Xalq artisti Şahmar Ələkbərovun xatirəsi yad edilmişdir

 

Avqustun 15-də Muzey Mərkəzində Dövlət Film Fondunun təşkilatçılığı ilə xalq artisti Şahmar Ələkbərovun anadan olmasının 65 illiyi ilə əlaqədar xatirə gecəsi keçirilmişdir.

Tədbirdə mədəniyyət, incəsənət xadimləri, aktyorun doğmaları, ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Dövlət Film Fondunun direktoru Cəmil Quliyev görkəmli sənətkarın yaradıcılığından danışaraq demişdir ki, Ş.Ələkbərov cəmi 49 il ömür sürməsinə baxmayaraq, kino sənəti tariximizdə əbədi iz qoymuşdur.

Kinoşünas Aydın Kazımzadə bildirmişdir ki, aktyorun çəkildiyi filmlər milli kinomuzun qiymətli nümunələridir. OnunYeddi oğul istərəm”, “Axırıncı aşırım”, “Gəncəbasarlı qisasçı”, “Arxadan vurulan zərbə”, “Atları yəhərləyin digər filmlərdə yaratdığı bir-birindən fərqli, tamaşaçı məhəbbəti qazanmış obrazları aktyorun istedadının geniş diapazonundan xəbər verir.

Şahmar Ələkbərovun özünü həm də rejissor kimi sınadığını bildirmişlər.

Xatirə gecəsində aktyorun çəkildiyi filmlərdən fraqmentlər nümayiş etdirilmişdir.

 

Xalq qəzeti.- 2008.- 16 avqust.- S. 4.