Kitabxanalarda ekoloji problemlərə dair silsilə tədbirlər davam etdirilir

 

Ölkəmizin kitabxanalarında ekoloji problemlərə dair silsilə tədbirlər davam etdirilir.

Bu mövzuda növbəti tədbir Şirvan şəhər mərkəzi kitabxanasında keçirilmişdir. Burada uşaqlar üçün "Biz və təbiət" mövzusunda əyləncəli proqram təşkil olunmuşdur.

Kitabxananın direktoru İltifat Nəbiyev tədbiri açaraq uşaqlarda ekologiya anlayışının ətraflı mənimsənilməsində, onlarda təbiətə məhəbbətin gücləndirilməsində belə tədbirlərin əhəmiyyətindən danışmışdır.

Tədbirdə Sevinc Kazımova "Ekologiya və təbiət", Firuzə Amanəliyeva "Təbiətin möcüzələri", Vəzifə Xudiyeva "Su həyatımızdır" mövzularında söhbət açmış, uşaqlarla sual-cavab, viktorinalar təşkil etmişlər. Əyləncəli proqramda fəal iştirak edən uşaqlar təbiətə həsr olunmuş şeirlər də söyləmişlər.

Uşaqlar "Hərəmiz bir ağac əkək" layihəsinin təşəbbüskarı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya ölkəmizdə yaşıllaşdırmanın genişləndirilməsindəki xidmətlərinə görə təşəkkür etmiş, söz vermişlər ki, onlar bu işdə daha fəal olacaqlar.

Axırda bütün uşaqlara hədiyyələr verilmişdir.

 

Respublika.- 2008.- 1 avqust.- S. 2.