Süleymanov T.

 

Xoşməramlı missiya

 

Heydər Əliyev Fondu milli-mənəvi irsimizin qorunması, Azərbaycan mədəniyyətinin dünya miqyasında təbliği sahəsində geniş fəaliyyət göstərir

 

2004-cü ildən ictimai qurum kimi fəaliyyət göstərən Heydər Əliyev Fondu ümummilli lider Heydər Əliyevin zəngin irsindən bəhrələnərək ölkəmizin sosial-iqtisadi, mədəni tərəqqisi, dünya birliyinə sıx inteqrasiyası, Azərbaycanın daha da güclənməsi və xalqımızın rifah halının yüksəlişi naminə genişmiqyaslı qlobal proqram və layihələr həyata keçirməkdədir. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu çoxşaxəli mədəni-ictimai tədbirləri ilə nəinki ölkəmizdə, eləcə beynəlxalq aləmdə nüfuzlu təşkilat kimi tanınmaqdadır. Fondun qarşıya qoyduğu məqsəd vəzifələr əhəmiyyətinə miqyasına görə çox önəmlidir. Ümumiyyətlə, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi bütün qurumların - Heydər Əliyev Fondunun, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun, Bədii Gimnastika Federasiyasının əsas fəaliyyət istiqamətlərinin, ölkəmizdə beynəlxalq aləmdə gördüyü işlərin mahiyyətini xoş məram təşkil edir.
YUNESKO-nun İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva milli-mənəvi irsin qorunması, Azərbaycan mədəniyyətinin təbliği istiqamətində gördüyü əməli işlərlə xalqımızın dərin rəğbətini qazanmışdır. 1995-ci ildə yaranan Azərbaycan Mədəniyyətinin Dostları Xeyriyyə Fondu milli mədəniyyətimizin yüksəlişi, folklorumuzun, musiqimizin, incəsənətimizin dünya miqyasında təbliği sahəsində genişmiqyaslı fəaliyyəti ilə diqqəti cəlb edir. 1996- ildən başlayaraq Azərbaycan, rus ingilis dillərində çap edilən "Azərbaycan-irs" jurnalı tarixi-milli irsimizin qorunub saxlanması gələcək nəsillərə çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir. Xalqımızın görkəmli yazıçı bəstəkarlarının yubileylərinin keçirilməsi dəyərli addımlardan biridir. YUNESKO-nun "Dünyanın irs siyahısı"na İçərişəhərin, Şirvanşahlar Saray Kompleksinin, Qobustan Qoruğu Muzeyinin Atəşgahın daxil edilməsi Azərbaycan dəyərlərinin dünya mədəniyyətinə daxil olması istiqamətində həyata keçirilən ardıcıl tədbirlərin məntiqi nəticəsidir.

Heydər Əliyev Fondu ölkəmizdə elm, təhsil, səhiyyə sahələrində irimiqyaslı layihələrin həyata keçirilməsi ilə də diqqəti cəlb edir. Fond milli təhsil sisteminin inkişafı istiqamətində beynəlxalq təşkilatlarla intensiv əlaqələr qurmuşdur. Azərbaycan YUNESKO arasında əldə edilmiş razılıq əsasında "Təhsil hamı üçün", "Assosiativ məktəblər" texniki-peşə sahəsində əməkdaşlıq proqramları gerçəkləşdirilmişdir. Adıçəkilən təşkilatın pilot layihələri sınaqdan keçirilmək üçün məkan kimi Azərbaycanı seçməsi ölkəmizdə uğurla reallaşdırılan layihələrə olan marağın təzahürüdür.

Heydər Əliyev Fondu ölkəmizdə yeni məktəblərin inşası, yenidən qurulması istiqamətində də böyük işlər həyata keçirir. "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində bölgələrimizdə 2005-ci ildə 132, 2006- ildə 100 yeni məktəb binası tikilib istifadəyə verilmişdir. Fond məktəb binalarının inşası sahəsində indiyə qədər görünməmiş göstəricilərə nail olmuşdur. Fond bu istiqamətdə atdığı addımlarla Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrası prosesində yaxından iştirak edir.

Fond tərəfindən "Uşaq evləri və internat məktəblərinin inkişafı Proqramı" çərçivəsində 29 uşaq müəssisəsi əsaslı təmir edilmiş və müasir tələblərə cavab verən avadanlıqlarla təchiz edilmişdir. "Təhsilə dəstək" layihəsi çərçivəsində Lerikdə Bakının Əzizbəyov rayonunda 4 uşaq bağçası əsaslı təmir olunmuşdur. Heydər Əliyev Fondu ölkəmizdə daimi yaşayış yerlərini tərk etmiş, aztəminatlı ailələrdən 2004-2006- illərdə birinci sinfə gedən 60 min uşağa pulsuz məktəb ləvazimatları paylamışdır. Gürcüstanda Moskvada yaşayan azərbaycanlı uşaqların təhsil aldıqları məktəblərə müasir kompüter dəstləri, məktəb ləvazimatları hədiyyə edilmişdir.

