Səməd Mənsurun xatirəsinin əbədiləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Tanınmış Azərbaycan şairi Səməd Mənsurun (Səməd Hacı Əhməd oğlu Kazımov) xatirəsini əbədiləşdirmək məqsədi ilə qərara alıram:

Bakı Şəhər İcra Hakimiyyəti Səməd Mənsurun yaşadığı binaya (Əmircan qəsəbəsi, Cabir Əliyev küçəsi, 15) xatirə lövhəsinin vurulmasını təmin etsin.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 avqust 2008-ci il

 

Azərbaycan.- 2008.- 28avqust.- S. 3.