Qaliboğlu E.
"Kino sənəti
hazırda biznes mahiyyəti kəsb edir"
Kinoşünas Aydın
Kazımzadə: "Əgər çağdaş
dövrdə kinomuz bunu nəzərə almasa, öz
sözünü deyə bilməyəcək"
Maarif Teymur: "Arxivdə kino sənətimizə dair xeyli
sənədlər saxlanılır"
Kino bəşər
mədəniyyətinin hərtərəfli, geniş
inkişaf etmiş sahəsidir. Bu gün bəşəriyyət
özünün indiyə
qədərki çağlarla
müqayisədə ən
yüksək inkişaf
mərhələsinə qədəm
qoyub. Təbii ki, elmin-texnikanın,
sənətin inkişafı
insanların hüdudsuz,
qarşısıalınmaz arzularının ifadəsi
kimi meydana çıxır. Gerçəklikdə, gündəlik yaşam tərzində arzularının
əksər hallarda həyata keçmədiyini
görən insan incəsənətin müxtəlif
sahələrinə daha
çox meyl edib. İnsan özünün əsrarəngiz
hisslərini, duyğularını
bədiyyatın geniş
imkanlarından istifadə
etməklə gerçəkləşdirməyə çalışdı.
Hələ 19-cu
yüzilin lap sonlarından başlayaraq bəşərin
incəsənətdə yeni bir yaradıcılıq
meydanı yarandı: bu, artıq özündə
incəsənətin bütün başqa
yaradıcılıq sahələrini məharətlə
birləşdirirdi. Kino ilk mərhələdə
daha sirli bir yaradıcılıq sahəsi idi. Fotoqrafiyanın kəşfindən
sonra kinonun meydana çıxması incəsənətin imkanlarının
hüdudsuzluğunu sübut
etdi. Ekranda canlı hərəkətlər,
insanın müxtəlif
həyat lövhələrini
canlandırması, danışan
təbiət, bir sözlə, tamaşaçının
özünü həyatdakına
oxşar, amma çox hallarda gerçək həyatda arzulanan, amma gerçəkliyini tapmayan,
di gəl ki, kinoda qəhrəmanların
şəxsində yaşanan
hadisələrin içində
görmək sanki qəribə, davamlı bir sirr seli
yaradırdı...
Bu gün dünyada kino
sənətinin yaranmasından ötən yüz ildən bir
az çox müddətdə çəkilən
saysız-hesabsız filmlərin olmasına baxmayaraq yenə
də kino sənəti hamı üçün olduqca
maraqlıdır. Çünki həyat daim
sirlərlə dolu bir məzmunda davam eləyir, kino sənəti
də bunu məharətlə özündə
yaradıcı səviyyədə
canlandırır. Azərbaycan kino
sənətinin bu mənada dünya kino sənətinin ən gözəl cəhətlərinin yaşadıcısı
kimi özünün
110 illiyini qeyd etməsi sevindiricidir. Ötən müddət ərzində Azərbaycanın
milli filmləri hər bir soydaşımızın
ağlında və ürəyində silinməz izlər buraxıb, neçə-neçə nəsillər
milliliyin ayrı-ayrı cəhətlərini
bu filmlərdə görməklə ruhunu ardıcıl kökləyib.
Ədəbiyyat və
İncəsənət Arxivinin direktoru Maarif Teymur arxivdə
kino sənətimizə dair xeyli sənədlərin
saxlanıldığını bildirir: "Arxivimizdə
incəsənətimizin müxtəlif sahələrinə
dair, o cümlədən kino sənətimizə dair xeyli
sənədlər saxlanılır. Onu da qeyd edim ki,
kino sənəti ilə bağlı yaradıcı insanlarımızın
bir çoxunun arxivdə şəxsi fondları yaradılıb,
bu fondlarda həm aktyorların, bəstəkarların, həm
də rejissorların,
rəssamların, ümumiyyətlə,
bu sahədə çalışanların həyat
və yaradıcılığına
dair kifayət qədər soraqlar var. Sidqi Ruhulla,
Mirzağa Əliyev, İsmayıl Dağıstanlı,
Ülvi Rəcəb kimi sənətkarların
yaradıcılığında kino sənəti mühüm yer tutub. Rza Təhmasib
20-ci yüzil Azərbaycan
kinosunda həm tanınmış kino rejissoru, həm kino aktyoru, həm
də kino rəssamı kimi məşhur olub. Abbas Mirzə Şərifzadə ilə
bağlı da arxivimizdə xeyli soraqlar var. Həmçinin
Leyla Bədirbəylinin,
Nəcibə Məlikovanın,
Atamoğlan Rzayevin, Hüseynağa Sadıqovun
və başqalarının
kino yaradıcılığına
dair materiallar diqqəti cəlb edir. Tamamilə unudulmaq təhlükəsilə
üzləşən 50-ci illərin
kino rəssamı Cəbrayıl Əzimovun tərtibatçı-rəssam
kimi yaradıcılığına
dair faktlar araşdırıcılarını gözləyir. Arxivdə
"Ögey ana" filminin yaradıcıılarından
biri olan H.İsmayılov haqqında
da sənədlər saxlanılır. Bəşir
Səfəroğlunun da
kino yaradıcılığı
bu qəbildəndir. Rəşid Behbudovun kino yaradıcılığına
dair faktlar da çox maraqlıdır.
