Samirə

 

Müslüm Maqomayev missiyasını davam etdirir

 

Dünyaşöhrətli müğənni Müslüm Maqomayev müsahibələrinin birində demişdi ki, səhnə fəaliyyətinə son qoyandan sonra pərəstişkarları ilə ünsiyyətin ən yaxşı variantı internet saytında keçirdiyi forumlar elektron poçtuna daxil olan məktublardır. Kompüter texnologiyasına peşəkar səviyyədə yiyələnən Müslüm Maqomayev genişmiqyaslı maarifləndirmə işi aparır. Bəlli faktdır ki, hərtərəfli təhsil görmüş, müxtəlif sahələr üzrə fikir yürütməyi bacaran musiqiçi intensiv səhnə fəaliyyəti dövründə vokal imkanlarını nümayişləməklə məhdudlaşmırdı - musiqi bəstələyirdi, təsviri sənətlə məşğul olurdu, kumirləri haqqında məqalələr kitablar yazırdı. İnternet saytı açılandan sonra isə M. Maqomayevin "ətrafında" onunla həmfikir olan erudisiyalı insanların dairəsi yarandı. Özü üçün musiqi yazılarından, videokasetlərdən, kitablardan, rəsmlərdən ibarət kolleksiya yaradan Müslüm Maqomayev qeyri-ixtiyari olaraq bu "xəzinəyə" ünsiyyətdə olduğu insanları da cəlb etməyə başladı. Beləliklə, dünyagörüşünü artırmaqdan usanmayan şəxslər üçün bir neçə bölmədən ibarət bütöv bir proqram ərsəyə gəldi. Məlumat üçün deyək ki, M.Maqomayevin ilk saytı 2002-ci ilin avqustunda, sənətkarın 60 illik yubileyi ərəfəsində açılmışdı. Həmin ilin 8 oktyabrında isə M.Maqomayev saytın "Qonaq otağı" bölməsində ilk məlumatını yerləşdirdi. Çox keçmədən bu bölmə mədəniyyət ocağına çevrildi. 2004-cü il aprelin 25- isə Maqomayevin özünün yaratdığı sayt meydana çıxdı. Bu gün "www.magomaev/info" saytının populyarlığı ölçüyəgəlməz dərəcədə böyükdür. Saytın quruluşu 25 əsas bölmədən ibarətdir. Bura "Məhəbbətim mənim - melodiya", "Klassika (audio)", "Estrada (audio)", "Müxtəlif illərin lent yazıları (audio)", "Konsertlər (video)", "Televerilişlər", "Musiqili bədii filmlər, kliplər" digər bölmələr aiddir. Bölmələr durmadan yenilənir, M. Maqomayev hər bölməyə uyğun materialı əldə etdikcə onu lazımi formata salaraq müvafiq səhifəyə yerləşdirir. Bu günlərdə "Estrada klassikası" bölməsində Şubertin "Gecə serenadası" əsərinin gözəl pianoçu vokalçı Rauf Atakişiyevin ifasında yazılmış nüsxəsi yerləşdirilib. Bu yazının ardınca isə Rəşid Behbudovun ifasında ariya estrada mahnılarını dinləmək olar. Yalnız son 3 ay ərzində sayta "Metropoliten Opera"nın səhnəsində 2002-ci ildə nümayişlənmiş əsas partiyaları Plasido Dominqo ilə Dmitri Xvorostovskinin ifa etdikləri "Qaratoxmaq qadın" operası, Leonkovallonun 1946- ildə oynanılmış baş rolda Tito Qobbinin çıxış etdiyi "Payatsi" film-operası, Renata Tebaldi Cino Bekinin iştirakı ilə "Aida" film-operası, Mariya Kallas Tito Qobbinin iştirakı ilə "Toska" operasından parçalar, həmçinin Mario Lansın iştirakı ilə filmlər, Svyatoslav Rixterə həsr olunmuş film, dahi ifaçıların səsi olan "Cüzeppe Verdi" filmi əlavə edilib. Bir sözlə, M. Maqomayev aktiv səhnə fəaliyyətinə son qoysa da, insanların zövqünü cilalamaq missiyasını yerinə yetirməkdə davam edir.

 

Həftə içi.- 2008.- 21 avqust.- S. 8.