Yuli Qusman 65 illik yubileyini qeyd edir

 

Şən və Hazırcavablar Klubunun məşhur üzvlərindən biri, kino xadimi və rejissor Yuli Qusman avqustun  8-də  doğum gününü qeyd edir, AzərTAc xəbər verir ki, yubilyar İTAR-TASS-ın müxbirinə bildirmişdir ki, bir halda ki, doğum günü Olimpiadanın açılışı və eyni vaxta düşür, yubileyini Pekin vaxtı ila axşam saat 8, 8 dəqiqə, 8 saniyədə qeyd etməyə başlayacaqdır.

Çində 8 rəqəminə münasibət çox ciddidir. Çinlilər üçün bu rəqəm sərvət və xoşbəxtlik rəmzidir. Ancaq Yuli Solomonoviç rəqəmlərin sehrinə inanmır. Deyir ki, hərçənd onun üçün ən düşərli rəqəmlər "üç", “yeddi” və “doqquz” idi, indi isə onların sırasına “səkkiz” də əlavə olunacaqdır.

1943-cü ildə Bakıda anadan olanYuli Qusman ixtisasca həkım-psixiatrdır. Ancaq ixtisası üzrə işləməyə Şən və Hazırcavablar Klubu mane olmuşdur. 1970-ci  ildə başçılıq etdiyi bakılılar komandası çempionlar kubokunu qazananda kapitan o vaxt Azərbaycan KP MK-nın birinci katibi olan Heydər Əliyevdən  yalnız bir mükafat Moskvadakı ali rejissor ssenariçilər kursları yanında İbrahimbəyovlar qardaşlarının  açdığı emalatxanada təhsil almağa göndərməyi xahiş etmişdi "

Yuli Qusman bir çox filmlər çəkmiş, teatr tamaşaları qoymuşdur. 90-cı illərin ortalarında o, Rusiya Dövlət Dumasının deputatı da seçilmişdır. Uzun illərdir ki, özünün yaratdığı Rusiya Kinematoqrafiya Sənəti Akademiyasının əvəzsiz rəhbəridir. Məşhur “Nıka” mükafatını bu akademiya təsis etmişdir.

Yuli Qusman 25 ildən sonra özünün "Qorxma, mən sənınləyəm" filminin davamını çəkmək niyyətindədir və hazırda ssenarini başa çatdırır. Dediyinə görə, filmdə Lev Durov, SergeyYurski, baş rolda isə Polad Bülbüloğlu çəkiləcəklər.

 

İki sahil.- 2008.- 9 avqust.- S. 6.