Məhərrəmova T.

 

Arzuların yolçusu

 

Cəmilə Ramazanova, Rəssamlar İttifaqının üzvü:

 

"Sənət elədir ki, hər şey insanın içindən gəlməlidir"

 

Sənət aləmində özünə çox çətin, həm maraqlı yol seçib Cəmilə Ramazanova. 15 yaşından dekorativ-tətbiqi sənətin doldurma növü ilə məşğul olmağa başlayıb. Bu əsərlər uşaq yaşlarından onun üçün sirli bir aləmə dönüb. Eləcə özü ilə tənha qalıb duyğularını köçürmək istəyib yaratdığı əsərlərə.

Bu anlarda xəyallarını çərçivəyə salınan parça ya digər əşyalar üzərində vaxt gerçəkləşdirdiyinin fərqinə varmayıb. "Qarabağ atı", "Teremok", "Düşüncə", "Sevgililər", "Qış gecəsi", "Ceyranlar", "Çiçək" s. əsərlərə tamaşa etdikcə adama elə gəlir ki, milli ornamentlərin hopduğu bu işlər öz ömürlərindən çox-çox qədimdirlər, sadəcə, Cəmilənin barmaqları ilə təzədən dünyaya gəliblər ki, bir oxunsunlar, hardasa sirli, tərtəmiz, saf bir dünyanın mövcudluğunu bizlərə yenidən xatırlatsınlar.

Cəmilə məşğul olduğu sənətlə bağlı heç bir təhsil almasa da, heç bir müəllimi olmasa da, özü-özünə cığır açıb. "Bardaqda gül" adlı ilk işini görənlər onun gələcəkdə gözəl sənətkar olacağına şübhə etməyiblər. Bu əsərini bitib-tükənməz həvəslə altı aya yaradıb. Bəlkə bu əsər Cəmilənin ümidlərinə doğru yol gedən arzuları olub. O arzular ki, Cəmilənin neçə illər gecə-gündüz çəkdiyi əziyyət hesabına bir-bir həyata keçəcəkdi. Əl işləri ilə hamını heyran edən bu qızın həm rəssam olmaq olub istəyi. Evlərində bir-birindən maraqlı natürmortları bu istəyinə sübutdur. Ancaq rəssamlıq üzrə iki ay təhsil aldıqdan sonra düşüncələrini, duyğularını sərbəst surətdə kətana köçürməyi qərara alıb. Cəmilə uzun müddət çəkdiyi əsərləri, yuxusuz gecələr bahasına başa gələn işlərini kimsəyə göstərməyib. Ancaq valideynləri övladlarının qabiliyyətinə biganə yanaşmayıb, bu istedadın itib-batmaması üçün çalışıblar.

Anası danışır ki, Cəmilənin ilk işi ilə televiziyanın uşaq redaksiyasından gəlib maraqlanıblar. Daha sonra işlədiyi "Şərq zadəganları" əsəri böyük maraq doğurub. 16 yaşından Rəssamlar İttifaqının üzvü seçilib. Cəmilənin 10 əsəri hazır olandan sonra ilk sərgisini keçirməyi qərara alıblar. "Onda "Qala" rəsm qalereyasında Fransadan gələn yumorist rəssamların sərgisi keçirilirdi. Həmin sərgidə Rəssamlar İttifaqının katibi Ağəli İbrahimov xanımı ilə rastlaşdıq. Ağəli müəllim Cəmilənin işləri ilə maraqlandı çox xoşuna gəldi. Əsərlərinin sayını artırıb 18-ə çatdırandan sonra Cəmilənin sərgisini keçirmək qərarına gəldik. Sərgi çox uğurlu keçdi".

19 yaşlı qızın sərgisində iştirak edən bir çox tanınmış rəssam, o cümlədən bədii tikmə ustası Sitarə Rəhimova onun istedadına heyranlıqlarını gizlətməyiblər. Sərgidən sonra Cəmilə çox məşhurlaşıb, haqqında filmlər çəkilib. "Amerikadan gələn bir qadın mənim 10 işimi Hollandiyaya apardı" - deyə Cəmilə danışır: "Oradakı türk cəmiyyəti əsərlərimi Avropa yurnallarının birində çap etdirdi. 5 illik fasilədən sonra - bu ilin mart ayında isə ikinci sərgim keçirildi. Artıq bu sərgidə 57 əsərim nümayiş etdirildi. Ancaq sərgi bir həftə nümayiş olunmaq əvəzinə, sıxışdırılaraq bir gün keçirildi".

