"Ağ­dam üçün o qə­dər da­rıx­mı­şam ki..."

 

 

Nəzakət Teymurova: "İ­kin­ci də­fə ana ol­maq is­tə­mi­rəm"

 

Xalq ar­tis­ti Nə­za­kət Tey­mu­ro­va­nın Lent­.az-a eksklü­ziv mü­sa­hi­bə­si - Nə­za­kət xa­nım, yay fəs­li­dir. Nə iş­lə məş­ğul­su­nuz? - Ha­zır­da bağ­da is­ti­ra­hət edi­rəm, pa­yız ay­la­rın­da nə­zər­də tut­mu­şam ki, so­lo-kon­sert ve­rəm. Hey­dər Əli­yev adı­na Sa­ray­da tə­mir iş­lə­ri­nin ba­şa çat­ma­sı­nı göz­lə­yi­rik. Bun­dan baş­qa, xalq mah­nı­la­rı­nı len­tə al­dır­mı­şam, pa­yız ay­la­rın­da efi­rə ge­də­cək. Bir-iki pro­yekt­lə­ri­miz də var. Həm­çi­nin mu­ğam disk­lə­ri də yaz­dı­rı­ram. - Bi­rin­ci kon­ser­ti­niz­də ye­ni­lik edə­rək ka­me­ra or­kest­ri ilə çı­xış et­di­niz. Bu də­fə han­sı ye­ni­lik­lər göz­lə­ni­lir? - Ola bil­sin ki, kon­ser­tin bi­rin­ci his­sə­sin­də ka­me­ra or­kest­ri ilə çı­xış edim. İkin­ci his­sə­də sırf "Xa­rı bül­bül" mu­ğam qru­pum­la mu­ğam­la­rı­mı­zı oxu­ya­cam. - Ope­ra və Ba­let Teat­rı­nın üz­də olan so­list­lə­rin­dən­si­niz. Ha­zır­da han­sı ta­ma­şa­lar üzə­rin­də iş­lə­yir­si­niz? - Ha­zır­da "Əs­li və Kə­rəm" ope­ra­sı­nın məşq­lə­ri ge­dir. Ye­ni qu­ru­luş­da re­jis­sor Ha­fiz Qu­li­yev tə­rə­fin­dən ha­zır­la­nan bu ope­ra mətn və mu­si­qi tə­rəf­dən ha­zır­dır, pa­yız ay­la­rın­da təq­di­ma­tı ke­çi­ri­lə­cək. - Baş­qa han­sı rol­la­ra də­vət al­mı­sı­nız? - Bü­tün ope­ra ta­ma­şa­la­rın­da de­mək olar ki, iş­ti­rak edi­rəm. Yed­di ta­ma­şa­da - "Ley­li və Məc­nun", "Gə­lin qa­ya­sı", "A­şıq Qə­rib", "Na­tə­van", "Va­qif", "Ko­roğ­lu" ope­ra­la­rın­da və "Rast" mu­ğam-ba­le­tin­də rol­la­rım var. - Ar­tıq 13 il­dir ope­ra­mı­zın Ley­li­si­si­niz. Ni­yə da­vam­çı­nız yox­dur? - Mən 1995-ci il­dən Ope­ra Teat­rın­da iş­lə­yi­rəm. Yə­qin Ley­li­nin da­vam­çı­sı hə­lə ki yox­dur. Gör­sə­lər, də­vət edər­lər. - Bəs tə­lə­bə­lə­ri­niz ara­sın­da Ley­li­ni ax­tar­mır­sı­nız? - Çox is­tər­dim ki, tə­lə­bə­lə­rim ope­ra səh­nə­sin­də püx­tə­ləş­sin­lər. İn­şal­lah, qis­mət olar­sa, ifa­la­rı, səs­lə­ri bə­yə­ni­lər­sə, yə­qin ki, çı­xış edər­lər. - Növ­bə­ti Ley­li­yə qıs­qanc­lıq et­məz­si­niz ki? - Xeyr. Mən Ope­ra­ya gə­lən­də 13-cü Ley­li idim. Hə­min vaxt ta­nın­mış sə­nət­kar­lar, xa­nən­də­lər ora­da ça­lı­şır­dı­lar. Sə­ki­nə İs­ma­yı­lo­va, Qən­dab Qu­li­ye­va, Gül­yaz Məm­mə­do­va teatr­da iş­lə­yir­di­lər. Bu sə­nət­də hə­rə­nin öz izi var. - Sə­nət alə­min­də pa­xıl­lı­ğı­nı­zı çə­kən çox olub? - Sə­nət mü­ba­ri­zə­dir. Ola bil­sin ki, pa­xıl­lı­ğı­mı çə­kən olub, am­ma fi­kir ver­mə­mi­şəm, sə­nə­tim­lə məş­ğul ol­mu­şam. Bu sə­nət elə­dir ki, söz-söh­bət olub, ola­caq da. - Ope­ra səh­nə­mi­zin şah əsə­rin­də baş ro­lun ifa­çı­sı­sı­nız. Da­ha han­sı rol­la­rı oy­na­maq ar­zu­sun­da­sı­nız? - Qa­dın