Babayeva S.

 

Estoniyada fərqlənən həmyerlimiz

 

Rauf Avşar: "Ümumiyyətlə, bütün Avropada mən yeganə azərbaycanlıyam ki..."

 

Rauf Muxtar oğlu Avşar 1952-ci ildə Gəncə şəhərində doğulub. Azərbaycan Dövlət Pedaqoyi Universitetinin bədii qrafika bölümünü bitirib. Estoniyanın Tallinn şəhərində Lasname Extes gimnaziyalarında müəllim işləyib. 26 ildir Estoniyada yaşayır. 1996- ildən etibarən yaratdığı kukla teatrına rəhbərlik edir. "Rauf Avşar adına kukla teatrı"nın təkcə rəhbəri deyil, reyissoru, ssenaristi, libretto müəllifi, hətta kuklaların yaradıcısıdır. Rauf Avşarovun emalatxanasında apardığımız eksklüziv müsahibəni "Həftə içi" oxucularına təqdim edirik. - Rəhmətlik atam da aktyor idi. Onun yolunu davam etdirmək istəsəm , o, hər vəchlə buna mane olmağa, niyyətimdən daşındırmağa çalışdı.

Buna qismən nail oldu da, amma uzun sürmədi. Hər şeyə rəğmən qismət elə gətirdi ki, teatrla bağlı oldum, atam kimi aktyor olmasam da. Bu sənətdə peşəkarlıq qazanmağımda müəllimim - Estoniyanın canlı klassiki Ferdinand Vəykeyə minnətdaram. Eston teatrının yaradıcılarından biridir. Bütün Avropada məşhurdur. Reyissorluğu, kuklaçı sənətini mənə o öyrədib. Bəzən düşünürəm ki, o olmasaydı, bu sənətdə uğur qazanmazdım. Təbii ki, sənətə olan həvəs, məhəbbət rol oynayır. Reklam xatirinə olmasın, ancaq təkcə Pribaltika Skandinaviyada deyil, ümumiyyətlə, bütün Avropada mən yeganə azərbaycanlıyam ki, kukla teatrı sənətilə məşğul oluram. Əsasən biznes sahəsini seçən həmyerlilərimdən fərqli olaraq mənim stimulum da məhz teatra olan həvəsim məhəbbətimdir. Əlbəttə, hər yerdə olduğu kimi, Estoniyada da teatr sənətilə dolanmaq çox çətindir. Nəzərə alın ki, teatrım həm özəldir, həm ilkin növbədə uşaqlara, daha sonra isə böyüklərə ünvanlanıb. Elə ona görə bu sənətdə yalnız yalnız qəlbindəki böyük məhəbbət insana uğur qazandıra bilər. - üçün məhz kuklalarla işləməyi seçdiniz? Canlı aktyorlarla tamaşa qoymağın çətinliyi vadar etdi, yoxsag - Düzdür, kuklalarla işləmək daha asandır, nəinki insanlarla. Çünki kuklalar arasında intriqa yoxdur, onlar danışır, etiraz edir, bir-birlərinə paxıllıq duyurlar. Kuklaları çamadanda gizlədib, lazım olanda götürmək olur. Baxmayaraq ki kuklalar hərdən "xəstələnir" bərpa tələb edir. İnsanlarla işləmək maraqlı olsa da, olduqca çətindir. - Tələbələriniz varmı? - Əlbəttə. Ətrafımda istedadlı gənclər çoxdur. Aralarında ötəri həvəsə düşənləri var, özünü kukla sənətinə həsr etmək istəyən sadiqlər . Məsələn, Oleq Polozov adlı bir gənc var. Fəxr hissilə deyə bilərəm ki, teatra, sənətə sadiq tələbələrimdəndir. Oleq "Arzular fabriki" (teatr əvvəl belə adlanırdı - S.B.) teatrın ilk yarandığı gündən gəlib. Yadımdadır, elə balacaboy idi ki, əvvəlcə onu qəbul etmək istəmədik. Ancaq onda olan həvəs, inadkarlıq məni heyran etdi. İndi maşallah, teatrımızın gənc aparıcı kuklaçılarından biri sayılır. - Eston Azərbaycan tamaşaçısı arasında fərqi nədə görürsünüz? - Azərbaycan tamaşaçısında hər çıxışa reaksiya müxtəlifdir - öz hisslərini alqışla, mimikalarla izhar edirlər. Estoniya seyrçisi isə hər şeyi sakit qarşılayır, hətta təsirləndiyini belə hiss etdirmir. Tamaşanın sonunda fikrini, sadəcə, minnətdarlıqla bildirir. - Ümumiyyətlə, estonların Azərbaycan mədəniyyətinə maraqları hansı səviyyədədir? - Əlbəttə, müəyyən maraq var, amma postsovet dönəmindəki kimi deyil. Bu da mədəniyyət mübadiləsinin passiv şəkildə olmasıdır. Sonuncu dəfə Alim Qasımov Estoniyaya gəlmişdi, çox yüksək səviyyədə qarşılandı. Amma bununla kifayətlənmək olmaz. Azərbaycan dövləti özü mədəniyyətimizin təbliğində maraqlı olmalıdır. - Qastrol səfərləriniz olurmu? - Etdiyimiz qastrol səfərləri Estoniya Respublikası çərçivəsində, ya da yaxın qonşu ölkələrə - Rusiya, Latviya, Litvaya olur. Çünki tamaşalarımızı əsasən rus eston dilində nümayiş etdiririk. Uzaq ölkələrə getmək üçün dil baryeri, təəssüf ki, mane olur.

