İlyasoğlu R.
"Vahid" instrumental
ahsamblının ilk çıxışı
Bu günlərdə
"Vahid" poeziya evi nəzdində yerli
yaradılmış "Vahid" instrumental ansamblı ilk
dəfə olaraq konsert proqramı ilə
çıxış etmişdir. Tanınmış şair
və yazıçıların, görkəmli elm,
mədəniyyət və incəsənət xadimlərinin
iştirak etdiyi tədbirdə "Vahid" poeziya evinin
direktor əvəzi Həsən Həsənov və
"Vahid" ədəbi müstəqil şairlər
məclisinin sədri Hacı Rafiq Əliyev, şair-publisist
Şahin Fazil çıxış edərək yeni
yaradılmış "Vahid" instrumental ansamblının
üzvlərini təbrik etdilər.
Ansamblın solistləri
Oqtay Hacıyev "Mirzə Hüseyn" segahını,
Ulduzə Qədirova "Gəl bizə yar"
mahnısını, Həbib Rəhimov "Dilkeş"
təsnifini, İsmayıl Abasov "Şur" təsnifini,
Zöhrə Əliyeva "Kimə yalvarım" xalq
mahnısını, Qəzənfər Abbasov
"Mahur-Hindi" muğam dəstgahını
özünəməxsus ustalıqla ifa etdilər.
Tanınmış
xanəndələr, xalq artistləri Canəli Əkbərov
və Əlibaba Məmmədov da çıxış
edərək ansamblın üzvlərinə müvəffəqiyyətlər
arzuladılar.
İngiltərədə
yaşayan şoydaşımız, şərqşünas
alim, professor Niyazi Quluzadənin gətirdiyi "SKAYP" elektron-kompüter
vasitəsilə ansamblın çıxışı Londonda
yaşayan həmyerlilərimiz üçün də canlı
yayımlandı. Onu da qeyd edək ki, ansamblın bədii
rəhbəri Alim Əliyev, konsertmeystr İlhamiz İsmayılovdur.
Konsertin sonunda Bakı
Şəhər Mədəniyyət və Turizm İdarəsinin
rəisi Əlikram Əliyev ansamblın bütün
üzvlərini təbrik etdi. "Vahid" poeziya evinin
kollektivinə öz minnətdarlığını bildirdi. O
vurğuladı ki, bu gündən "Vahid" adına
mükafat təsis olunmaqla muğam konsertlərini Bakıətrafı
kəndlərdə keçirmək, gəncləri də bura
cəlb etmək vacibdir.
"Vahid" intsrumental ansamblının çıxışı məclis iştirakçılarında xoş ovqat yaratdı.
Respublika.- 2008.- 19 avqust.- S. 5.