Məşhur hind aktyoru və rejissoru Rac Kapurun
Azərbaycanla bağlı
şəkilləri də
diqqəti cəlb edir. Məlumdur ki, Rac Kapurun
Rəşid Behbudovla dostluğu olub. Həsənağa Salayevin,
Şəmsi Bədəlbəylinin,
Ədil İsgəndərovun,
Əli Zeynalovun, Mirvari Novruzovanın, Şahmar Ələkbərovun,
Mehdi Məmmədoun və başqalarının
şəxsi fondları
yaradılıb. Həmçinin
Cəfər Cabbarlı
adına "Azərbaycanfilm"
kinostudiyasına aid olan bütün yaradıcılıq sənədləri
arxivimizdə mühafizə
olunur. Kinofilmlərə
musiqi yazan bəstəkarlardan Cahangir
Cahangirov, Əfrasiyab Bədəlbəyli, Niyazi,
Tofiq Quliyev, Arif Məlikov, Aqşin Əlizadə və başqalarının
yaradıcılıhından qırmızı xətlə
keçib. Rəssamlardan
Qəzənfər Xalıqov,
Tahir Salahov və başqalarının
kino yaradıcılığı
daim araşdırılacaq".
Tanınmış
kinoşünas Aydın Kazımzadə isə Azərbaycan
kinosunun 110 illik mövcudluğu dövründə
böyük uğurlara imza atdığını bildirir:
"Azərbaycan kinosunun əsil yaşının - 110
illiyinin Azərbaycanın müstəqilliyi dövründə
dövlət səviyyəsində qəbul edilməsi
böyük hadisədir. Müstəqillik
dönəmindən sonra
həmçinin Azərbaycan
kinosunun istiqaməti dəyişib. Artıq Azərbaycanın kinoçuları
sovet dövründən
fərqli olaraq müstəqil şəkildə
öz sözlərini
deyirlər. Artıq kinoçularımızın başı
üzərində sovet
ideologiyası yoxdur. Müasir dövrdə də kino sənətində
daim yeni ideya axtarışları davam etməkdədir. Şübhəsiz, sənətkarlarımız
zamanın nəbzini tutmağa çalışırlar.
Sovet dövründə
dövlət filmin pulunu verirdi və bununla da həm də
ideologiyasının kinoda
ifadəsini diktə edirdi. Amma indi
sənətkarlarımız azaddırlar, digər tərfdən də xalqın dövlətin mənafeyini hər şeydən uca tuturlar. Hələ də Azərbaycan filmlərinin əksəriyyəti
dünya kino bazarına çıxa bilmir. Təbii ki, dünya kino bazarına xüsusilə indiki vaxtda çıxmaq çox çətindir. Burada texniki və sənət şərtləri çox
yüksəkdir və
sərtdir. Kino sənəti hazırda biznes mahiyyəti kəsb edir. Əgər çağdaş
dövrdə kinomuz bunu nəzərə almasa, sözünü deyə bilməyəcək".
Hazırda Film Fondun yeni
binasının tikintisi h aqqında danışan
A.Kazımzadə binanın dünya standartlarına tamamilə
cavab verəcəyini bildirir: "Bu, Azərbaycan kinosunun
inkişafında və indiyə kimi çəkilmiş
filmlərin qorunmasında əhəmiyyətli rol oynayacaq. Bu,
o deməkdir ki, gələcək nəsillərə
böyük bir sərvət qoyub gedəcəyik".
A.Kazımzadə
hazırda Cəfər Cabbarlının kino fəaliyyəti
haqqında kitab üzərində işləyir:
"Böyük dramaturqun kino fəaliyyəti haqqında kitab
indiyə kimi yox idi. Zənnimcə, bu kitab müəyyən
təəssürat yaradacaq.
Özümə borc bildim ki, belə
bir kitab yazım. Amma kitabın çap məsələsi hələ
durur. "Azərbaycan
kinosunun ensiklopediyası"
isə mətbəəyə
təqdim ərəfəsindədir.
Mədəniyyət və
Turizm Nazirliyi bu məsələnin gerçəkləşdirilməsi üçün əlindən
gələni edir".
A.Kazımzadə
Azərbaycan kinosunun 110 illliyinin tarixi əsaslarının
ictimaiyyətə çatdırılmasında
fəaliyyətinə görə özünü
xoşbəxt hesab edir: "110 il əvvəlki kino
lentlərini Fransadan gətirmişik. Artıq
həmin lentlər əlimizdədir. Bu, dünya kino tarixindən 2 il sonraya təsadüf edən bir tarixi
məqamdır. 1998-ci ilin
əvvəlindən artıq
Bakıda filmlər çəkilirdi. Avqustun
2-də isə Bakıda yerli mövzularda çəkilən
bu filmlərə baxş olub . Rejissoru isə Aleksandr Mixayloviç Mişon olub".
Xalq cəbhəsi.- 2008.- 2 avqust.- S. 14.