Rəssamlar və heykəltəraşlar Türkiyədə görüşürlər

 

Türkiyənin Ədirnə şəhərində TÜRKSOY-un üzvü olan ölkələrin rəssamlarının görüşü keçirilir. Bu tədbirdə türkdilli ölkələrdən 19 rəssamla yanaşı, Balkan ölkələrinin fırça ustaları da iştirak edirlər.

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin TÜRKSOY təşkilatındakı nümayəndəsi Elçin Qafarlı bildirmişdir ki, ölkəmizi Rəssamlıq Akademiyasının kafedra müdiri Namiq Məmmədov təmsil edir. Rəssamlar öz ölkələrinin nağıl qəhrəmanları, Ədirnə şəhərinin mənzərələri mövzularında əsərlərin kataloqunu yaradacaqlar. Əsərlər tədbirin son günü – avqustun 21-də sərgidə nümayiş etdiriləcəkdir.

İstanbulda isə heykəltəraşların görüşü keçirilir. Avqustun 31-də başa çatacaq tədbir çərçivəsində türkdilli ölkələrdən olan sənətkarlar, o cümlədən həmvətənimiz, gənc heykəltəraş Məmməd Rəşidov mərmər üzərində heykəllər yaradacaqlar.
 

Xalq qəzeti.- 2008.- 16 avqust.- S. 2.