Ayxan

Azərin yeni klipini təqdim etdi

"Çırpınırdı, Qara dəniz" Qafqaz İslam Ordusunun komandiri Nuru Paşaya ithaf edilib

Dünən tanınmış müğənni, əməkdar artist Azərin "Çırpınırdın, Qara dəniz" mahnısına çəkdirdiyi ikinci klipin təqdimatını keçirdi. Sözləri Əhməd Cavada, musiqisi Yzeyir Hacıbəyova məxsus olan mahnıya klipi türkiyəli rejissor Aşkın Sağıroğlu çəkib. Layihənin ssenari müəllifləri Ömər Lütfü Mete Sevil Nuriyevadır.

Klip "Asiya Dialoqu" İctimai Birliyi, Qafqaz Media Mərkəzi və Qara Dəniz Qeyri-Hökumət Təşkilatları Konfederasiyasının birgə təşkilatçılığı ilə çəkilib. Tədbirdə çıxış edən Qafqaz Media Mərkəzinin rəhbəri Sevil Nuriyeva klipin Qafqaz İslam Ordusunun komandiri Nuru Paşaya ithaf edildiyini bildirdi. "Sözləri 1914-cü ildə Azərbaycan şairi Əhməd Cavad tərəfindən yazılan bu mahnını 1918-ci ildə Yzeyir Hacıbəyov bəstələyib. Mahnı Türk Ordusunun Bakını erməni-rus birləşmələrindən azad etməsinə ithaf olunub", -deyən S.Nuriyeva layihənin davamı kimi Nuru Paşanın Türk Ordusunun qəhrəmanlığına həsr edilən "İstiqlal" sənədli filminin çəkilişlərinə hazırlıq görüldüyünü söylədi.

Daha sonra çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıc, millət vəkilləri Gültəkin Hacıbəyli, Məlahət İbrahimqızı, xalq artisti Amaliya Pənahova və başqaları Qafqaz-İslam Ordusunun qələbəsinin tarixi əhəmiyyətindən danışdılar.
Tədbirdə o da vurğulandı ki, dünən Türkiyəyə aparılan klipin həmin ölkənin müxtəlif telekanallarında nümayişi nəzərdə tutulub.

Ekspress.- 2008.- 15 avqust.- S .10.