Əziz Ə.

 

Müslüm Maqomayevin 66 yaşı tamam olub

 

Məşhur sənət adamı, opera müğənnisi, nəhayət, həmyerlimiz haqqında nə bilirik?

 

Müslüm Məhəmmad oğhı Maqomayev adını aldığı məshur Azərbaycan bəstəkar Əbdülmüslüm Məhəmməd oğlu Maqomayevin nəvəsidİY. GL 12 avqust 1942-ci ilda Bakıda anadan olub. Gənc yaşlarından güclü bariton ilə məşhur olan Müslüm 1963-cü ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub. 1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının Ş.Məmmədovun  sinifini bitirib. Konservatoriyadan sonra dövlət tərəfindən təhsilini tamamlamaq məqsədilə  İtaliyaya göndərilib və 1964-1965 illərdə Milanın "La Scala"teatrında təcrübə keçib.

Müslümə geniş şöhrət qazandıran onun opera səhnəsində ifa etdiyi C.Rossininin "Sevilya Bərbəri" operasında Fiqaro partiyası idi. Onun gözəl və yumşaq tembrli gur səsi, ifasının təsirliyi, ruh yüksəkliyi və ifadəliliyi tamaşaçılar arasında ona əvvəlcə opera səhnəsində, daha sonralar isə estradada şöhrət qazandırıb. M.Maqomayev 1969-cü ildə Sopotta və Kannda keçirilən beynəlxalq mahnı müsabiqələrində Azərbaycanı təmsil edərək, oradan 1-ci mükafatla və qızıl valla ayrılıb. 1975-ci ildən təşkil etdiyi Azərbaycan Dövlət Estrada-Simfonik Orkestrinin bədii rəhbəri olub. Onunla Sovetlər Birliyinin bir çox şəhəri ilə yanaşı, Fransa, Bolqarıstan, Polşa, Finlandiya, Kanada, İranda konsertlər verib.

1971-ci ildə haqqında "Oxuyur Müslüm Maqomayev" film-konsert çəkilib. İllər boyunca dinləyicilərin sevgisini qorumağı bacarmış Müslüm Maqomayev Qırmızı Əmək Bayrağı və Xalqlar Dostluğu ordenləri ilə təltif edilib.

Onun "Aslan Şahın ariyası" ("Şah İsmayıl"), "Arzu", "Azərbaycan", "Azərbaycanım", "Həsən Xanın ariyası", "Mərdanın ariyası ("Vətən"), "Odlar Yurdu", "Swsiz", "Sevgili Canan", "Zübeydə" kimi mahnıları indiyədək sevilir.

Bu günlərdə dünya şöhrətli müğənni, SSRİ xalq artisti Müslüm Maqomayevin 66 yaşı tamam olur. Müğənninin ailəsindən verilən məlumata əsasən, Müslüm Maqomayevi Azərbaycan prezidenti İlham Əliyev, Rusiyanın dövlət başçısı Dmitri Medvedev və Baş nazir Vladimir Putin, eləcə də onlarla məşhur siyasətçi, elm və mədəniyyət xadimi təbrik edib.

"Azad Azərbaycan" olaraq biz də bütün təbriklərə qoşulur və Azərbaycanın dahi oğlu, canlı korlfeyi M.Maqomayevə cansağlığı, möhkəm iradə və uzun ömür arzulayırıq.

 

Azad Azərbaycan.- 2008.- 19 avqust.- S. 6.