Mükərrəmoğlu M.

 

50 il ekranlarda

 

Uzaq sahillərdəfilmi dünyanın 100-dən çox ölkəsində nümayiş etdirilmişdir

 

Filmlərin taleyi insanların taleyi kimidir. Elə filmlər var ki, zaman keçdikcə onlara maraq daha da artır, hər yeni gələn nəsil belə filmlərə xüsusi maraq göstərir. Belə uzunömürlü filmlərimiz sırasına ekranlara çıxarılmasının 50 ili tamam olanUzaq sahillərdəkinolentini aid etmək olar.

Deyirlər ki, bu filmin ekranlara çıxarıldığı gün Bakı kinoteatrlarında bir neçə gün dalbadal anşlaq olmuşdur. Hətta növbələr gecə yarısınadək davam etmişdir.

Azərbaycan xalqının qəhrəman oğlu Mehdi Hüseynzadənin ekran obrazını yaradan filmin müəllifləri çox ciddi axtarışların nəticəsi olaraq bu qəhrəmanlıq dastanını ekrana gətirmişlər.

Qeyd edək ki, “Mixaylo” ləqəbli həmyerlimiz Mehdi Hüseynzadənin müharibə illərindəki fəaliyyətinə müxtəlif baxışlar mövcud idi. Ancaq ümummilli lider Heydər Əliyev hələ DTK-da işləyərkən onun şəxsiyyəti ilə bağlı məlumatların dürüstləşməsinə yaxından köməklik göstərmişdir. Ulu öndər demişdir:“O vaxt mən DTK-da işləyirdim, 50-ci illərin əvvəlləri idi. Müharibə vaxtı kimin faşistlərə xidmət etməsi, kimin onlara satılması, kimin qəhrəman olması məsələləri ilə məşğul idik. Bu işlərlə məşğul olarkən təsadüfən Mehdi Hüseynzadə haqqında olan materiallara rast gəldim. Öncə onu belə təqdim etdilər ki, başqaları kimi əsir düşübdür, faşistlərə xidmət edibdir... Ola bilər bunu ilk dəfədir ki, deyirəm, şəxsən mən özüm məsələnin dərinliyinə getdim... Materiallar meydana çıxanda qərara gəldik ki, bu barədə bir oçerk yaradaq . ...İmran Qasımovla Həsən Seyidbəyli bu sahədə işləyən gənc adamlar idilər materialları tez mənimsədilər. Biz onlara yaxından kömək etdik. Onlar da bunu yazdılar, sonra da film çəkildi”.
Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadə haqqında filmi isə xalq artisti, kinorejissor Tofiq Tağızadə ekranlaşdırdı.

Rejissor öz xatirələrində yazır ki, bu film böyük çətinliklər hesabına başa gəldi. Mehdi Hüseynzadə haqqında film çəkmək həm şərəfli, həm çətin idi. Biz bunu hələ rejissor ssenarisi yazarkən hiss etmişdik. Filmdə əsas hadisələrin baş verdiyi yerlərixarici ölkələrin şəhər kəndlərini əks etdirmək lazım gəlirdi. Həmin ölkələrin təbiətini, xalqların adət-ənənələrini öyrənmək müəyyən çətinliklər törədirdi. Amma bunun öhdəsindən gəldik”. Doğrudan da, filmin yaranması böyük çətinliklər bahasına başa gəlsə , ancaq hər şey uğurlu alınmışdı bu gün — 50 ildən sonra da filmə olan maraq sönməmişdir.

Filmin çox maraqlı ekspozisiyası var. Adriatik dənizinin sahillərində dəhşətlə sahilə çırpınan dalğalar xalq artisti Qara Qarayevin çox həyəcanlı musiqisi fonunda bizi filmin gələcək hadisələrinə hazırlayır.

Bəli, indi burada başqa bir aləm var. Müharibə gedir İtaliyanın Triest şəhərində baş verən hadisələr ağlasığmazdır. PartizanMixaylonun burada göstərdiyi şücaətlər faşistləri dəhşətə gətirmişdir.
Filmdə ciddi dramatik hadisələr var, kəskin süjet xətti var. Faşistlərin törətdikləri müsibətlərin çox böyük ustalıqla verilməsi, dramatik kolleziyanın uğurlu seçimi filmə marağı xeyli artırır. Ən əsası budur ki, film boyu Mehdi Hüseynzadənin qəhrəmanlığını əks etdirən maraqlı süjetlər, Azərbaycanın qəhrəman oğlu kimi ona tamaşaçı marağını artırır. biz onunla həqiqətən fəxr edirik.

Rejissor partizan hərəkatının çox maraqlı məqamlarını canlandırır, müharibədə xalqların faşizmə qarşı birləşməsinin əhəmiyyətini də ustalıqla verə bilmişdir.

Nodar Şaşıqoğlunun Mehdi Hüseynzadə roluna çəkilməsi də uzun axtarışların nəticəsində mümkün olmuşdur. Bu rola Gündüz Abbasovun çəkilməsi nəzərdə tutulmuşdu. Lakin filmə Moskvanın Dram Komediya Teatrından Nodar Şaşıqoğlu dəvət olunmuş, sonradan o, bir çox filmlərimizdə çəkilmişdir.

Film beynəlmiləl xarakterli olsa da, həm də kifayət qədər millidir. Biz Mehdinin tez-tez Azərbaycanı, valideynlərini xatırlaması səhnələrini böyük maraqla izləyirik.

Əlbəttə, quruluşçu operator Əlisəttar Atakişiyevin xidmətlərini də xüsusi olaraq qeyd edilməlidir. Filmdə Ferrero rolunun ifaçısı Ələsgər Ələkbərovun bir Rosselinin ifaçısı, xalq artisti Adil İsgəndərovun oyunu hər birimiz üçün əziz doğmadır.

Düz 50 il qabaq “Uzaq sahillərdə” filmi ekranlara çıxarılıb. Açığını deyək ki, müəyyən tənqidi fikirlər olub. Lakin bu film öz yüksək vətənpərvərlik ruhu ilə bu fikirləri alt-üst etdi. İllərin sərhədlərini keçərək XXI əsrdə bu film öz əhəmiyyətini itirmədi. Yəqin ki, “Uzaq sahillərdəhələ neçə-neçə əsrlərin sahillərinə yan alacaq öz əhəmiyyətini qoruyub saxlayacaq.


Xalq qəzeti
.- 2008.- 21 avqust.- S. 6.