Ağayeva Ə., Alışova N.
Burada əsrlər görüşür
M.F.Axundov adına Milli
Kitabxana Azərbaycanda kitabxana işi sahəsində
dövlət siyasətini həyata keçirən, milli
nəşrləri, xarici ölkələrdə Azərbaycan
haqqında nəşr olunmuş çap məhsullarını
və Azərbaycan müəlliflərinin
əsərlərini, dünya əhəmiyyətli
nəşrləri, o cümlədən xarici dillərdə çap
olunmuş məlumat daşıyıcılarını
toplayıb mühafizə edən milli xəzinə və
dövlət kitabsaxlayıcısıdır.
Kitabxana örnəkli
inkişaf tarixinə malikdir. O, 85 illik fəaliyyəti
dövründə respublikada kitabxana və biblioqrafiya
işinin, elmi-metodik işin mərkəzi kimi
formalaşmış və inkişaf etmişdir. 3 iyun 1995-ci
ildə M.F.Axundov adına Dövlət Kitabxanasında
"Vətənə, dövlətə, xalqa sədaqət
andı" miniatür kitabının təqdimat
mərasimində "Kitabxana xalq, millət üçün,
cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat,
bilik, zəka mənbəyidir" deyən ulu öndər
H.Əliyev respublikamıza başçılıq etdiyi
dövrdə, vaxtının məhdud olduğu bir
şəraitdə, dörd dəfə Dövlət
Kitabxanasına gəlmiş, onun işi,
əməkdaşları ilə tanış olmuş və
kitabxanaya öz şəxsi kitabxanasından 300-dən
artıq kitab bağışlamışdı. Bu kitablar
qiymətli kolleksiya kimi kitabxanada mühafizə olunur.
Kitabxananın
əsası 1923-cü ildə qoyularkən İmperator Texniki
Cəmiyyəti Bakı şöbəsinin və Bakı
İctimai Cəmiyyətinin 5 min nüsxə kitab fondu ona
verilmişdir. Yeni yaranan kitabxana əsas diqqəti fondunun
təşkilinə və komplektləşdirilməsinə
vermiş və o qısa zamanda Zaqafqaziyada ən böyük
kitabxanalardan birinə çevrilmişdir. 1923-cü ildə
onun kitab fondu 120 646 nüsxəyə
çatmışdır. Artıq 1928-ci ildə kitabxananın
fondunda Azərbaycan, rus və onlarla xarici dillərdə 300
mindən artıq kitablar toplanmışdı və kitabxana
xaricdən 50 adda dövri mətbuat alırdı.
1939-cu ildə kitabxanaya
görkəmli mütəfəkkir, fılosof və dramaturq
M.F.Axundovun adı verilmiş və M.F.Axundov adına
Azərbaycan Dövlət Kitabxanası adı ilə
fəaliyyət göstərməyə
başlamışdır. 2005-ci ildə Nazirlər Kabinetinin
qərarı ilə kitabxanaya "Milli Kitabxana" statusunun
verilməsi onun fəaliyyətinə verilən ən
yüksək qiymətdir. Bu, kitabxananın 85 illik
fəaliyyəti Azərbaycan ədəbiyyat tarixinin parlaq
səhifələrindən biridir. Hazırda Milli Kitabxanada 25
şöbə, 50 bölmə fəaliyyət göstərir.
Kitabxananın fondunda 4 482 954 nüsxədən artıq
ədəbiyyat saxlanılır. 2007-ci ildə kitabxananın
fonduna 18290 nüsxə yeni ədəbiyyat daxil olmuşdur. Bunlardan
12345-i kitab, 5945-i digər sənədlərdir. "Kitabxana
işi haqqında" və "Nəşriyyat işi
haqqında" Azərbaycan Respublikası Qanunlarına
əsasən Milli Kitabxana ölkə ərazisində
nəşr olunan çap məhsullarından pulsuz məcburi
nüsxələr alır və onların əsasında Milli
mətbuatın arxiv fondunu yaradır. Burada elmin bütün
sahələri üzrə ölkəmizdə və xaricdə
nəşr edilən ədəbiyyat toplanır.