- Bəs Azərbaycanda sonuncu dəfə nə vaxt olmusunuz? - Sonuncu dəfə 2007-ci ilin sentyabr ayında Gəncədə oldum. Təşəbbüs məndən gəldi. Mədəniyyət Turizm Nazirliyi, eləcə yerli icra hakimiyyəti məni dəstəklədi. Gəncə Dövlət Kukla Teatrında "Qız qalası" əfsanə-tamaşasını göstərdik. Özümlə 8 kukla aparmışdım, tamaşaya Gəncə teatrının aktyorları ilə quruluş verdim. Ümumilikdə 10 tamaşa göstərildi. Bütün tamaşalar anşlaqla keçdi. Mətbuatda bu barədə çox yazıldı, çox deyildi. Hər kəs razı qaldı. - "Rauf Avşar adına kukla teatrı"nın dövlət statusu almaq niyyəti varmı? - Dövlət teatrı statusu almasaq da, UNİMA-nın (Beynəlxalq Marionet Teatr Birliyi - S.B.) tərkibinə daxilik. Dünya kukla teatrları bu birliyin üzvdür. Bu təşkilat vasitəsilə dünya teatr prosesində yaxından iştirak edə bilirik. Həmçinin informasiya mübadiləsində, festivalların müəyyənləşdirilməsində iştirakında teatrlara kömək edir. - "Aktyorlar"ınızı hansı materialdan hazırlayırsınız? - Kuklalarımı papye-maşedən (yapışqan, gips tabaşirlə qarışdırılmış kağız kütləsindən ibarət bərk maddə - S.B.) hazırlayıram. Hazırlanma prosesi ilə tanış olanlar üçün bu, çətin deyil. Sadə, hərəkətsiz üz cizgiləri olan kuklalarla yanaşı, bəzən gözü, dodaqları hərəkətə gətirən xüsusi mexanizmlərin əlavəsi lazım olur. Ümumiyyətlə, kukla sənəti Estoniyada inkişaf etməkdədir. Bu sənətin ən maraqlı özəlliyi isə eksperimentlər üçün imkanların mövcudluğudur. - Repertuarınızda əsas etibarilə Azərbaycan nağılları yer alırg - Əvvəla ona görə ki, milli folklorumuza, nağıllarımıza müraciəti mənəvi borcum sayıram. Yəni bir azərbaycanlı olaraq nağıllarımızı tanıtmaq, sevdirmək, təbliğ etmək baxımından. Digər tərəfdən Azərbaycan nağıllarının ruhunu, kökünü, daşıdığı məna yükünü Estoniyada məndən yaxşı bilən yoxdur.

 

Həftə içi .- 2008.- 26 avqust.- S. 6.