Azərbaycan Vayominq eyni dəyərləri bölüşür

 

ABŞ-ın Vayominq ştatının ən böyük gündəlik nəşrlərindən olan "Vayominq Tribune-Eagle" qəzetində Azərbaycanın Los-Ancelesdəki baş konsulu Elin Süleymanovun "Azərbaycan Vayominq eyni dəyərləri bölüşür" sərlövhəli məqaləsi dərc olunmuşdur.
AzərTAc həmin məqaləni ixtisarla oxuculara təqdim edir.
Bu ilin may ayında Azərbaycanın Respublika Günü münasibətilə Baş konsulluğumuza göndərilən rəsmi təbrik məktubları arasında ən çox diqqəti cəlb edənlərdən biri Vayominqin qubernatoru Deyv Frudentalın məktubu idi.

Azərbaycanlılar 1918-ci ildə müsəlman aləmində ilk parlamentli respublikanın yaradılmasının 90 illiyini qeyd etmişlər. Vayominqdə Azərbaycanda yaşayan insanlar üçün ümumi dəyərləri vurğulayan cənab Frudentalın məktubu mənim xalqımın arzularını əks etdirirdi.
Bir faktı qeyd edim ki, Azərbaycanda olduğu kimi, Vayominqin təbiəti çox gözəldir. Bununla yanaşı, vayominqlilərin bizimlə digər oxşarlığı ondan ibarətdir ki, kişilərlə qadınların eyni səs hüququna malik olması məsələsində onlar da bizim kimi pionerdirlər. Vayominq Amerikada qadınlara seçki hüququ verilən ilk ştat olmuşdur. Azərbaycanda qadınlara bu hüquq hələ 1918-ci ildə, bir çox ölkələrdən əvvəl verilmişdi.

Azərbaycan və Birləşmiş Ştatlar arasında güclü tərəfdaşlıq var. Azərbaycan hərbçiləri amerikalılarla çiyin-çiyinə Əfqanıstanda İraqda xidmət edirlər. Amerikanın digər regional müttəfiqləri, o cümlədən Gürcüstan Türkiyə ilə bərabər Azərbaycan Birləşmiş Ştatlarla tarixi İpək yolunun bərpası istiqamətində onun Avrasiyada tərəqqinin vasitəsi olması üçün birgə səylər göstərməkdədir.

Cənab Frudental məktubunda haqlı olaraq bildirir ki, belə məqsədləri ortaya qoymaq və onlara çatmaq uzaqgörən liderlik tələb edir. Bunun əhəmiyyəti Azərbaycanda keçirilmiş tədbirdə bir daha nümayiş etdirildi. İyunun 10-11- dünyanın müxtəlif ölkələrinin birinci xanımları Heydər Əliyev Fondunun, YUNESKO-nun İSESKO-nun birgə təşkil etdiyi mədəniyyətlərarası dialoqda qadınların rolunu müzakirə etmək üçün paytaxt Bakıya toplaşmışdılar. Bu forum Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilirdi. Tədbirdə iştirakçılar mədəniyyətlərarası sivilizasiyalararası dialoqu daha da gücləndirməyin vacibliyindən danışdılar. Xanım Əliyevanın özü Azərbaycanın müxtəliflik, tolerantlıq bərabərlik məsələlərində tarixi təcrübəsi haqqında söhbət açdı. Əlbəttə, bu, olduqca mürəkkəb məsələlərin açıq müzakirəsi idi. Bəlkə , təəccüblü görünməməlidir ki, böyük əhəmiyyət daşıyan bu müzakirəyə Azərbaycanda təşəbbüs göstərilmişdir.

 

Azərbaycan.- 2008.- 21 avqust.- S. 3.