Bakının kitabxana-informasiya şəbəkəsində
daha bir yenilik
Mədəniyyət
və Turizm Nazirliyinin təşəbbüsü ilə Amerika
Birləşmiş Ştatlarının Beynəlxalq
Tədqiqatlar və Mübadilələr Şurasının
(İREX) qeyri-kommersiya təşkilatı V.Q.Korolenko adına
Mərkəzi Şəhər Gənclər Kitabxanası
ilə əməkdaşlıq haqqında müqavilə
imzalamışdır.
Əməkdaşlıq çərçivəsində İREX təşkilatı əvəzsiz olaraq kitabxanaya 12 ədəd kompyuter dəsti, proyektor, rəqəmsal kamera və sair avadanlıq vermişdir. Bundan əlavə, IREX kitabxananın veb-səhifəsinin yaradılmasına təlim və texniki dəstəyi də təmin edəcəkdir.
Müqavilənin şərtlərinə
görə, avqustun 1-dən V.Q.Korolenko
adına Mərkəzi
Şəhər Gənclər
Kitabxanasından internetdə
yerləşən məlumat
mənbələrinə açıq
giriş təmin
ediləcək, şəbəkə
məlumatının Azərbaycan dilində yayılmasına kömək
göstəriləcəkdir. Keçiriləcək təhsil və
peşəkar təlimlərdə
isə üstünlük
gənclərə, təhsil
və mədəniyyət
işçilərinə, jurnalistlərə,
kitabxanaçılara, əlil
insanlara, QHT sədrlərinə,
dövlət məmurlarına, sahibkarlara,
səhiyyə işçilərinə
veriləcəkdir. Kitabxanaya müraciət
edənlər internetdən və kompyuterlərdən
ödənişsiz istifadə edəcəklər.
Respublika.- 2008.- 3 avqust.- S. 4.