Azərbaycan kinosunun 110 ili

 

İlk nümunələri Avropada yaradılmış kino sənəti 110 il əvvəl Azərbaycana da gətirilmiş, ilk lentlər tamaşaçı auditoriyası qazanmışdı. «Neft milyonlar səltənəti», «Hacı Qara», «Sevil», «Almaz» kimi ılk bədii filmlər sonradan səsli lentlər hesabına çoxalmışdır. Azərbaycan kinosu dünyada «Arşın mal alan», «Leyli Məcnun», «Dədə Qorqud» s. sintetik sənət növünün nümunələri hesabına şöhrət tapmışdır.

Bu gün özündə kütləvi informasiya vasitəsi dəyərləri ilə yanaşı, bədii-estetik təsir gücünü birləşdirən kino sənətimizin müstəqillik zamanında inkişafının yeni mərhələsi başlanıb. Avqustun 2- Bakıda Milli Kino Günü təntənəli şəkildə qeyd olundu.

1898-ci ildə Anton Mişon adlı bakılı fotoqraf Bakı həyatından bir neçə süjeti lentə köçürüb, sonra nümayiş etdirib. Bu, ilk kinoseans olub. Azərbaycan kinosunun tarixi artıq 110 illə ölçülür.

Azərbaycan kinematoqrafçıları indiyə qədər tarixi, tarixi-etnoqrafik, müasir mövzularda yüzlərlə bədii film yaratmışlar. Onlarca ədəbi əsər ekran həyatı qazanmış, klassiklərimizdən N.Gəncəvi, İ.Nəsimi, M.F.Axundov, C.Məmmədquluzadə, N.Nərimanov, Ü.Hacıbəyov, H.Cavid b. haqqında bədii filmlər çəkilmişdir.

Ölkəmizdə sənədli-xronikal filmlərlə yanaşı, müxtəlif mövzularda tədris lentləri vardır.

Yubiley ilində bir neçə tammetrajlı film geniş tamaşaçı auditoriyasına təqdim olunacaqdır.

Azərbaycan kinosunun inkişafına dövlət qayğısı göstərilir.

 

Azərbaycan müəllimi.- 2008.- 15 avqust.- S. 4.