Əsl yaradanlar yaddaşlarda yaşayır

 

O, təbiətən nikbin adam idi. Təmkinli, ağsaqqal görkəmi, həzin danışığı, yumşaq rəftarı həmişə ətrafınakılarda ona hörmət məhəbbət qazandırardı. Məmmədrza İsa oğlu Şeyxzamanov Azərbaycan teatr kino sənəti tarixində özünəməxsus iz qoymuş görkəmli simalardan biri idi. Əslən gəncəli olan Məmmədrza müəllim 1954-cü ilə qədər bu şəhərdə yaşamış, burada aktyor sənətinə yiyələnmişdir. Məmmədrza Şeyxzamanov 1936-1954-cü illərdə müəyyən fasilələrlə Gəncə Dram Teatrında aktyor kimi çalışmışdır. Bu teatrın səhnəsində aktyor sənətinin sirlərinə yiyələnən, maraqlı obrazlara səhnə həyatı verən M.Şeyxzamanov az bir zaman içərisində məşhurlaşdı, onu tanıdılar, sevdilər, sənətinə yüksək qiymət verdilər. Burada o, böyük sənətkarlarla birgə işlədi, onların təcrübəsindən bəhrələndi. Aktyorun taleyində Gəncə Dram Teatrının oynadığı rol bir ondan ibarət idi ki, bu teatrdakı fəaliyyəti onun böyük sənət yoluna gür işıq saldı.

50 ilə yaxın yaradıcılıq yolu keçmiş aktyorun həyatında maraqlı məqamlar çoxdur. Biz bu kiçik yazıda Məmmədrza müəllimin yaradıcılığının teatr kino sənətimizin inkişafındakı roluna, onun yaradıcılığının xüsusiyyətlərinə diqqət yetirməyə çalışacağıq. Bu aktyorun yaradıcılığına xas olan xüsusiyyətlərdən danışarkən ilk növbədə onun aydın diksiyaya, geniş diapazona malik olduğunu xüsusi olaraq qeyd etmək lazımdır. O, “Vaqif”də Qacarı, “Fərhad Şirin”də Xosrovu, “Yaşar”da İmamyarı, “Aydın”da Aydını, “Antoni Kleopatra”da Edqardı, “Ölülər”də Hacı Həsəni, “İblis”də İxtiyarı böyük istedadla yaratmışdı.

Məmmədrza Şeyxzamanov Azərbaycan Milli Akademik Teatrında 1954-cü ildən fəaliyyət göstərmiş ömrünün sonuna kimi bu teatrın aparıcı aktyorlarından olmuşdur. Onun rollarının hər birində özünəməxsus şirinlik olardı. Bu aktyor sakit, təmkinli oyunu ilə həmişə tamaşaçıların diqqətini çəkərdi.

Amma kinoda da onun zəhməti az olmamışdır. Onlarla filmimizdə Məmmədrza müəllimin çox qiymətli rolları var bu gün tamaşaçılar həmin filmlərə böyük maraqla baxırlar.

Hələ uşaqlığımızdan böyük həvəslə tamaşa etdiyimizBir qalanın sirrifilmində yaratdığı həkim Eldostu hər birimizin sevimli ekran qəhrəmanı idi. Bu nağıl qəhrəmanı şər qüvvələrə qarşı barışmazdır, onun mətin iradəsini heç bir çətinlik qıra bilmir. Onu hətta Göygöz Kosanın törətdikləri müsibətlər belə qorxutmar. Bütün çətinliklərə mərdi-mərdanə sinə gərən Eldostu sona kimi özünün hazırladığı dərmanının sirrini şər qüvvələrə vermir.

