Ağaoğlu T.
Xalq artisti, unudulmaz
Şahmar Ələkbərov
49 yaşında, 16 ildir
ki, dünyasını
dəyişib, dostları
ilə həmişəlik
vidalaşıb. Hər
dəfə onu ekranda, oynadığı filmlərdə görəndə
çoxları kövrəlir.
O, sevib-seçdiyi sənətin
vurğunu olmuşdu.
Şahmarla tanışlığım
təsadüfən yaranmışdı.
Ötən əsrin
80-ci illərində onunla
birgə Cəbrayıl
bölgəsinə getməyimiz
heç yadımdan çıxmır. Respublika
Aşıqlar Birliyinin
sədri, xalq artisti Hüseyn Arifin təşəbbüsü
ilə aşıq-ozan sənətinin banisi Dirili Qurbaninin
anım mərasimi keçirilirdi. Tədbiri giriş sözü ilə açan Hüseyn müəllim dedi: "Ey ustad, ey qüdrətli
şəxsiyyət, nə
olar, bir anlığa başını
qaldır, gözünü
aç, gör müqəddəs ünvanına
kimlər gəlibE"
Sonra söz Şahmara verildi. O da Qurbaninin "Bənövşə" qoşmasını
səsləndirdi.
Ş.Ələkbərov
Azərbaycan İncəsənət İnstitutunun aktyorluq
fakültəsinə daxil olmuş, görkəmli pedaqoqlar -
Adil İsgəndərov, Mehdi Məmmədov, Tofiq Kazımovdan
sənətin sirlərini öyrənmişdi. Ali təhsilini başa
vuran ili ona etimad göstəriblər.
"Dağlarda döyüş"
bədii filminin çəkilişinə dəvət
alanda bilmədi sevinsin, yoxsa imtina etsin. Çünki
oynayacağı rol həddən artıq professionallıq tələb
edirdi. Aktyor inandırıcı şəkildə
atasının doğma
el-obasına dönük çıxmasına
aydınlıq gətirməliydi.
Bu, bir tərəfdən
ata həsrəti çəkən, digər
baxımdan belə hadisələrlə rastlaşan
gənc Fərruxa - Şahmara çətin gəlirdi.
Sözügedən
ekran əsərində əsas rollardan birini oynayan, sonralar
teleradio diktoru kimi məşhurlaşan, xalq artisti Ofeliya
Sənanidən eşitdiklərimizi xatırladırıq:
- Şahmar ona
göstərilən etimada etinasız qalmadı. Çəkiliş qrupu bilirdi, görürdü ki, o necə
sarsıntı keçirir.
Çünki müharibə
illərində canını
ümumi bəladan qoruyan, başını gizlədən, qaçqınlıqla
məşğul olan atasını tutub dövlət orqanlarına
təhvil verməli idi. Bu cəhət mentalitetimizə yaddır.
Övlad ataya qənim kəsilsin?.. Axır ki, Şahmar
dərk etdi, duydu ki, belə
hal bədii əsərdə mümkündür.
O, sənəti xatirinə
bu addımı atdı, nifrətdən daha çox hörmət qazandı. Onun insani keyfiyyətlərini,
ifasının jest və nüanslarını
unutmaq olmur.
İlk
uğurlu çəkilişindən sonra onu xarakter etibarı
ilə biri digərinə bənzəməyən rollar
oynamağa dəvət etdilər. "Mən ki gözəl deyildim" bədii filmində Məzahir obrazını yüksək
səviyyədə, inandırıcı
yaratdı. Adi sürücü rolunda o, müharibənin fəlakətlərini, eyni
zamanda qələbə
təntənəsini məharətlə
canlandıra bilir.
Məzahir milli kinomuzun çox baxımlı, xarakterik obrazlarından biridir. Şahmar oynadığı
bu rolun daxili aləmini ustalıqla aça bilmişdir.
Sevib-seçdiyi
aktyorluq sənəti Şahmarın üzünə
gülür, bəxtinə işıq salırdı. Onu "Babək"
filmində Cavidan,
"Qatır Məmməd"
ekran əsərində
Qatır Məmməd rollarına
çəkdilər. Özünə
hörmət etdiyi üçün oynadığı
və yaradacağı
obrazların da qədir-qiymətini bilərdi. Aktyor istər "Babək", istərsə
də "Qatır Məmməd" filmlərində
o qədər təbii, orijinal oynayıb ki, həmin ekran yadigarları bu gün də tarixi keçmişimizin reallığı kimi qarşılanır. Rejissor
mizanı aktyor üçün qanundur. Lakin ifaçılıq qabiliyyətində də çox jestlər tamaşaçı marağına
səbəb olur. Onun "Axırıncı
aşırım" filmindəki
oyunu sənətkarlıq
nümunəsi tək
yaddaşlarda qalıb.
Şahmarın
həm də şirin dili, təmiz, kin-küdurətsiz
ürəyi vardı. Gözləri ifadəli, sifəti nurlu, abır-həya sahibi idi. Onun bu
müsbət xarakterinə
kinorejissor Arif Babayevin çəkdiyi
"Arxadan vurulan zərbə" filmindəki
təsvirlərdə də
şahid oluruq. Aktyor ifası ilə filmdə haqqı, ədaləti, xidməti vəzifəsini uca tutan hüquqşünas, ədalətli istintaqçı
kimi yadda qalır. Şahmar - Gündüz çətinliklərə,
tərəddüdlərə baxmayaraq, yaranışı
tarixi keçmişdən
başlayan hadisəyə
aşkarlıq gətirir.
Sevimli aktyor
ömrünün son illərində həm də kinorejissor
kimi tanındı. Onun lentə aldığı,
unudulmaz şair Əlağa Vahidin həyat-yaradıcılığına
həsr edilən
"Qəzəlxan" bədii,
tammetrajlı filminə
həvəslə baxılır.
Bu səpkidə bir neçə film çəkmək arzusundaydı. Amma ömür imkan vermədi.
Şahmar qeyrətli, el-oba qədri bilən insan idi. Qarabağda, ətraf bölgələrdə
ermənilərin törətdiyi
faciələr onun ürəyinə ağrı
salmışdı, günbəgün
şam kimi əriyirdi. VəE Həvəsində olduğu,
könlündən keçən
neçə-neçə
istəyini də özüylə apardı.
Son ayrılığından
16 il keçməsinə
baxmayaraq, o, unudulmur, daim ehtiramla xatırlanır, yad olunur.
Azərbaycan.-
2008.- 27 avqust.- S. 8.