Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən
aldığımız məlumata
görə, nazirlik Azərbaycanın görkəmli
aşıqlarının və
ziyalılarının aşıqların
növbəti qurultayının
keçirilməsi barədə
çoxsaylı müraciətlərini
nəzərə alaraq
və Azərbaycanda aşıq sənətinin inkişafı,
təbliği, tədrisi
və beynəlxalq miqyasda tanıdılması
məqsədilə avqust
29-da Musiqili Komediya Teatrında Azərbaycan Aşıqlarının V Qurultayını
keçirməyi planlaşdırır.
Qurultayda aşıq sənətinin qorunması və
inkişafı üçün qarşıda duran
vəzifələr, aşıqların yaradıcılıq
təşkilatının möhkəmləndirilməsi, cari
və perspektiv vəzifələrin
müəyyənləşdirilməsi, Azərbaycan
aşıq sənətinin UNESCO-nun qeyri-maddi irs
siyahısına salınması təklifinə dəstək
verilməsi və digər məsələlər
müzakirə ediləcək.
Bu arada Zümrüd Məmmədovanın
rəhbərlik etdiyi Aşıqlar Birliyi avqustun 21-də
qurumun VI Qurultayının keçirilməsi barədə
məlumat yayıb. Birliyin sədri Zümrüd
Məmmədova APA-ya deyib ki, qurultayda
birliyə sədr seçiləcək. Bununla
yanaşı, Azərbaycan
aşıq sənətinin
UNESCO-nun qeyri-maddi irs siyahısına salınması və aşıq sənətinin
inkişafı istiqamətində
görüləcək işlər
barədə müzakirələr
aparılacaq. Z.Məmmədova
qurultayla bağlı bəzi problemlərin yarandığını bildirib:
"Avqustun 29-da Mədəniyyət
və Turizm Nazirliyi də bizim birliyin qurultayını çağıracaq.
Aşıqlar Birliyi qeyri-hökumət təşkilatı olduğundan,
onun qurultayını nazirlik çağıra bilməz. Mən neçə ildir, birliyin dağıdılmaması
üçün pulsuz-parasız çalışıram.
İndi eşidiblər
ki, UNESCO vəsait ayıracaq, hamı bizim işimizə qarışır".
Ekspres.- 2008.- 21 avqust.- S. 10.