Cəvahir
Prezidentin sərəncamı
rejissorları həvəsləndirib
Xəbər verildiyi
kimi, Azərbaycan Prezidenti İlham Əliyev «Azərbaycan kinosunun
2008-2018-ci illər üzrə inkişafına dair
Dövlət Proqramı»nın təsdiq edilməsi haqqında
sərəncam imzalayıb. Sərəncamdan irəli
gələn məsələləri həll etmək
Nazirlər Kabinetinə tapşırılıb.
«Əhval-ruhiyyəm yüksəldi»
Bəs proqramın
təsdiqini rejissorlar necə qarşılayıb?
Mövzu ilə
bağlı fikirlərini öyrəndiyimiz, kinorejissor Oqtay
Mirqasımov sərəncamı müsbət dəyərləndirdiyini
bildirdi: «Bu sərəncam bir daha təsdiqlədi ki, dövlət
Azərbaycan kinosunun inkişafında maraqlıdır. Son
illərin təcrübəsi göstərir ki, kino inkişafa
doğru gedir, plan çərçivəsindən
çıxaraq reallığa çevrilib. Filmlərin sayı
getdikcə çoxalır, texniki avadanlığa və
kinostudiyanın təmirinə vəsait ayrılıb. Avadanlığın
yenilənməsi, kino sahəsində gərəkli olan kadr
hazırlığına başlanması - bütün bunlar mənim
əhval-ruhiyyəmi yüksəldir».
«Növbə bizimdir»
Sərəncamı
müsbət addım kimi qiymətləndirən kinorejissor
Əbdül Mahmudbəyli bildirdi ki, dövlət kinoya
milyonlarla vəsait ayırıb: «Filmlərin çəkilməsi
üçün 6 milyon, kinostudiyanın təmiri, maddi-texniki
avadanlıqlarla təmin edilməsi üçün isə 50
milyon manat. Az məbləğ deyil.
Mən bir kinorejissor kimi, prezidentin sərəncamını
kinoda
«yaşıl işıq» kimi dəyərləndirirəm. Prezident bununla demək istəyir ki,
«sizlər üçün hər bir
şərait yaradıram,
siz də öz növbənizdə kinonun inkişafı
üçün əlinizdən gələni əsirgəməyin».
Bəli, növbə bizimdir.
Bir-iki gün əwəl mənə
verilən «Əməkdar incəsənət xadimi»
fəxri adını
da elə hörmətli prezidentimizin kinoya və kino adamlarına qayğısının bir hissəsi sayıram».
«Qolunuzu çirmələyin...»
Kinorejissor Yavər Rzayev də prezidentin kino haqqında sərəncamını
yüksək qiymətləndirdiyini bildirdi:
«Bir
çox adamlar müxtəlif bəhanələr gətirirdilər ki,
gözəl filmlər çəkmək istəyirik, amma texniki avadanlıq, maliyyə vəsaiti
yoxdur.
Budur, dövlət qayğısı; pul da verilir, texniki
avadanlıq da. Di qolunuzu
çirmələyin, irəli
durun və sübut edin ki, gözəl filmlər çəkə
bilirsiniz. Dünyanın heç bir ölkəsində kinoya bu qədər dövlət qayğısı
yoxdur. Bu işləri prodüser mərkəzləri görür.
Amma bizdə bir dənə prodüser yoxdu ki, öz
ağlı, təşəbbüsü,
gücü hesabma pul tapıb kino çəkdirsin.
İndi hökumət bu missiyanı boynuna çəkib, yaxşı
filmlər istehsal etmək də bizim işimizdir».
Y.Rzayevin fikrincə,
prezidentin sərəncamı
yersiz bəhanələrə
yer qoymayacaq: «Bu gün dramaturgiya problemi də yaşanır, yaxşı
olardı ki, gözəl ssenarilər də yazılsın. Yəni dövlətin pulu batmasın. Fikir vermisinizsə, bir
dənə məhəbbət
filmi çəkilmir,
hamısı qırğın-dava
filmləridir. Dünyaya çıxarmaq
üçün «Romeo və
Cülyetta» səviyyəsində
filmlər çəkilməlidir.
Bundan başqa, Azərbaycanda uşaq filmləri çəkilmir, bu faciədir. Uşaqlar yaddan çıxıb.
Mənim
özümün də
uşaq filmləri üçün ssenarilərim
var. Yaxşı olardı
ki, dövlətin kinoya ayırdığı
vəsaitin müəyyən
hissəsinə uşaq
filmləri çəkilsin»."
«Yaxın 5 ildə kinomuz dünyada tanına bilər»
Kinorejissor Şamil
Nəcəfzadə bildirdi
ki, bu sərəncam
kino adamlarının çoxdankı arzusudur:
«2006-cı ildə prezident
kinoyla bağlı başqa bir sənəd imzalamışdı.
Həmin
qərardan sonra Mədəniyyət və
Turizm Naziri Əbülfəs Qarayevin iştirakı ilə bir qrup kino
adamı tərəfindən
müzakirə aparıldı.
Ümumi
rəylər, təkliflər
toplanaraq Nazirlər Kabinetinə göndərildi.
Biz prezidentin reaksiyasını
gözləyirdik, özü
də səbirsizliklə.
Həmin
təkliflərə cavab
olaraq srağagün xoş xəbər aldıq. Proqramda geniş mənada kinonun inkişafından söhbət gedir: texnki avadanlığın
alınması, filmlərin
çəkilməsi, xaricdə
təhsil yolu ilə kadr hazırlığı,
eləcə də kinoda ikinci dərəcəli
işçilərin yetişdirilməsi
və s. Əgər sərəncamdan irəli gələn məsələlər
reallaşsa, yaxın
5 il ərzində
Azərbaycan kinosu dünyada tanına bilər. Mən hesab edirəm
ki, sərəncam Azərbaycan kino fenomeninin yaranmasına şərait yaradacaq.
Bunun üçün ilk növbədə
kəmiyyəti də
artırmalı, çoxlu
filmlər çəkməliyik».
Ş.Nəcəfzadə bildirdi ki, 20 filmdən 2-3-ü yaxşı ola
bilər: «Xarici ölkələrdə də
belədir. Keyfiyyət
üçün kəmiyyət
önə çəkilir.
Əgər ildə bir yaxşı fiim çəkilirsə, o ölkənin kinosunun inkişafı üçün ən azı 20 il lazımdır. Heç də hər zaman möcüzələr
baş vermir, o cümlədən də kinoda. Düzdür, müəyyən
filmlərimiz tanınmış
festivallarda iştirak edir, uğur qazanır, amma bu tam deyil.
Yaxşı texniki avadanlığımız, kadrlarımız
olsa, Azərbaycanı
dünyada tanıda biləcəyik. Prezidentin imzaladığı sərəncam
da bu sadaladıqlarıma
xidmət edir».
Mərkəz.- 2008.- 6 avqust.- S. 7.