Təranə

 

"Özünə hörmət edən rejissor dəyərsiz əsər çəkməz"

 

Azərbaycanda son illər çəkilən filmlərdən bir neçəsi tanınmış rejissor Rövşən Almuradlının payına düşür. Hazırda o, ölkədə kifayət qədər maraq doğuran, ssenarisi Sabir Rüstəmxanlıya məxsus "Cavad xan" filmi üzərində çalışır. "Hücum", "Yük" bədii filmlərinə, "Yaz yuxusunun işığı", "Bəsdir, ağlama" film-dastanlarına 20- qədər sənədli filmə ekran həyatı verən R.Almuradlı 1991-ci ildə "Hücum" filmiylə Kiyevdə, 1996- ildə isə "Yük" filmi ilə Berlin festivalında Azərbaycanı təmsil edib. Rejissor bizimlə söhbətində həm artıq istehsalı başa çatan "Cavad xan" filmi, həm Azərbaycanın müasir kino teatr sahəsindəki vəziyyətindən danışdı:

- "Cavad xan" filmi 2006-cı ildə istehsalata buraxıldı, 2007-ci ildə isə çəkilişə başlanıldı. Çəkilişlər Zaqatala, Gəncə Şəkidə aparılıb. Biz çəkiliş dövrünü tamamilə bitirmişik, montaj da bitib. Sözlərin dəqiqləşdirilməsi, səsləndirilməsi işi qalıb. Səsləndirilmə Moskvada olacaq. Ondan sonra isə filmin etalon surəti çıxarılmalıdır. Çəkiliş dövründən narazıçılığım yoxdur. Film Mədəniyyət Turizm Nazirliyinin sifarişi ilə "Bizim kino" prodüser mərkəzində çəkilib. Kino elə sahədir ki, bir adamın deyil, böyük yaradıcı kollektivin işidir. Rəssamlar, operatorlar, rejissor köməkçiləri, redaktorlar b. işçilər burada çalışır. Bu dövrləri artıq keçmişik. Hazırda "Cavad xan" filminin tamamlanma işləri gedir.

- Çəkiliş və sonrakı proseslərdə müasir texnikanın olmaması problemi yarandı?

- İnqmard Berqmandın gözəl sözü var: "Filmi insan çəkir, insanlarla birgə çəkir və insanlar üçün çəkir. İnsan amili öndədir. Film hər bir yaradıcı insanın, rejissorundur. Düzdür, son zamanlar telekanallarda yayımlanan reklamlarda görürük ki, müəllif hüquqları pozulur. Tutaq ki, məsələn, reklam olunur ki, Cəlil Məmmədquluzadənin "Ölülər" tamaşası təqdim olunacaq. Axı Cəlil Məmmədquluzadənin tamaşası olmur, onun əsəri var. Tamaşa rejissorundur. "Anna Karenina" üç dəfə çəkilib. Tolstoyun "Hərb Sülh" əsəri ruslarla yanaşı, Hollivudda da ekranlaşdırılıb. İnsanlara, yaşadığımız cəmiyyətə bu yanaşma var. "Cavad xan"dan isə danışmaq hələ tezdir. Bu filmin çəkiliş prosesindən film özü ortaya çıxandan sonra danışacağam. Müasir Azərbaycan film palitrasını açsaq, bu məsələyə müxtəlif yanaşmalar var. Bu da təbiidir. Texnikaya gəlincə, təbii ki, Azərbaycanda bu çox zəifdir. Gəlin Baltikyanı ölkələri götürək. Onların imkanları var, amma texniki avadanlıq almırlar. Çünki kirayədən istifadə edirlər. Tutaq ki, o bahalıqda texnikanı alıb istifadə etdikdən sonra ən azı 50 film çəkilməlidir ki, onun pulunu çıxarasan. Yəni pul boş yerə gedir. Bundansa texniki avadanlığı icarəyə götürmək sərfəlidir. Biz İrandan kameralar başqa texniki avadanlıqları götürürük.

- Hazırda xarici təcrübədən istifadə etməklə filmlərdə səsin birbaşa yazılması prosesini Azərbaycanda da tətbiq etmək istəyirlər.

- Bu, mümkün olan bir şey deyil. Daha doğrusu, bu təcrübəni filmin müəyyən səhnələrində etmək olar. Belə olsa, quşun, ağacın, ətrafdakı uşaqların hamısının səsi filmə çıxacaq. Mikrofon ultrasəsləri qəbul edir. Eləcə aktyorun danışığından çox onun fəaliyyətinə fikir verilir. Ola bilər ki, aktyorun səsi cırdı. Belə olan halda onu başqa aktyorun səsi ilə əvəz edirlər. Yəni aktyorun səsinə fikir vermədən onu kinoya çəkirlər. Burda səsin bir təsir vasitəsi olmur. Ona görə deyirəm ki, bu təcrübənin yayılması kimi fikirlər real olan şey deyil. Bunsuz da keçinmək olur. Çox sevinirəm ki, 3 ildə dövlət sifarişi əsasında bir neçə film çəkilib. Prodüser mərkəzlərində film çəkilişləri gedir. Gələn il yeddi film istehsalata buraxılmalıdır. İldən-ilə filmlərin sayı artır, əsas budur.

