Gəncənin Mərkəzi KitabxanasıQədim Gəncəadlı tədbir keçirmişdir

 

AzərTAc Mədəniyyət və Turizm Nazirliyinə istinadla xəbər verir ki, Gəncənin Xan Bağındakı “Yaşıl teatr”da şəhər Mərkəzi Kitabxanası “Qədim Gəncə” adlı tədbir keçirmişdir.

Kitabxananın direktoru Elmira Əliyeva şəhər əhalisinin əhval-ruhiyyəsinin yüksəldilməsində, asudə vaxtının səmərəli keçirilməsində belə tədbirlərin böyük əhəmiyyəti olduğunu vurğulamışdır. Bildirmişdir ki, kitabxana belə tədbirləri gələcəkdə də davam etdirəcəkdir.

Tədbirdə Gəncənin qədim tarixi, adət-ənənələri, zəngin mədəniyyəti haqqında danışılmış, şeir və bayatılar səsləndirilmişdir. Şeir müsabiqəsinin qalibi Ənvər Ənvərzadə, Milli Məclisin deputatı Musa Quliyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr etdikləri şeirlərini söyləmişlər.

Tədbirdə dahi Azərbaycan şairi, Gəncənin fəxri Nizami Gəncəvinin həyat və yaradıcılığı haqqında geniş məlumat verilmiş, viktorina və müsabiqələr keçirilmişdir. Kitabxananın oxucuları SSRİ xalq artisti Müslüm Maqomayevin “Azərbaycan” mahnısını ifa etmişlər.
Kitabxanada fəaliyyət göstərən “Amerika guşəsi”ndə uşaqlar ingilis dilində mahnılar oxumuş, şeirlər söyləmiş, kiçik səhnəciklər göstərmişlər.

Tədbirdə “Mütaliə edən gəncəlilər” adlı kitab sərgisi nümayiş olunmuşdur.

 

Xalq qəzeti.- 2008.- 2 avqust.- S. 6.