Şamilqızı Ü.


ABŞ-da milli rəqslərimiz nümayiş etdirilib

Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi mətbuat xidmətinin məlumatına əsasən, avqustun 16-17-də ABŞ-ın Çikaqo şəhərində Dünya Türk Festivalı keçirilib. Türk xalqlarının öz mədəniyyətini nümayiş etdirdiyi Dünya Türk Festivalını Türk Amerika Cəmiyyəti təşkil edib. Azərbaycan milli rəqslərinin ABŞ-da təbliği ilə məşğul olan Hyuston-Azərbaycan Təşkilatının nəzdindəki rəqs qrupu da ilk dəfə olaraq bu festivala qatılıb.
Məlumatda bildirilir ki, Türkiyə, Türkmənistan, Özbəkistan, Qırğızıstan, Qazaxstan, Bosniya, Makedoniya Albaniyadan gələn qrupların öz mədəni irslərini nümayış etdirdiyi bu festivalda beş Azərbaycan milli rəqsi təqdim olunub. Bunlar "Çiçəklər", "Üzüm", "Qaval", "Vətən" "Naznazı" rəqsləridir. Hyuston-Azərbaycan Təşkilatının nəzdində fəaliyyət göstərən rəqs qrupu festivalın hər iki günü çıxış edib milli rəqslərimiz böyük maraqla qarşılanıb.

Komitənin məlumatında deyilir ki, tədbir iştirakçılarına eyni zamanda Azərbaycan haqqında əlavə informasiya və videogörüntülər də təqdim olunub. Qrupun bu festivalda iştirakına təşkilati maliyyə dəstəyini Azərbaycanın ABŞ-dakı səfirliyi göstərib. Hyuston-Azərbaycan Təşkilatı 2004-cü ildə yaradılıb. Təşkilatın rəhbəri isə qrupda özü rəqs edən həmyerlimiz Natalya Kassenyevadır.

 

Xalq cəbhəsi.- 2008.- 20 avqust.- S. 14.