Quluyev C.
Kinofilmlər
xalqın mənəvi dəyərlərini əks etdirir
Azərbaycan kinosunun inkişafına dair
Dövlət Proqramı bu sahəyə yeni töhfələr
verəcəkdir
"Azərbaycan
kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair
Dövlət Proqramı"nın təsdiq edilməsi ilə
bağlı sərəncam ölkə kinosunun inkişaf
yolunda yeni bir mərhələdir. Kinostudiyanın yenidən
qurulması, yeni filmlərin çəkilməsi Azərbaycan
kinosunun inkişafından xəbər verir. Bu, kinematoqrafçıların
qarşısında böyük və məsuliyyətli
öhdəlik qoyur. Yeni filmlərin çəkilməsi və
yüksək səviyyədə təqdim olunması bu sahənin
işçilərinin potensial gücünü və enerjisini
kinematoqrafiyaya sərf etməsini tələb edir. Bu gün
Azərbaycanda çəkilən filmlərin sayının
artması dövlətin milli kinoya olan diqqətindən
irəli gəlir. Bu
il on film istehsalata buraxıldı. Bu rəqəm olduqca
yüksək göstəricidir.
Hətta
sovet dövründə
belə bu sayda filmlərin istehsalı mümkün olmamışdır.
Dövlət büdcəsindən ayrılan vəsait hesabına çəkilən
filmlərin bəziləri
başa çatdırılaraq
montaj edilib. Bəziləri isə çəkiliş
prosesindədir. Bununla yanaşı,
6 qısametrajlı film də
istehsal olunmuşdur.
Azərbaycan filminin inkişafına
dövlət tərəfindən
xüsusi diqqət və qayğı var. Dövlət büdcəsindən
ayrılan vəsait də bu istiqamətə
yönəldilmişdir. Bu gün Azərbaycanda
serialların istehsalı
ilə bağlı müxtəlif fikirlər formalaşmışdır. Bu serialların çəkilişinin
kinematoqrafiya ilə heç bir əlaqəsi yoxdur. Teleserialları çəkmək televiziya kanallarının
işidir. Efir saatının
boş qalmaması üçün həmin seriallar yayımlanır.
Kinematoqrafiya olduqca mürəkkəb bir sənət sahəsidir. Sırf mükəmməl və yüksək səviyyədə olan filmlərin - cizgi, sənədli və bədii filmlərin çəkilişi ilə
məşğuldur. Bu
sahədə görülən
işlərin bəhrəsini
3-4 ildən sonra görə bilərik.
Aparılan islahatlar məhz
kinomuzun dünya miqyasına çıxmasına
və öz emblemini tanıtmasına ciddi təkan verir. Azərbaycanda bu sayda istehsal olunan filmlər, eyni zamanda aktyor və rejissorların yaradıcılıqlarının ortaya qoyulmasına yönəlmişdir. Əgər
əvvəllər az sayda film istehsal olunurdusa, yaradıcılıq meydanında
böyük istedada malik aktyor ordusundan
lazımınca istifadə
etmək mümkün
olmurdu.
Sözsüz ki, əgər il
ərzində on film çəkilirsə,
bu zaman əksər aktyorların yaşlı, gənc və orta nəsil
nümayəndələrinin yaratdıqları müxtəlif
səpkili obrazları
orijinal şəkildə
təqdim etmək mümkündür. Kinonun maddi-texniki
bazasının inkişaf
etdirilməsi, təbii
ki, yüksək səviyyədə olan filmlərin çəkilməsinə
gətirib çıxarır.
Bu sahədə kadrların yetişdirilməsi
də zəruri haldır. Əgər filmlərin çəkiliş
sayı artırılırsa,
mövcud ehtiyacı ödəmək üçün
bu və ya digər sahələrdə
olan kinematoqrafçıların
yetişdirilməsinə gətirib
çıxaracaq. Azərbaycan kinosu
yarandığı zamandan
bugünədək özünün
inkişaf mərhələsini
yaşamışdır. 110 yaşını qeyd etdiyimiz Azərbaycan kinosu, demək olar ki, bütün mərhələlərində uğur
qazanmış, bu gün də həmin ənənə yaşayır. Qeyd edək
ki, sovet imperiyası dağıldıqdan
sonra kino sahəsindəki müəyyən
durğunluğu nəzərə
almasaq, bu sahədə kifayət qədər film yarandığını
deyə bilərik.
Azərbaycan kinematoqrafiyası sahəsində istedadlı
rejissorlar var ki, onların çəkdikləri filmlər
istər sovet dövründə, istərsə
də müasir dövrümüzdə beynəlxalq
festival və müsabiqələrdə
layiqli yerlər tutmuşdular.
Azərbaycan rejissorlarından
Vaqif Mustafazadənin
"Yaramaz", "Nakəs",
"Hər şey yaxşılığa doğru",
"Milli bomba", eləcə də ümummilli lider Heydər Əliyevlə bağlı çəkdiyi
on film, Rüstəm İbrahimbəyovun
"Ailə", Yavər
Rzayevin "Sarı gəlin", Eldar Quliyevin "Bir cənub şəhərində",
Həsən Seyidbəylinin
"Nəsimi", Səməd
Mərdanovun "Mavi dənizin sahillərində",
Ayaz Salayevin "Yarasa" və onlarca başqa film müxtəlif mükafatlara
layiq görülmüşdür.
Bu filmlərin hər birində Azərbaycan kinosuna məxsus ənənəni
görmək mümkündür.
Bəzi hallarda kino sənətindən
başı çıxmayan
və onu qiymətləndirməyi bacarmayan
şəxslər Azərbaycan
kinosunun özünəməxsus
dəst-xəttinin, ənənəsinin
olmadığını bildirirlər.
Bu yanlış fikirlər çəkilən
filmlərin qarşısında
təsdiqini tapa bilmir. Azərbaycan kinosu professional bir
yol keçmiş, bu gün də
öz gücünü
qoruyub saxlamaq, milli filmlərin çəkilişini davam
etdirmək iqtidarındadır.
Kino bütövlükdə xalqın
mənəvi və maddi dəyərlərini əks etdirən sənət növü olduğundan məhz bu gün Azərbaycanın
həyati psixologiyası
ilə bağlı əsərlərin ortaya çıxması vacibdir. Bu filmlərin yaranması
üçün böyük
və mükəmməl
əsərlərin yazılmasına
tələbat var. Bu və
ya digər sənədlər bütövlükdə
dəyərlərin üzə
çıxarılmasına kömək edir və onların təməlini möhkəmləndirir.
Bir daha kino işçisi
kimi göstərilən
dövlət qayğısına
görə minnətdarlığımı
bildirir və bunun müqabilində üzərimizə düşən
məsuliyyəti dərk
edərək yeni əsərləri yaratmağa
söz veririk.
Azərbaycan.- 2008.- 9 avqust.- S. 5.