Kino işçiləri bayramlarını qeyd etdilər
Bildiyimiz kimi, 2 Avqust Azərbaycan Kinosu Günü kimi qeyd olunur. Bununla bağlı, hər il paytaxtımızda genişmiqyaslı tədbirlər planı həyata keçirilir. Belə tədbirlərdən
biri də 2 avqust tarixində "Azərbaycan" kinoteatrında milli
kinonun 110 illik yubileyinə həsr edilmiş bayram tədbiri idi. Tədbirin təşkilatçıları "Azərbaycan" kinoteatrının qarşısında "110 illik epopeya" sərgisini nümayiş etdirdilər. Bayram iştirakçıları milli
kinematoqrafiyanın
keçdiyi şərəfli tarixi
yoldan bəhs edən filmə
tamaşa etdilər. Kino günündə
mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev tədbir iştirakçılarını təbrik edərək, müasir dövrümüzdə
milli kinomuzun inkişaf yolundan danışdı. Xalqın
milli kinoya marağının artması, azərbaycanlı kinorejissorların filmlərinin
bir çox mükafatlara layiq görülməsi, beynəlxalq festivalların nəticələri buna əyani sübutdur. Son illərdə, demək
olar ki, dünyanın çox ölkəsində
Azərbaycan filmləri
uğur qazanmışdır. Odur ki, belə bir gündə kino işçilərinin təntənəli olaraq
ad günlərini qeyd
etməyə haqqı
var. Tədbirdə kino
veteranlarına mükafatlar təqdim olundu.
Kino gününə həsr olunmuş tədbirin sonundə
"Qala" bədii filmi premyerası keçirildi.
Səs.- 2008.- 5 avqust.- S. 12.