xa­nən­də­lə­ri­miz can atır­lar ki, bi­rin­ci Ley­li­ni oy­na­sın­lar. Mə­nim qis­mə­tim­dən bi­rin­ci ro­lum Ley­li olub - da­ha nə ar­zu edə bi­lə­rəm? - Ley­li ro­lu­na ne­cə se­çil­di­niz? - Mən Asəf Zey­nal­lı adı­na Mu­si­qi Tex­ni­ku­mu­nu bi­tir­dik­dən son­ra tə­yi­na­tı­mı Ope­ra və Ba­let Teat­rı­na al­dım. Ora­da sə­si­mə qu­laq as­dı­lar və ikin­ci tur­da mə­ni teat­ra qə­bul et­di­lər. Elə hə­min vaxt­dan rəh­bər­lik bu ro­lu mə­nə hə­va­lə et­di. Yed­di ay ro­lun üzə­rin­də iş­lə­dik və ilk də­fə ola­raq bu rol­da ta­ma­şa­çı qar­şı­sı­na çıx­dım. Bu gü­nə­dək təx­mi­nən 50 də­fə­dən ar­tıq Ley­li ki­mi səh­nə­də çı­xış et­mi­şəm. - Ley­li si­zi yor­ma­yıb? - Xeyr. Ope­ra səh­nə­si, "Ley­li və Məc­nun" ona gö­rə möh­tə­şəm­dir ki, hə­mi­şə gün­dəm­də­dir, xalq tə­rə­fin­dən qiy­mət ve­ri­lir. Bu yo­lu keç­mək şə­rəf­li­dir. Üze­yir Ha­cı­bə­yo­vun mu­si­qi­si o qə­dər gö­zəl­dir ki, hər də­fə bu ta­ma­şa­da çı­xış edən­də elə bi­lir­sən ye­ni əsər eşi­dir­sən. - Han­sı xa­nən­də­mi­zin ifa­sın­da Ley­li­ni sev­mi­si­niz? - Rü­ba­bə Mu­ra­do­va və Zey­nəb Xan­la­ro­va­nın. Arif Ba­ba­yev-Zey­nəb Xan­la­ro­va cüt­lü­yü isə lap çox se­vi­lib. - Sə­nə­ti­niz­də si­zə xoş­bəxt xa­nım de­mək olar. Bəs ai­lə­niz­də ne­cə, xoş­bəxt­si­niz? - Ai­lə­li­yəm, 9 ya­şın­da qı­zım var. Xoş­bəx­təm ki, ai­ləm, uşa­ğım ya­nım­da­dır. On­la­rın sağ-sa­la­mat ol­ma­sı mə­nim üçün hər şey­dir. - Qı­zı­nı­zın xa­nən­də ol­ma­sı­nı is­tər­di­niz? - Yox, qı­zı­mı hə­kim gör­mək is­tə­yi­rəm. - İkin­ci də­fə ana ol­ma­ğı dü­şün­mür­sü­nüz ki? - Yox, sə­nə­tim yol ver­mir. Uşaq olan­da gə­rək ar­dı­cıl ol­sun. Doq­quz il­dən son­ra is­tə­mi­rəm. - Nə­za­kət xa­nım, de­yi­lən­lə­rə gö­rə, siz özü­nüz­dən yaş­ca çox bö­yük in­san­la ai­lə qur­mu­su­nuz və siz onun ikin­ci hə­yat yol­da­şı­sı­nız... - Ai­ləm ba­rə­də da­nı­şıb, gün­də­mə gə­tir­mək is­tə­mi­rəm. Onu de­yə bi­lə­rəm ki, hə­yat yol­da­şım mən­dən 5 yaş bö­yük­dür. - Ne­cə ta­nış ol­mu­su­nuz? - Öz yer­lim­dir, ağ­dam­lı­dır. Özüm se­vib ai­lə qur­mu­şam. - Hə­yat yol­da­şı­nız özü­nüz ki­mi sə­nə­ti­ni­zi də se­vir? - Qa­ra­bağ­lı ki­mi mə­nim sə­nə­ti­mi də, mu­ğa­mı da se­vir. - Ev­dar­lıq­da da pe­şə­kar­sı­nız­mı? - Be­lə də. Tə­miz­li­yi se­və­nəm, çat­dı­ra bil­mə­yən­də anam, ba­cım kö­mək edir. - Nə­za­kət xa­nı­mın hə­ya­ta keç­mə­yən ar­zu­su var­mı? - Ar­zum odur ki, Qa­ra­ba­ğı­mız, Ağ­da­mı­mız qa­yıt­sın, eli­mi­zə, oba­mı­za ge­dim. Ağ­dam üçün çox da­rı­xı­ram. İna­nın, bur­nu­mun ucu göy­nə­yir Ağ­dam­da­kı evi­miz­dən öt­rü. Hər­dən dü­şü­nü­rəm ki, Ağ­dam alın­sa, kö­çüb Ağ­dam­da ya­şa­ya­ca­ğam, hər şe­yi­mi, kar­ye­ra­mı atıb ora ge­də­cə­yəm. O qə­dər da­rıx­mı­şam ki, Ağ­dam üçün...

 

Üç nöqtə.- 2008.- 7 avqust.- S. 13.