Çap məhsullarının
qeydiyyatı və Milli biblioqrafiya şöbəsi (Kitab
palatası) tərəfindən 2005-ci ildə nəşri
bərpa olunan "Birillik Azərbaycan Kitabiyyatı"nın
respublikamızda nəşr olunmuş kitabları əhatə
edən 1990, 1991, 2000-ci illəri, 2007-ci ildə isə
2006-cı ili əhatə edən "Yeni kitablar" adlı
annotasiyah biblioqrafik göstəricilər (II buraxılışda),
2007-ci ilin yarım ilini əhatə edən I və II
buraxılışı, 2007-ci ildə "Birillik
Azərbaycan Kitabiyyatı"nın 2001, 2003, 2004-cü
illərin buraxılışları nəşr olunmuşdur.
Milli Kitabxananın
Azərbaycan ədəbiyyatının arxivi
şöbəsinin fondunda 85000 nüsxədən artıq
Azərbaycan dilində nəşr edilən bütün
çap məhsullarından bir nüsxə kitab və
dünya kitabxanalarında olan Azərbaycan kitablarının
mikrofilmləri və surətləri qorunur. Şöbənin
nəzdində fəaliyyət göstərən mikrofilm
bölməsində 131 ədəd ədəbiyyat
mikrofılmləşib. Bunlardan 104 nüsxəsi Azərbaycan,
17-si rus dilində kitab, 6 komplekt jurnal ("Babayi-Əmir",
"Dəbistan", "Füyuzat", "Dan ulduzu,
"Əqrəb", "Dirilik") 4 komplekt qəzet
("Sədayi-həqq", "Sədayi vətən")
mikrofilmləşdirilmişdir.
Nadir kitablar fondu
bölməsində 16 dildə 700-ə yaxın əsər
qorunub saxlanılır. Burada "Qafqaz Arxeologiya
Komissiyasının topladığı aktlar", "1897-ci
il üçün Bakı məlumat təqvimi",
"1920-ci il üçün Azərbaycan
Respublikasının ünvan təqvimi" kimi qədim
təqvimimizin müxtəlif dövrlərini əks etdirən
nadir nəşrlər mühafızə olunur. Bu bölmədə
qiymətli miniatür kitablar kolleksiyası saxlanılır.
Milli Kitabxananın oxucu
tərkibinin müxtəlifliyi ilə əlaqədar olaraq 13
oxu zalı vardır. Ali məktəb
tələbələrinə, gənclərə və
digər oxuculara xidmət edən 180 oxucu yeri olan ümumi oxu
zalı, sahəvi elmi - humanitar, texniki və dəqiq elmlər
zalı, sərgi, dövri mətbuat, mikrofilm, not-musiqi
ədəbiyyatı və xarici ədəbiyyat zalları
oxucuların istifadəsindədir.
Bütün dünyada
Azərbaycanın ən mötəbər, etibarlı informasiya
mərkəzi kimi tanınan M.F.Axundov adına Azərbaycan
Milli kitabxanasının xarici ədəbiyyat və
beynəlxalq kitab mübadiləsi fondunda 40-a yaxın dünya
xalqlarının dilini təmsil edən 300 000-dən çox
ədəbiyyat var. Ədəbiyyat kitab, jurnal, qəzet,
mikrofilm və mikrofişlərdən ibarətdir. 2007-cı
ildə Xarici ədəbiyyat və beynəlxalq kitab
mübadiləsi şöbəsinə 1 296 nüsxə
ədəbiyyat daxil olmuşdur ki, bunlardan beynəlxalq
mübadilə xətti ilə 270 nüsxə ABŞ-ın Konqress
Kitabxanasından, Fransa Milli Kitabxanasından, Yaponiya Parlamentinin
Milli Kitabxanasından və s. alınmışdır. Eyni
zamanda beynəlxalq kitab mübadiləsi xətti ilə xarici
ölkələrin Milli kitabxanalarına onların
sorğuları əsasında 900 nüsxə kitab göndərilmişdir.
Bununla yanaşı şöbə "Azərbaycan dilinin
xəzinəsi" layihəsi
çərçivəsində 1970-2007-ci illərdə
ingilis, fars-ərəb dillərinə tərcümə
edilmiş və Milli Kitabxananın fondunda saxlanılan
ədəbiyyatın biblioqrafik məlumat siyahısını
toplayıb, elektron formada Azərbaycan Respublikası "Sönməz
məşəl" mədəni əlaqələr ictimai
birliyinə təqdim edib.
2007-cı ildə Milli
Kitabxananın beynəlxalq əlaqələri daha da genişlənmişdir.
Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və
Türkiyənin Milli Kitabxanaları, Çelyabinsk
Vilayətinin Universal Elmi Kitabxanası və başqaları
ilə əməkdaşlıq haqqında
müqavilələr imzalamış,
müqavilələrə əsasən
qarşılıqlı əməkdaşlıq planları
işləyib hazırlamış və onların icrasına
başlamışdır.
Milli Kitabxana
bütün bunlarla yanaşı mədəniyyət
təşkilatlarına, həmin təşkilatların
rəhbər işçilərinə məlumat informasiya
xidməti də göstərir. Bunu nəzərə alaraq
Mədəniyyət və İncəsənət üzrə
elmi informasiya şöbəsi 2006-cı ildən
"Mədəniyyət, incəsənət və turizm
haqqında yeni ədəbiyyat" mətbuat adlı biblioqrafik
göstəricini dövri olaraq (Azərbaycan və rus
dilində) nəşr etməyə başlamışdır.
Bu vəsaiti nəşr etməkdə məqsəd
Mədəniyyət və Turizm Nazirliyinin rəhbər
işçilərinə və aparıcı
mütəxəssislərinə müvafiq mövzu
üzrə Azərbaycan və rus dillərində kitabxanaya daxil
olan yeni kitablar, bəzi jurnal və qəzet
səhifələrində dərc edilən
məqalələr haqqında operativ məlumat verməkdir.
Göstəricinin üstünlüklərindən biri də
oxuculara və mütəxəssislərə biblioqrafik
informasiya verməklə yanaşı, əhəmiyyətli
məqalələrin tam elektron mətni Milli Kitabxananın
saytında yerləşdirərək mütəxəssislərin
istifadəsinə verilməsidir.
Zəngin məlumat
fonduna ensiklopediyalar, lüğətlər, salnamələr
və müxtəlif məlumat kitabları daxil olan Sorğu
informasiya xidməti şöbəsi isə oxuculara kataloq və
kartoteka sistemi vasitəsilə biblioqrafık xidmət işini
təşkil edir.
Nəşriyyat
işləri şöbəsi yarandığı dövrdən
bu günə kimi Respublikanın Mədəniyyət və Turizm
Nazirliyinin sənədlərinin, Milli Kitabxananın
şöbələrinin nəşr olunmaq üçiin
təqdim etdiyi bütün materialların redaktə və
korrektə işi ilə, habelə elmi tədqiqatların
yekunlarının, metodik tövsiyələrin, normativ
vəsaitlərin çapa hazırlanması və
nəşri ilə məşğuldur.
Milli Kitabxananın
Kitabxana siyasəti və metodik rəhbərlik
şöbəsi MKS-lərə, eləcə də digər
kitabxanalara metodik köməklik göstərir, müxtəlif
metodik materiallar, təlimatlar, təlimati metodik
tövsiyələr, kitabxana işinə dair normativ-hüquqi
aktlar hazırlayır. Şöbə 2005-ci ildən
kitabxanalara virtual rejimdə metodik xidmət
göstərməyə başlamışdır. Bu iş
forması nəticəsində Milli Kitabxananın
hazırladığı materiallar, vəsaitlər və
tövsiyələr kitabxananın saytında
yerləşdirilir, kitabxanalar istədikləri suala birbaşa
şöbədən cavab ala bilirlər.
Diyarşünaslıq
və elmi biblioqrafiya şöbəsi oxucular üçün
Azərbaycanla bağlı toplu, məlumat-biblioqrafiya
aparatı yaratmış, məlumat-biblioqrafıya və
informasiya xidməti təşkil etmişlər. 2006-cı ilin
ikinci yarısından qəzetlərin analitik biblioqrafık
yazılarının kitabxananın elektron kataloquna daxil
edilməsi işinə başlanılmışdır.
Diyarşünaslıq elmi biblioqrafiya şöbəsi
dövri mətbuat materiallarından Azərbaycana dair və
ümumi xarakterli məqalələrin 5 000 -dən cox
analitik-biblioqrafık yazısını elektron kataloqun
məlumat bazasına daxil etmişdir. Tam mətnli elektron
versiyası olan məqalələr bu * işarə ilə
biblioqrafık yazıda öz əksini tapmışdır.
Diyarşünaslıq elmi
biblioqrafıya şöbəsinin hazırladıqları
"Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi
inkişafı", A.Həmidovanın tərtib etdiyi
"Azərbaycanın milli qəhrəmanları" "Mir
Cəlal", "H.Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft
kəməri", "Bakı və şəhərətrafı
qəsəbələrin sosial-iqtisadi inkişafı"
və s. adlı nəşrlər və biblioqrafik göstəricilər
buna misal ola bilər.
Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin anadan
olmasının 85 illik yubileyinə həsr olunmuş
Azərbaycan Respublikası Mədəniyyət və Turizm
Nazirliyinin M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası
ilə birgə layihəsi olan Heydər Əliyev və
mədəniyyət (3 cilddə), "H.Əliyev irsi"
elektron məlumat bazası yaradılmış,
"Müstəqilliyimiz əbədidir" çoxcildliyinin
I-IX cildlərinin köməkçi aparatı, Azərbaycan
Xalq Cümhuriyyəti-90 (1918-1920): Biblioqrafıya və s.
çap edilmişdir.
Milli Kitabxananın
ən son nailiyyətlərindən biri də Not
nəşrləri və səsyazmaları şöbəsinin
fonoteka bölməsinin yenidən qurulmasıdır. Artıq kitabxanada
qrammofon valları, audiokasset və CD disklərə
köçürə bilən müxtəlif cihazlar
oxucuların ixtiyarına verilmişdir.
2003-cü ildən Milli
Kitabxana "Maşınla oxunan elektron kataloqun yaradılması"
adlı layihəni həyata keçirir. Kitabxana bu
məqsədlə Amerikanın VTLS Beynəlxalq Proqram
Təminatı Təşkilatı ilə müqavilə
bağlayaraq Avtomatlaşdırılmış İdarəetmə
Sisteminin bütöv komplektini almışdır. Buraya elektron
kitabxananın təşkili, oxucuların qeydiyyatı, kitab
verilişi, kitab fondunun komplektləşdirilməsi, milli
biblioqrafıyanın və respublikanın bütün iri
kitabxanalarının toplu kataloqunun yaradılması, bir
sözlə bütün kitabxana proseslərinin avtomatlaşdırılması
modulları daxildir. Bütün bu işlərin informasiya
kommunikasiya texnologiyalarının kitabxana işinə
tətbiqi, kitab fondlarının təhlükəsizliyi,
konservasiya və bərpası, ölkədə kitabxana
siyasətinin həyata keçirilməsi, kitabxana işinə
dair normativ-hüquqi aktların hazırlanması, milli
ədəbiyyatın və mətbuatın arxiv fondunun yaradılması,
milli biblioqrafıyanın tətbiqi, elektron kataloqun, elektron
kitabxananın yaradılması və avtomatlaşdırılması
ilə əlaqədar yeni şöbələr yaradılmışdır.
2006-cı ildə Kitabxana
işinin avtomatlaşdırılması və informasiya
texnologiyaları, Elektron-informasiya xidməti, Elektron
resursların yaradılması kimi yeni şöbələr
təşkil olunmuşdur.
2008-ci ilin mart ayından
başlayaraq oxuculara xidməti daha da
yaxşılaşdırmaq məqsədilə Elektron-informasiya
xidməti şöbəsi "Məsafədən sifariş"
(VİRTUAL) bölməsinin fəaliyyətini təşkil etmişdir.
Kitabxananın saytına daxil olub bu xidmətdən istifadə
etmək üçün oxucular virtual bölməsini
açır, orada bölmə haqqında tam məlumatla
tanış olur. Oxucu istədiyi kitabın adını,
müəllifini, ilini, şifrəsini və s. yazıb
bizə göndərir (www.anl.az) həm də kitabxanaya
gələcəyi vaxtı göstərir. Biz məlumatı saytdan
qəbul edib lazımi məntəqəyə göndəririk.
Beləliklə oxucu istədiyi vaxtda kitabxanaya gəlib xidmət
zalında ona lazım olan ədəbiyyatı alaraq oxuya bilər.
2005-ci ildə Milli
Kitabxanada avtomatlaşdırma işinə kitabxananın ən
vacib sahəsi olan elektron kataloqun tərtibindən
başlanılmışdır. Kitabxananın elektron kataloqu
dünyanın bir çox Milli Kitabxanaları
tərəfindən geniş tətbiq olunan "VTLS-Virtua"
proqramı əsasında qurulmuşdur. Elektron kataloqla
yanaşı Milli Kitabxanada kitab fondlarının elektron
versiyasının elektron kitabxananın da tərtibinə
yəni kitabların mətnin kompyuter yaddaşına
köçürülməsi işinə də başlanılmışdır.