Heydər Əliyev Fondu informasiya və kommunikasiya texnologiyaları ilə bağlı layihələrin həyata keçirilməsinə də xüsusi əhəmiyyət verir. Fondun təşəbbüsü ilə Heydər Əliyevin həyat fəaliyyətinə həsr olunmuş məlumatların həcmi geniş əhatə dairəsi ilə fərqlənən internet portalı yaradılmışdır. Portalda ümummilli liderin Azərbaycana rəhbərlik etdiyi dövrdəki nitqləri, kütləvi informasiya vasitələrinə verdiyi müsahibələr Azərbaycan, rus ingilis dillərində əksini tapmışdır. Heydər Əliyev Fondu bununla da ümummilli liderin zəngin dövlətçilik irsinin ideyalarının cəmiyyətdə daha da möhkəmlənməsinə mühüm töhfə vermişdir.

Mehriban xanım Əliyeva Azərbaycan mədəniyyətinin təbliği, milli irsimizin qorunması və dünya miqyasında tanınması istiqamətində əvəzsiz işlər görmüşdür. Böyük xeyriyyəçilik fəaliyyəti ilə seçilən Mehriban xanım Əliyeva dünyanın nüfuzlu təşkilatları tərəfindən ən yüksək təltiflərə layiq görülmüşdür. Mehriban xanım Əliyeva 2004-cü ildə YUNESKO-nun, 2006- ildə isə İSESKO-nun xoşməramlı səfiri seçilmiş, 2007-ci ildə "Qızıl ürək" beynəlxalq mükafatına layiq görülmüşdür.

Azərbaycanın birinci xanımı əhalinin qayğıya ehtiyac duyan təbəqəsinə, xəstə və valideyn himayəsindən məhrum olmuş uşaqlara daim yaxından kömək göstərir. Fondun Prezidenti qaçqın məcburi köçkünlərin, talassemiya diabet xəstəliklərindən əziyyət çəkən uşaqların müdafiəsi, uşaq evlərinin yenidən qurulması istiqamətində irimiqyaslı layihələr həyata keçirməkdədir. Bu sırada "Diabetli uşaqlara ən yüksək qayğı" "Talassemiyasız həyat naminə" layihələrinin gerçəkləşdirilməsi cəmiyyət tərəfindən böyük rəğbətlə qarşılanmaqdadır. "Talassemiyasız həyat naminə" layihəsi çərçivəsində ən müasir avadanlıqlarla təchiz olunmuş Talassemiya Diaqnostika Mərkəzinin yaradılması çox müsbət addım hesab edilə bilər. Layihənin başa çatmasından sonra bu xəstəlikdən əziyyət çəkən uşaqların təhlükəsiz keyfiyyətli qanla təmin olunması həll olunacaqdır.

Heydər Əliyev Fondunun həyata keçirdiyi mühüm tədbirlərdən biri də Qarabağ həqiqətlərinə dünya ictimaiyyətinin diqqətinin cəlb edilməsidir. Xocalı faciəsinin 15-ci ildönümü ərəfəsində hazırlanmış dünyada yayılan "Qarabağ həqiqətləri" toplusu, "Qarabağın tarixi haqqında məlumat", "Qarabağ münaqişəsinin başlanması", "Xocalı soyqırımı", "Erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti" bu tədbirlər sırasındandır. Fondun öz imkanlarından istifadə edərək Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırması bu problemlə bağlı obyektiv rəyin yaranmasına kömək göstərir.

2005-ci ilin parlament seçkilərində 14 saylı Əzizbəyov ikinci seçki dairəsindən Milli Məclisə deputat seçilən Mehriban xanım Əliyeva seçicilərinin ən müxtəlif xarakterli problemlərinin həlli istiqamətində də əhəmiyyətli işlər görür. Fondun Prezidenti Bakıətrafı qəsəbələrə mütəmadi səfərlər təşkil edərək, əhalinin üzləşdiyi çətinliklərin aradan qaldırılması sahəsində konkret addımlar atır. Heydər Əliyev Fondu ölkəmizdə insan hüquq azadlıqılarının qorunması istiqamətində fəaliyyəti ilə diqqəti cəlb edir. Mehriban xanım Əliyevanın ümummilli lider Heydər Əliyevin anadan olmasının 84-cü ildönümü münasibətilə parlamentdə amnistiya təşəbbüsü ilə çıxış etməsi buna bariz nümünədir. Bütövlükdə ölkə vətəndaşları Heydər Əliyev Fondunu xeyirxahlıq mərhəmət ünvanı kimi qəbul edirlər.

Azərbaycan.- 2008.- 28 avqust.- S. 3.