Duafil­mi di­ni ocaq­lar­da len­tə alın­mış­dır

 

Xo­ca­lı fa­ciə­si ilə bağ­lı qı­sa­met­raj­lı sə­nəd­li ek­ran əsə­ri fes­ti­val­da nü­ma­yiş olu­na­caq

 

Bu ilin okt­yabr ayın­da "Qı­zıl Min­bər" ad­lı fes­ti­val ke­çi­ri­lə­cək. Bu fes­ti­val mü­səl­man film­lə­ri­nin nü­ma­yi­şi əsa­sın­da təş­kil olun­muş­dur. Azər­bay­can­dan ta­nın­mış re­jis­sor Zi­ya Şıx­lıns­ki­nin hə­min fes­ti­val­da fil­mi nü­ma­yiş olu­na­caq. Re­jis­so­run qə­ze­ti­mi­zə ver­di­yi mə­lu­ma­ta gö­rə, fes­ti­val­da onun "Dua" sə­nəd­li fil­mi təq­dim olu­na­caq­dır. Fil­min re­jis­so­ru Zi­ya Şıx­lins­ki, sse­na­ri mü­əl­li­fi Yu­sif Şey­xov, ope­ra­to­ru Ra­fiq Qu­li­yev­dir. Zi­ya Şıx­lıns­ki bu fil­min Ba­kı­da çə­kil­di­yi­ni bil­dir­di. 13 də­qi­qə­lik fil­min­də mü­əl­lif pay­tax­tı­mız­da yer­lə­şən di­ni ocaq­la­rı len­tə al­mış, Xo­ca­lı fa­ciə­si ilə bağ­lı hə­qi­qət­lə­ri məhz bu qı­sa­met­raj­lı sə­nəd­li ek­ran əsə­rin­də gös­tə­rə bil­miş­dir. Ba­kı­da­kı yə­hu­di si­na­qo­qun­da, Türk Məs­ci­din­də, al­man­la­rın kir­xa­sın­da, rus­la­rın isə iki kil­sə­sin­də bu fil­min əsas de­tal­la­rı len­tə alın­mış­dır. Film səs­siz çə­kil­miş­dir. Yal­nız qeyd olu­nan di­ni ocaq­lar­da in­san­la­rın dua­sı fil­mə da­xil edil­miş Xo­ca­lı fa­ciə­sin­də hə­lak ol­muş sa­kin­lə­rin sa­yı haq­qın­da qı­sa bir şə­kil­də sə­nəd­lər əsa­sın­da mə­lu­mat ve­ril­miş­dir. Fil­min heç bir mət­ni yox­dur. Yal­nız mu­si­qi səs­lən­di­ril­mə­si ilə in­san­la­rın hə­rə­kə­ti fil­min ma­hiy­yə­ti­nin açıl­ma­sı­na kö­mək edir. "Dua" fil­min­də Arif Mə­li­ko­vun Edu­ard Ar­ti­no­vun mu­si­qi­sin­dən is­ti­fa­də olun­muş­dur. Film baş­dan axı­ra qə­dər "Ba­ya­tı-şi­raz" mu­ğa­mı üzə­rin­də çə­kil­miş İ.S.Ba­xın "Tok­ka­to Fu­qa" əsər­lə­ri­nin mü­şa­yiə­ti ilə baş ve­rən ha­di­sə­lər ta­ma­şa­çı­ya də­qiq­li­yi ilə çat­dı­rı­lır. Bu film re­jis­so­run söz­lə­ri­nə gö­rə, bir çox dün­ya öl­kə­lə­ri­nin ek­ran­la­rın­da təq­dim olun­muş bö­yük ma­raq­la qar­şı­lan­mış­dır. Azər­bay­can, rus, in­gi­lis, al­man fran­sız dil­lə­ri­nə tər­cü­mə olun­muş film Pol­şa­da, İta­li­ya­da, Ka­zan­da di­gər öl­kə­lər­də ke­çi­ri­lən mü­sa­bi­qə-fes­ti­val­lar­da nü­ma­yiş et­di­ril­miş­dir. Xa­tır­la­dım ki, bu il 26 Fev­ral Xo­ca­lı fa­ciə­si gü­nün­də Xa­ri­ci İş­lər Na­zir­li­yi­nin Xa­ric­də Ya­şa­yan Azər­bay­can­lı­lar­la İş üz­rə Döv­lət Ko­mi­tə­si­nin bir­gə təş­ki­lat­çı­lı­ğı əsa­sın­da Asi­ya, Av­ro­pa MDB öl­kə­lə­rin­də nü­ma­yiş olun­muş­dur. Xa­tır­la­dım ki, fil­min ilk nü­ma­yi­şi İs­ra­il­ təş­kil olun­muş­dur.

 

Səs.- 2008.- 15 avqust.- S. 12.