Elektron resursların yaradılması şöbəsi kitabxananın
kataloq və kartotekaların elektron yaddaşına köçürməklə
elektron məlumat bazasının yaradılması ilə
məşğul olur və bu günə kimi 42700 biblioqrafik
yazı tərtib olunaraq məlumat bazasının
yaddaşına 160000 nüsxə ədəbiyyat daxil
edilmişdir. Elektron kataloq vasitəsilə ABŞ-ın Konqres
və Rusiyanın Dövlət Kitabxanası ilə
biblioqrafık yazı mübadilələri aparılır.
Oxucu Milli Kitabxananın saytı vasitəsilə birbaşa bu
kitabxanaların elektron kataloqlarında axtarış apara bilir.
2007-ci ildə Milli Kitabxananın
saytı www.anl.az təkmilləşdirilmiş, onun rus və
ingilis dili variantları aktivləşdirilmişdir. Ana
səhifəyə "Bunları unutmaq olmaz. Qan
yaddaşımız", "İşğal altında olan
torpaqlarımız bizi çağırır",
"Prezidentin mədəniyyət, incəsənət və
turizm haqqında sərəncamları", "İlin
yekunları" və "Ekspert komissiyası" adlı
düymələr əlavə olunub. "Kitabxanamızın
nəşrləri", "Xəbərlər", "Yeni
kitablar", "Mədəniyyət, incəsənət
və turizm haqqında yeni ədəbiyyat"
səhifələri müntəzəm olaraq yeniləşir,
yeni materiallarla zənginləşir.
Elektron kitabxananın
saytında da xeyli işlər görülmüş, rus
və ingilis variantları aktivləşdirilmişdir. Artıq
elektron kitabxanaya mikrofilmləşdirilmiş ədəbiyyat -
mikrofilmləşdirilmiş kitablar və
mikrofilmləşdirilmiş dövri mətbuat materialları
da daxil edilir. Hazırda Elektron kitabxanamızda nadir
kitabların mikrofilmləşdirilmiş materialları
əsasında elektron versiyası hazırlanan 24 kitab, 1
qəzet -"Əkinçi" qəzeti (1875-1877-ci
illərdə çıxmış toplam 56 nömrəsi)
və 2 jurnal - "Babayi-Əmir" jurnalı (1915-ci ildə
çıxmış 31 nömrəsi), "Füyuzat"
jurnalı (1906, 1907-ci illərdə çıxmış 22
nömrəsi) yerləşdirilib. Elektron kitabxana
saytının ana səhifəsində "Elektron versiyası
hazırlanmaqda olan kitablar" başlıqlı cədvəl
yerləşdirilib. Bu cədvəldə Elektron versiyası
hazırlanmaqda olan kitabların siyahısı və onların
qısa annotasiyası verilib.
Ümummilli lider
Heydər Əliyevin çıxışları, bəyanatları,
fərmanları, məktub və müsahibələri daxil
edilmiş "Müstəqilliyimiz əbədidir" adlı
20 cildlik kitabların elektron versiyası hazırlanıb, lokal
şəbəkədə elektron kitabxanamızın
oxucularının istifadəsinə təqdim edilmişdir.
Ümumiyyətlə,
163 kitabın tam mətni, 109 dövri mətbuat nömrəsi,
elektron kitabxanada öz əksini tapmışdır. Hazırda
bu iş müəlliflərin çoxsaylı müraciətləri
əsasında davam etdirilir.
Artıq Milli
Kitabxananın Elektron kataloqu vasitəsilə ABŞ-ın Konqress
və Rusiyanın Dövlət Kitabxanası ilə biblioqrafik
yazı mübadilələri aparılır. Oxucu Milli Kitabxananın
saytı vasitəsilə birbaşa bu kitabxanaların elektron
kataloqlarında axtarış apara bilir.
Milli Kitabxana 2008-ci ilin
yanvarından Avropa Birliyinə daxil plan 27 olkənin Milli Kitabxanasının
elektron məlumat bazasını özündə
birləşdirən "Avropa Elektron Kitabxanası"na
üzv olub.
Azərbaycan Milli Kitabxanasının
bu layihədə iştirakı həm Azərbaycan
oxucularının Avropanın milli kitabxanalarının
xidmətindən birbaşa istifadəsinə və
eləcə də Avropa milli kitabxanalarının oxucularının
bizim Milli Kitabxananın elektron kataloqundan istifadəsinə
imkan yaradacaqdır.
Yeni mədəni-maarif jurnalı.- 2008.- ¹ 8.- S. 11-14.