Ailə qurduqdan övladı dünyaya gəldikdən sonra Cəmilənin qayğılarının ünvanı bir qədər dəyişib. Diqqəti bir müddət yaradıcılığından daha çox qızına yönəldib. Onun sağlam böyüməsi tərbiyəsi ilə məşğul olub. Bir gün isə bu qayğıların içərisində darıxdığını hiss edib. Bir müddət sevimli işindən ayrılsa da, düzü, o tikmələri, həvəslə yaratdığı əsərləri heç unutmamışdı.

"Həvəsim olmasa, heç bir görə bilmərəm. Bu sənət elədir ki, hər şey insanın içindən gəlməlidir. Həvəssiz heç bir görə bilməzsən. Çünki həmin işə zəhmətinlə bərabər, barmaqlarından məhəbbət, ilham da qarışmalıdır. Yoxsa əsər istədiyin kimi alınmaz. Tamaşaçı da həmin boşluğu dərhal hiss edər. Bəzən yaradıcı adamlarda qəribəliklər olur. Hər hansı bir əsəri işləməyə götürürsən, sonradan ürəyinə yatmır o əsər bir neçə ay qalır. vaxt ilhamın gəlirsə, onda həmin əsəri tamamlayırsan. İçərişəhərlə bağlı belə bir əsərim var" - deyə bildirir Cəmilə.

Həmişə qəlbinin hökmü, ürəyinin diqtəsi ilə görən Cəmilə hələlik sifarişlə heç bir əsər yaratmayıb. Ancaq deyir ki, sifariş olsa, onu da bacarar. Bir o, min bir zəhmətlə yaratdığı əsərlərin heç birini hələ satmayıb. Artıq bu barədə düşündüyünü gizlətmir. Deyir ki, alıcısı olanda əsərlərini satacaq. "Bu, təbiidir. Rəssamın əsərləri evində ya emalatxanada qalaqlanıb qalmamalıdır. Ekspozisiyaları bəzəməli, şəxsi evlərdə saxlanmalı, bir sözlə, gəzməlidir. Bu, həm rəssamın tanınmasına kömək edər, həm onun maddi cəhətdən təminatını yaxşılaşdırar".

Cəmilənin məşğul olduğu sənətlə bağlı arzuları çoxdur. Hər şeydən əvvəl ölkəmizdə dekorativ tətbiqi sənətin bu növünü inkişaf etdirmək niyyətindədir: "Artıq bu sahə üzrə məşğul olan rəssamlar çox azdır. Demək olar ki, yaşlı nəslin nümayəndələridir. Mən bu sənət növünü yaymaq, xarici ölkələrə çıxarmaq arzusundayam. Həmçinin bu sənət sahəsində tələbələr yetişdirmək istəyirəm".

Təəssüf ki, Cəmilə arzu istəkləri qarşısında maneə yaradan maddi vəsait problemini aradan qaldırmağı bacarmır. Bu səbəbdən mütəmadi fərdi sərgilərini keçirə, xarici ölkələrdəki sərgilərdə iştirak edə, kataloqunu buraxdıra bilmir. Ən böyük problemi isə emalatxanasının olmaması ilə bağlıdır: "Ev şəraitində, darısqallıqda görmək yaradıcı adam üçün çətindir. Əsərlərim üst-üstə qalaqlanıb. Gərək işləmək üçün emalatxana olsun. Bir ki, hər hansı bir əsəri ortaya çıxarmaq üçün lazım olan ləvazimatlar çox bahadır. Bu sahədə istər-istəməz maddi çətinliklə üzləşməli olursan. Ümumiyyətlə, bu gün bir rəssam kimi tanınmaq da vəsaitə bağlıdır. Eləcə televiziyada reklam olunmaq üçün pul lazımdır. Ancaq mən bu sənət növünü inkişaf etdirmək, bu sahədə şagirdlər yetişdirmək arzusundayam".

Cəmilə arzularının onu qanadına alıb apardığı yoldadır. Bu sənət yolunun çətinliyini , dolanbaclarını da bilir. Vəsait yoxluğunu daha çox hiss edir. Ancaq ümid edir ki, qarşısında qapılar açılacaq. Əsərlərini dünyaya çıxara biləcək, ölkəmizi tanıdacaq...

 

Kaspi.- 2008.- 7 avqust.- S. 11.