- Son ildə çəkilən filmlərin mövzularına münasibətiniz necədir?

- Məsələyə iki cür yanaşma var. Mədəniyyət Turizm Nazirliyinin şurası var bu şura ssenarini qəbul edir, həmin ssenari ekran həyatını tapır. Elə ola bilər ki, yaradıcı insan özü materialı məqbul sayırsa, onda həmin film çəkilir. Həm bədii şurada profesionallar otururlar işə daha diqqətlə yanaşırlar. Özünə hörmət edən rejissor dəyərsiz əsər çəkməz. Kimsə hansısa marağa görə belə hallara yol verirsə, bu onun öz günahıdır.

- Tutaq ki, Kann festivalına film göndərmək fikrinə düşdük. O zaman necə film çəkilməlidir ki, Azərbaycanı təmsil edə bilsin? Hazır məhsulların heç biri şərtlərə cavab vermir?

- Çox qəribədir ki, istər musiqi, istərsə də kino festivallarından danışarkən, hamısı zirvəni fəth edib, qələbə çalmaq istəyir. Mən Berlin festivalında 96-cı ildə "Yük" filmi ilə təmsil olunmuşam. Amma heç vaxt bunu reklam etməmişik. İştirak pis deyil, amma məqsəd bu olmamalıdır. Yaradıcı insanlar işi elə qurmamalıdırlar. Çünki nəticə həmişə maraqsızdır. Prosesin özü maraqlı olmalıdır. Gəlin dünyaya Nəsimini, Nizamini, Səttar Bəhlulzadəni tanıtdıraq. Qara Qarayevin, Fikrət Əmirovun əsərini zaman efirdə görmüsünüz? Bu gün Kann festivalına getmək istəyirik. Ora düşmək problem deyil. Gəlin məsələyə başqa istiqamətdən baxaq. Azərbaycanın kino məktəbinin, teatr məktəbinin əvvəlki dayaqlarını yaratmağı düşünək. İsa Hüseynov kimi böyük romançı indi hanı? Əlimizdə olanları tanıdaq, sonra digərlərini üzə çıxaraq. İstər Kann, istər Berlin, istərsə Los-Anceles festivallarına qatılmaq olar bu, çətin bir deyil.

- Mədəniyyət İncəsənət Universitetində kino teatr sənətini əvvəlkitək inkişaf etdirəcək kadrları görürsünüz?

- İncəsənət İnstitutunda əvvəllər Ədil İsgəndərov, Mehdi Məmmədov, Rza Təhmasib müəllim idi, onlar dillər bilirdilər, savadlı idilər. Həmçinin Tofiq Kazımovun adını çəkə bilərəm. İndi bu institutda kimlər dərs deyir? Rejissor da birdən-birə yetişmir. Birinin yetişməsi üçün 20-30 il vaxt lazımdır. İndi belə müəllimlər yoxdur. Sözsüz ki, problem təkcə müəllimlərdə deyil. Amma Azərbaycan teatrının sütunlarından biri təhsildirsə, o bizdə indi yoxdur. Teatr dünyada bütün incəsənət axarlarının başlanğıcıdır. Teatrda rəssamlıq, rəngkarlıq, musiqi, ədəbiyyat, aktyor, rejissura var. Sanki böyük bir laboratoriyadır, hamısı burda yoxlanılır, sonra istehsalata buraxılır. Əgər başlanğıcda on illiyi əhatə edəcək axın öz əksini tapacaqsa, o zaman inkişaf olur. Əgər tapmırsa, bu, sənət axınını dayandırır. Teatr bütün incəsənətin kökü olan laboratoriyadır. Kinonun, televiziyanın kadrları da ordan gəlir. Teatrların özündə bir təəssübkeşlik var. Dünyanın heç bir yerində direktorun adı ilə teatrı tanımırlar. Azərbaycanda isə teatrlar direktorların adı ilə tanınır. Yaradıcı, əsl lider olan truppanı formalaşdıran, onu yönəldən insanların əl-qolunu zəncirləyib, yalnız pul saymağı bacarana təşkilati işi tapşırırlar. qədər mənim üçün sevimli olsa da, deməliyəm ki, teatrda işləmək ən ağır işdir. Çünki sən həm truppadan, həm inzibati heyətdən asılısan. Ümumiyyətlə, bizdə çox gərgin vəziyyət yaranıb.

- "Cavad xan"dan sonra böyük ekran əsəri yaratmağı düşünürsünüz?

- Təbii ki, nəzərdə tutmuşam. İşlədiym layihələr var. Amma bu haqda danışmaq hələ tezdir. Öncə diqqətdə "Cavad xan"dır. Bu filmlə bərk məşğul olduğumuzdan başqa heç bir işə vaxt ayırmırıq. Bizim məqsədimiz o deyildi ki, filmi çəkib təhvil verək. Əsas odur ki, düşündüklərimizi, çatdırmaq istədiklərimizi göstərə bilək. Düşünürəm ki, buna nail oluruq. Bir şey ki, sabah Azərbaycan tamaşaçısı tərəfindən qəbul olunmayacaq, o nəyə lazımdır? Nəzərdə tutulub ki, film Türkiyə ABŞ-da da nümayiş olunsun.

 

Mövqe.- 2008.- 9-11 avqust.- S. 13.