büdcəyə köçürmələr
də artır.
Turizm sektorunun inkişafı respublika rəhbərliyi tərəfindən iqtisadiyyatın
öncül istiqamətlərindən
biri kimi müəyyənləşdirilmişdir.
Sahənin hərtərəfli inkişafı, ölkəmizin
turizm imicinin yüksəldilməsi məqsədilə
yaraşıqlı istirahət
obyektləri ucaldılır,
bölgələrdə infrastruktur
təkmilləşdirilir. Hazırda ölkəmizdə çoxlu
sayda hotel inşa olunur. Azərbaycanda 320 mehmanxana və
mehmanxana tipli obyekt fəaliyyət göstərir.
“İlk növbədə,
biz daxili turizm haqqında fikirləşməliyik. Xüsusilə biz görürük ki, yay aylarında insanların böyük əksəriyyəti bölgələrə
yola düşür.
Rayonlarda
yeni müəssisələr,
turizm yerləri açılır. Yəni biz bunu,
ilk növbədə, öz
insanlarımızın rahat
dincəlməsi üçün
etməliyik. Əlbəttə
ki, bu, dünya
səviyyəsində olmalıdır
ki, bizim insanlar bundan istifadə etsinlər və xaricdən də turistlər daha çox gəlsinlər”-deyən ölkə
başçısı bundan
sonra da Azərbaycanda turizmin inkişafının yüksək
səviyyədə olacağını
qeyd etmişdir.
İki sahil.- 2008.- 13
avqust.- S.7.