Professor Rəcəbov (“Bəxtiyar”) rolunu da çox böyük ustalıqla yaratmışdı. Olduqca həssas, nəcib qəlbə malik bu mehriban insanın ekran taleyi hər birimiz üçün əziz doğmadır. Filmin elə ilk kadrlarından onun bağına oğurluğa girən uşaqlarla rəftarı obrazın xarakteri barədə çox şeyləri aydınlaşdırır. O, musiqi üzrə professordur. Konservatoriyada dərs deyir. Bəxtiyarın yaxşı müğənni olacağını hiss etdiyindən, onu daim izləyir, oxumasını, musiqi təhsili almasını məsləhət görür. sonda biz onu Bəxtiyarla Konservatoriyada məşq edən görəndə bir daha onun humanist, qayğıkeş bir insan olduğuna inanırıq.

Məmmədrza ŞeyxzamanovBöyük dayaqfilmində tamam başqa xarakterli bir obrazı ifa edir. Şərəfoğlu filmin baş qəhrəmanı Rüstəm kişinin cəbhə dostudur. İndi isə onu Rüstəmin kolxoz sədri işlədiyi rayona rəhbər vəzifəyə göndəriblər. Bu elə bir vaxtdır ki, Rüstəm kişi böhtanların qurbanı olmaq ərəfəsindədir. Şərəfoğlu Rüstəmi xilas edir. Amma onun da səhvlərini boynuna qoyur. Deyir ki, xalqdan ayrı düşmək, məhvə məhkum olmaq deməkdir.

Aktyor əksər vaxt müsbət qəhrəmanların rolunu ifa edir. AncaqNəsimifilmindəki rolu onun həm mənfi tipli obrazların gözəl ifaçısı olduğunu bir daha təsdiq etdi. Şeyx Əzəm şahın vəziridir. Onun məsləhətləri ilə şah çox qanlar töküb. Nəiminin, Nəsiminin fəlakətində göstərdiyi canfəşanlıq isə sonda onun öz faciəsi ilə bitir.
Əlbəttə, Məmmədrza müəllimin rollarından çox danışmaq olar. Lakin aktyorun bir rolu üzərində xüsusi olaraq dayanmaq istərdik. Bu “Tütək səsifilmindəki İsfəndiyar kişi roludur. İsfəndiyar kişi bizim kinonun çox uğurlu obrazlarındandır.
M.Şeyxzamanov bu yaşlı kişinin rolunu o qədər səmimi, o qədər təbii oynayır ki, adam onun ifasına həqiqətən heyran qalır. Onun da oğlu cəbhədədir, o da minlərlə insan kimi övladının yolunu gözləyir. Amma oğlundan qara kağız alanda yaşadığı hisslər tamamilə özünəməxsusdur. Sazını götürübRuhanini səsləndirəndə adamın içində dəhşətli duyğular baş qaldırır. Oğul dərdi atanı bundan da ağır vəziyyətə sala bilərmi? Hamıya təskinlik verən bu kənd ağsaqqalının indi öz ürəyi dağlanmışdır.

Məmmədrza müəllim əsl mənada dramatik aktyor idi. O, gərgin situasiyalardan çıxan qəhrəmalarını daha məharətlə təqdim etməyi bacarırdı.

Qızıl uçurumfilmi onun son işlərindən oldu. Bu film İbrahimbəy MusabəyovunNeft milyonlar səltənətindəəsərinin ikinci ekran variantıdır. Filmdə ona Qurban kişi rolu həvalə olunub. Onun düşdüyü vəziyyət çox acınacaqlıdır. Çünki Cəlil öz ailəsinə xəyanət etmiş, başı eyş-işrətə qarışmış, qohum-qardaşı tamamilə unutmuşdur. Qurban kişi bu xəyanətə dözə bilmir. Qızının faciəvi taleyi onu hədsiz narahat edir. Sonda isə Cəlil özü öz əməllərinin qurbanı olur.
Məmmədrza Şeyxzamanov Azərbaycanın xalq artisti idi. Onu xalq həqiqətən çox sevirdi bu gün aktyora xalq məhəbbəti qalmaqdadır.

 

Xalq qəzeti.- 2008.- 17 avqust.- S. 5.