Hilalqızı S.

 

Mükəmməl müğənni olmaq üçün səhnəyə gəldim


Aybəniz Haşımova: “İndi əksər müğənnilər varlanmaq üçün oxuyur”


Avqustun 22-də müğənni Aybəniz Haşımovanın 40 yaşı tamam oldu. Fəxri adlara, titullara sovet dövründən qalma ənənə kimi baxan, öz işində yararlı olmağı daha üstün bilən, 40 yaşı cavanlığın başlanğıcı hesab edən müğənni xanımla söhbət etmək qərarına gəldik. Qeyd edək ki, ötən ay xəbər agentliklərindən birinə verdiyi müsahibəsində şəxsi həyatının bəzi gizlin məqamlarının açılması bunun mətbuatda xeyli vaxt hallanması müğənnini jurnalistlərdən bir qədər incik salmışdı. Odur ki, Aybəniz xanımla söhbətdə məqsədimiz onun yubileyini təbrik etməkdən başqa, həm aramızdakı buzu sındırmaq fürsətini qaçırmamaq idi.

- Aybəniz xanım, nədənsə səsiniz həmişə qəmli notlara köklənir. Buna səbəb nədir?

- Əvvəllər mən belə deyildim, o qədər şən təbiətim vardı ki, adımı güləyən qız qoymuşdular. Ailənin beşinci övladı olmuşam, xüsusən bacım Şahnaz xanım tərəfindən ailəmizdə çox əzizlənmişəm. Ailə qurandan il yarım sonra həyat yoldaşım Qarabağ uğrunda döyüşlərə getdi. O, mebel zavodunda sex rəisi işləyirdi, əslən Qubadlıdanıydı. Əvvəllər döyüş bölgələrinə yardım aparırdı, sonra dözmədi, özü döyüşə getdi. O gedəndə qızımız Aynişan 6 aylıq idi. 8 ay sonra Ağdərədə gedən qanlı döyüşlərdə şəhid oldu. Bundan sonra mənim məşəqqətli günlərim başladı. Çəkdiyim acılardan artıq danışmaq istəməzdim. Bütün bunlara baxmayaraq özümü bədbin adam hesab etmirəm, həyatsevər adamam. Amma hərdən Qarabağ nisgilli şair Musa Yaqub demiş, “sinəmdən qaynayır, gözümdən daşır...” Çox ümid edirəm ki, bu nisgilimə son qoyulacaq.

- APA-ya müsahibənizdə demisiz ki, hazırda darısqal bir mənzildə yaşayırsız. Şəhid ailəsi kimi hökumətin güzəştləriylə təmin olunursuzmu?

- Sözün düzü, mən heç bir rəsmi quruma müraciət etməmişəm. Buna görə heç kəsi günahlandıra bilmərəm. İnanıram ki, müraciət etsəydim, hökumət dərhal bizə qayğı göstərərdi. Darısqal olsa da, bu mənzil özümüzündür fəxr edirəm ki, evimdə övladımla rahat yaşayıram. Mən heç kimin həyətindəkvartirantyaşamağı sevmirəm.

- Öz ifa üslubunuza bir dinləyici kimi necə qiymət verərdiz?

- Bunu demək çox çətindir.

- Olubmu ki, ifanızla bəstəkar mahnısı uyğun gəlməsin? Hansı bəstəkar mahnıları ürəyinizcədir?

- Lap uşaqlıqdan böyük bəstəkarların - Cahangir CahangirovFikrət Əmirov, Niyazi, Oqtay Kazımov, Vasif Adıgözəlov, Tofiq Quliyev kimi yüksək səviyyəli korifeylərdən oxumuşam. Gənc nəsildən isə müğənni bəstəkar Ramal Yaquboğlu ilə oxuduğumQarabağ balladasıürəyimcədir. Mahnının mətni özümündür. Aktual bir mövzudur. Düşünürəm ki, gənc nəsildə unutqanlıq olmamaq üçün bu mövzuya çox müraciət etmək lazımdır. “Qarabağ balladasına klip çəkdirməyi düşünürəm.

- Qızınızın azyaşlı uşaqlardan ibarət qrup yaratdığını eşitdik. Aynişanın səsi necədir?

- , Aynişan yeni qrup yaradıb, amma adını hələ müəyyənləşdirməyib. 4 üç yaşlı uşaq var yeni qrupda. Qrupun bədii rəhbəri o olacaq, mən müəllimlik edəcəm. Aynişanın səsinə gəlincə, çox gözəldir, amma müğənni olmasını istəmirəm.

- Niyə?

