Səfərova S.

 

Fransa və Azərbaycan uşaqlarının birgə ifa etdikləri "Yallı" rəqsi alqışlarla qarşılandı

 

Bakı Xoreoqrafiya Məktəbində 410 şagird təhsil alır. Onlar klassik balet xalq rəqsləri şöbələrində bu sənətlərin sirlərini öyrənirlər. Bu istiqamətdə səmərəli fəaliyyətin bəhrəsidir ki, müəssisənin şagirdləri Amerika, Fransa, Belçika İtaliyada keçirilmiş uşaq festivalları müsabiqələrində uğurlu çıxışlar edərək sertifikat diplomlarla təltif olunublar. Məktəbin 4 şagirdi Prezident təqaüdçüsüdür. Onlar Heydər Əliyev Fondunun Rusiyanın müxtəlif şəhərlərində Azərbaycan cəmiyyətləri ilə birgə keçirdiyi tədbirlərdə məharətlə çıxış edirlər.

Tədris ocağında təhsil almaq istəyənlərin sayı gündən-günə artır. Burada xaricilər də təhsil alırlar. Belə ki, Türkiyə, Albaniya və Rusiyadan olan gənclər rəqs sənətinin sirlərinə yiyələnirlər.

Rəqqaslar Parisdə olarkən Milli Konservatoriyanın uşaqlardan ibarət rəqs qrupuna bir neçə gün ərzində "Yallı"nı öyrədiblər. Konservatoriyanın geniş salonunda Fransa və Azərbaycan uşaqlarının birgə ifa etdikləri "Yallı" rəqsi alqışlarla qarşılanıb. Ümumiyyətlə, məktəbin yetirmələri milli rəqsləri xarici dövlətlərdə layiqincə təbliğ edə bilirlər.

 

Azərbaycan müəllimi.- 2008.- 15 avqust.- S. 4.