- Mən bu sənətə uşaq yaşlarımdan gəlmişəm, amma şəxsən elə o vaxt da, indi öyrəndiyim mahnılara çox məsuliyyətlə yanaşıram. Mahnını tam mənimsəməmiş, anlamamış efirə çıxıb oxumurdum. Çünki məqsədim incəsənətin müğənnilik sahəsini mükəmməl öyrənmək idi, milyonçu qadın olmaq niyyətində deyildim. Amma indiki gənclərin əksəriyyəti özlərinə yaxşı şərait yaratmaq üçün müğənnilik eşqinə düşürlər. Müğənnilik üçün zəruri olan səs, səhnə davranışı arxa planda qalıb. Tamaşaçının zövqünü korlayan belələrinə irad tutanda isə səni özünə düşmən hesab edir. Öz gələcəyini düşünməyən, səhnəmizin gələcəyini düşünərmi? Səhnə mənim üçün müqəddəs yerdir, mən ora layiq olmayanlara tövsiyə edərdim ki, gedib özlərini başqa yerdə sınasınlar. Səhnəyə qeyri-peşəkar səviyyədə çıxıb mahınını bərbad günə qoyandan sonra gözdən pərdə asmaq üçün tanınmış bir sənətkarın sinfinə qəbul olurlar. Müəllim ona istedad verə bilməz axı, yalnız istiqamət verir. Sonra belələri müəllimin adını batırır. Geyimləri çox bərbaddır, səhnəyə demək olar ki, paltarsız çıxırlar, biabırçılıqdır.

- Estrada müğənnilərindən kimi çox dinləyirsiz?

- Elə ifaçılar var ki, onların səsini eşidəndə kanalı dəyişmirəm. Elnarə, Röya, Samirə, Samir kimi gənclərimizin ifasını çox xoşlayıram. Samirənin səhnə davranışı da ürəyimcədir.

- Münsiflər heyətində olduğunuzXalq ulduzunda kimlər sizcə, ümidvericidir?

- Onlar arasında ümidvericilər çoxdur, amma toylara çox alüdəçilik etməsələr. Danılmaz faktdır ki, müğənni ailəsini dolandırmaq üçün toylara getməlidir, amma həddi aşmaq olmaz, axı. Toylara getməyə qalsa, telefonum susmur, mən bütün təklifləri qəbul etməklə özümü istismara da məruz qoya bilmərəm. Türkiyədə məşhur müğənnilər toylardan qazanc götürmür. Onlar konsertləri, disklərinin satışı ilə dolanırlar. Amma mənim indiyədək neçə kasetim işıq üzü görüb, bir dəfə qonorar almamışam. Piratçılarla bacarmaq mümkün deyil. Mən bu günBiri sənsən, biri mənmahnısını ifa etdim, səhəri gün ifam satışa çıxarılmışdı. Halbuki bu mahnının yazılmağına qədər pul xərcləmişəm, axıminusovka”, oranjeman havayı başa gəlmir.

- Bir mahnını hazırlamaq üçün qədər xərciniz çıxır?

- Çoxdur. 2 min manatdan aşağı başa gələn mahnı keyfiyyətsiz alınır. 3-5 minə normal mahnı yazdırmaq olur. Bəzən oranjemançılarınəlaadlandırıdığı mahnı üçün deyirəm ki, bu işə rəhmətlik Niyazinin gözüylə baxsaq, zəif alınıb. Üç dəfə artıq xərc çəkib keyfiyyətli bir üzə çıxaranda mahnını Niyazi bəyənərdi. Qara Qarayev, Niyazi, Fikrət Əmirovun yoxluğu çox hiss olunur, musiqilərimiz darmadağın olub. Mən hansısa bir mahnını yazdıranda arzulayıram ki, ansambl böyük olsun, tar, kaman, balaban, nağara kimi milli alətlərimiz səslənsin. Amma çox musqiçi dəvət edəndə, oranjeman xərci, studiya xərci sairə bütün bunlar mənə baha başa gəlir. Məsələn, “Qarabağ balladası hazırlayanda ay yarım studiyadan çıxmadım.

- “Bülbüllərin taleyi necə olacaq? Keçid dövründə yeniyetmələri qrupunuza toplamaqla risk etmirsiz ki?

- Qrupa yeni uşaqlar götürmüşəm, ən körpə uşaq 9 yaşındadırArtıq dərslərə başlanıb, sentyabrın 1-dən onlara rəqs dərsləri keçiləcək. Keçid dövrünə gəlincə, “Bülbüllərdəki uşaqların heç birinin səsi indiyədək batmayıb. Çünki səsləriinə zərər gəlməmək üçün onlarla müalicəvi prosedurlar aparılır. Onlara mahnının zil yerini bəmdə məşq etdirirəm ki, səs telləri zədələnməsin, yalnızzapislərdə mahnıları olduğu kimi oxuyurlar. Səhnədə onları çox canlı oxutmuram, ildə 5 mahnı hazırlayırıqsa, uşaqlar açıq səhnələrdə fonoqramlardan çox istifadə edirlər. Əminəm ki, dinləyicilər yeni uşaqlarımı da çox sevəcək. Amma artıq yetkinləşmiş qrup üzvlərimi taleyin ixtiyarına buraxmayacam. Onlardan da bacardığım qədər qayğımı əsirgəməyəcəm.
Gələn il səhnə fəaliyyətinin 30 ili tamam olan müğənniyə can sağlığı, yeni yaradıcılıq uğurları bir özünün dediyi kimi, qəlbinin dərinliyindəki Qarabağ nisgilinə son qoyulmasını arzulayırıq.

Yeni Müsavat.- 2008.- 24 avqust.- S. 13.